İlham Əliyev bp-nin yeni baş icraçı direktorunu qəbul edib - YENİLƏNİB + FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də bp şirkətinin yeni baş icraçı direktoru Mürrey Aukinklosu qəbul edib.
President.az xəbər verir ki, Mürrey Aukinklos İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.
Dövlətimizin başçısı təbrikə görə minnətdarlığını bildirib.
Bakıya səfərindən məmnunluğunu ifadə edən qonaq Azərbaycanın 30 ildə qazandığı nailiyyətlər münasibətilə də təbriklərini çatdırıb, bu müddətdə ölkəmizdə enerji resurslarından əldə olunan gəlirlərin iqtisadiyyatımızın inkişafına yönəldilməsinin önəmini vurğulayıb. Mürrey Aukinklos Azərbaycan ilə bp-nin əməkdaşlığını məmnunluqla qeyd edib.
Prezident İlham Əliyev uzun illər ərzində ölkəmizin bp ilə səmərəli əməkdaşlıq həyata keçirdiyini deyib. Dövlətimizin başçısı 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi"nin önəmini vurğulayaraq, həmin dövrdən başlayaraq Azərbaycan ilə bp arasında strateji tərəfdaşlığın həyata keçirildiyini qeyd edib. Azərbaycan Prezidenti ölkəmizdə enerji resurslarının istehsalından əldə olunan gəlirlərin iqtisadi, sosial və bütün digər sahələrin inkişafına səmərəli surətdə yönəldildiyini bildirib.
Görüşdə ölkəmizlə əməkdaşlığın nəticələrindən biri olaraq Azərbaycanın bölgənin bir sıra və Avropa dövlətlərinin enerji təhlükəsizliyinə, xüsusilə dayanıqlı qaz təchizatına töhfəsinə toxunulub, yeni dövrdə ölkəmizin karbohidrogen enerji resursları ilə yanaşı, bərpa olunan enerji mənbələrinin potensialı qeyd edilib, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə bu il bp şirkəti tərəfindən bu istiqamətdə layihənin həyata keçiriləcəyi vurğulanıb.
Söhbət zamanı bp ilə SOCAR arasında gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.
12:29
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də bp şirkətinin yeni baş icraçı direktoru Mürrey Aukinklosu qəbul edib.
Bununla bağlı President.az məlumat yayıb.


Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA