Dünyanı internetsiz qoyan husilər kimdir? - ALLAHIN DÖYÜŞÇÜLƏRİ

Dünyanı internetsiz qoyan husilər kimdir? - ALLAHIN DÖYÜŞÇÜLƏRİFevralın 26-sı axşam Avropa və Asiya arasında internet rabitəsini təmin edən dörd sualtı kabel zədələndi və bunun nəticəsində qlobal miqyasda internetdə fasilələr yarandı.

Sonradan AAE-1, Seacom, EIG və TGN kabellərinin zədələnməsinin husilər tərəfindən törədildiyi məlum oldu. Qlobal miqyasda internetə təsir edən, yüzmilyonlarla insanın gündəlik planlarını dəyişməyə vadar edən hadisə qruplaşmanın növbəti gücünü ortaya qoydu.

Lent.az husilər barədə maraqlı məlumatları təqdim edir:
Dünyanı internetsiz qoyan husilər kimdir? - ALLAHIN DÖYÜŞÇÜLƏRİHusilər, yaxud tam adı ilə "Ənsar Allah" ("Allahın döyüşçüləri") hərəkatı 2004-cü ildə yaranıb. Onun üzvləri VIII əsrdə Səudiyyə Ərəbistanında yaranan və şiəliyin bir qolu sayılan zeydilər təriqətinə sitayiş edirlər. Yəmənin 30 milyonluq əhalisinin təxminən 8-10 milyonu zeydilər təriqətinə sitayiş edir. Daha çox ölkənin şimal-qərbində, Qırmızı dəniz sahilində yerləşən Səada vilayətində məskunlaşan bu dini-hərbi icmanın əsas silahlı qanadı "Ənsar Allah" adlanır. Hərəkatın əsasını qoyan Hüseyn Əl-Husinin 2004-cü ildə Yəmən hökumət qoşunları ilə toqquşmada öldürülməsindən sonra qruplaşma onun adı ilə həm də husilər kimi tanınmağa başladı. Ölkədəki sünni çoxluğuna həmişə müxalif olan husilər siyasi platformasında ABŞ və İsraili düşmən sayır, eyni zamanda Yəmən hökumətindən öz icmaları üçün daha çox səlahiyyət istəyirdi. Qruplaşma ilk dəfə 2014-cü ildə bütün dünyanın diqqətini özünə cəlb etdi. Həmin il onlar Yəmən Prezidenti Abdurabbih Mənsur Hadiyə qarşı qiyam qaldırdılar və 2014-cü ilin sentyabrında paytaxt Səna şəhəri də daxil olmaqla, şimal-qərb ərazilərini nəzarətə götürdü. Bu zaman Yaxın Şərqin əksər şiə icmalarında öz proksi şəbəkəsini quran İran indiyədək prioritet saymadığı husilərə qazandıqları ciddi uğurlar fonunda hərbi və maliyyə yardımı ayırmağa başlayır. 2015-ci ilin martında Səudiyyə Ərəbistanın başçılıq etdiyi ərəb koalisiyası Prezident Hadinin yardım çağırışından sonra Yəməndəki vətəndaş müharibəsinə müdaxilə edir. Amma ötən 9 il ərzində koalisiya husilərin müqavimətini yara bilməyib. Son vaxtlara qədər tərəflər arasında sülh danışıqları aparılırdı.

Hazırda Yəməndə vahid dövlət mövcud deyil, hökumət qüvvələri ölkə ərazisinin 60%-nə nəzarət etsə də, ölkə əhalisinin əsas hissəsinin yaşadığı və ən məhsuldar torpaqlarının yerləşdiyi 25%-lik hissə husilərin nəzarəti altındadır. Buraya Yəmənin strateji önəm daşıyan Qırmızı dəniz sahilləri də daxildir. Bundan başqa, ölkənin cənubunda Birləşmiş Ərəb Əmirliklərinin təsiri altında olan Cənub Keçid Hökuməti, mərkəzi bölgəsində isə İŞİD və "Əl Qaidə" qruplaşmalarına məxsus məhdud ərazilər var.
Dünyanı internetsiz qoyan husilər kimdir? - ALLAHIN DÖYÜŞÇÜLƏRİQruplaşma 120 minlik nizami orduya malikdir və arsenalında ciddi raket və aviasiya qüvvələri var.

Husilər oktyabrın 7-də Fələstindəki HAMAS qruplaşmasının üzvləri İsrailə hücum etdikdən sonra başlayan yeni müharibədən də kənar qalmadılar. Onları hərbi əməliyyatlar meydanından 800 kilometr məsafə ayırsa da, qruplaşma İsrailə qanadlı raket və dronlar göndərdi, bundan başqa, dünya dəniz ticarətinin 12%-nin keçdiyi Bab-əl-Məndəb boğazının və Qırmızı dənizin Yəmən sahillərindən keçən bütün ticarət gəmilərini hədəfə aldı.

2023-cü il noyabrın 19-da Yaponiya bayrağı altında üzən "Galaxy Leader" gəmisinin 25 nəfər heyət üzvü ilə birlikdə husilər tərəfindən ələ keçirilməsi ilə başlayan hücumlar bu günə qədər davam edir.

Məhz bu səbəbdən dünyanın 5 ən böyük dəniz yükdaşıma şirkətlərindən 4-ü Süveyş kanalı ilə konteyner daşıyan gəmilər və tankerlərinə hərəkət marşrutunu dəyişdirib, ABŞ isə ötən ilin 18 dekabrından 20-dən çox müttəfiqi ilə birlikdə "Operation Prosperity Guardian" (Rifahın Keşikçisi) əməliyyatına başlayıb.

Bu il yanvarın 12-dən başlayaraq ABŞ və Böyük Britaniya Yəməndəki husilərə müxtəlif intensivliklə 6 hava hücumu təşkil edib, amma hələ də gəmilərə hücumların qarşısını ala bilməyib.

Kabel xəttinin kəsilməsi ilə bağlı qeydə alınan insident husilərin hələ də təhlükəli qüvvə olduğunu göstərir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1002   Tarix: 13 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR

Mənzilini kirayəyə verən şəxslər üçün yalnız vergi öhdəliklərinin yerinə yetirilməsi deyil, kirayəçi ilə münasibətlərin hüquqi şəkildə rəsmiləşdirilməsi də mühüm əhəmiyyət daşıyır. Yazılı müqavilə tərəflərin hüquq və öhdəliklərini, kirayə haqqını, ödəniş qaydasını, müqavilənin müddətini və mənzildə

30 sentyabr
.

Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI

Bakıda sərnişin axınının daha səmərəli bölüşdürülməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib. Bu addım xüsusilə Sumqayıt, Xırdalan və Bakı-Şamaxı yolu istiqamətində

30 sentyabr
.

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Füzuli Rayon Mərkəzi Xəstəxanasında insident törədən 24 yaşlı Məhəbbət Talıbov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 127 və 221-ci maddələri üzrə ittiham edilib. Bildirilib ki, Böyük Bəhmənli kənd sakin

30 sentyabr
.

Nazir jurnalistə irad bildirdi - "Sualı elə verin ki..."

Azərbaycan Basketbol Federasiyasının (ABF) 2025/2026-cı illər üzrə yekunlarına dair illik hesabat tədbirindən sonra elm və təhsil naziri, ABF prezidenti Emin Əmrullayevlə jurnalist arasında gərginlik yaşanıb. "Qafqazinfo" xəbər verir ki, mətbuat konfransından sonra jurnalistin verdiyi sua

29 sentyabr
.

Oktyabrda hava necə olacaq?

Oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərd

29 sentyabr
.

37 yaşlı yeni başçının - Dosyesi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. "Qafqazinfo" "Unikal"a istinadən yeni icra başçısının dosyesini təqdim edir:. Məmmədiyə Məmmədov 1989-cu ildə Bakı şəhərində anada

28 sentyabr
.

İnternetdə paylaşılan şəxsi məlumatların gətirdiyi risklər

İnternetdə paylaşdığımız şəxsi məlumatlar müasir dövrdə həm rahatlıq, həm də ciddi risklər yaradan əsas amillərdən birinə çevrilib. Sosial şəbəkələrdə profil məlumatlarımız, gündəlik paylaşımlarımız, telefon nömrəmiz, e-poçt ünvanımız, hətta bəzən bilmədən paylaşdığımız məkan və davranış məlumatlar

30 sentyabr
.

Bu ərazilərə yağış yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, şimşək çaxır. Bəzi yerlərdə yağıntılar leysan xarakterlidir. Tovuz, Şahbuzda 8, Gədəbəydə 5, Sarıbaş (Qax), Balakəndə 4, Zaqatala

29 sentyabr
.

Bakını yağışa nə qədər hazırlaya bildik? - Zaur Mikayılovla MÜSAHİBƏ

Payızın gəlişi ilə Bakıda yağışlı hava və onun yaratdığı mümkün fəsadlarla bağlı suallar yenidən gündəmə gəlir. Bununla əlaqədar Bakibaku saytının müxbiri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılova müraciət edib. Paytaxt sakinlərini narahat edən sualları şəhərin su təchizat

29 sentyabr