Lionel Messi zədələnib
ABŞ-nin "İnter Mayami" klubunun futbolçusu Lionel Messi zədələnib.
Bunu MLS ("Major League Soccer" - ABŞ və Kanada komandalarının yarışdığı ən yüksək futbol çempionatı) komandasının baş məşqçisi Xerardo Martino açıqlayıb.
Argentinalı mütəxəssis bildirib ki, KONKAKAF (Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası) Çempionlar Kubokunun 1/8 final mərhələsində "Neşvill"ə qarşı keçirilən cavab görüşündə futbolçunun sağ ayağının əzələsində gərginlik yaranıb, əzələ artıq yüklənib. Bu səbəbdən 50-ci dəqiqədə əvəz olunan 36 yaşlı kapitan martın 16-da MLS-də "Di Si Yunayted"lə qarşılaşmada iştirak etməyəcək.
Qeyd edək ki, cavab görüşündə "Neşvill"i 3:1 (ilk oyun - 2:2) hesabı ilə məğlub edən "İnter Mayami" KONKAKAF Çempionlar Kubokunda 1/4 finala yüksəlib. Həmin matçda qollardan birini Messi vurub./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 711 Tarix: 14 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
2026-cı il Dünya çempionatı: Manuel Noyerin rekordu
Almaniya millisinin qapıçısı Manuel Noyer Dünya çempionatında 23-cü oyununu keçirərək, bu turnirlərdə ən çox start heyətində yer alan oyunçular arasında rekord qırıb. -ın xarici mediaya istinadən xəbərinə görə, 40 yaşlı qapıçı Paraqvaya qarşı 1/32 final oyununda start heyətində yer alıb. Bu göstəric
30 iyun"Qarabağ" 1 milyon avroya macar futbolçu transfer etdi
Macarıstanın "Zalaeqerseq" (ZTE) klubunun futbolçusu Bençe Varkoni karyerasını Azərbaycanda davam etdirəcək. Qaynarinfo xəbər verir ki, bu barədə Macarıstanın "Nemzeti Sport" nəşri və transfer xəbərləri üzrə etibarlı mənbə kimi tanınan Saşa Tavolyer məluamt yayıb. Məlumata əsasən
30 iyunRonaldo karyerasını bitirəcək? - Video
Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldo 2026-cı il Dünya Çempionatının karyerasındakı son mundial olduğunu rəsmən təsdiqləyib. "Qafqazinfo"nun xəbərinə görə, 41 yaşlı hücumçu Portuqaliyanın 1/8 final mərhələsində İspaniyaya məğlub olaraq turnirlə vidalaşmasından sonra gələcəyi il
7 iyul"Qarabağ" və Marko Yankoviçin lider olduğu göstərici açıqlandı
2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasında 90 dəqiqə ərzində ən çox dəqiq ötürmə müəllifi olan futbolçular bəlli olub. Qaynarinfo xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının hesabatında bildirilib. "Qarabağ"ın futbolçusu Marko Yankoviç birinci pillədə qərarlaşıb. Yarımmüdafiəçini
1 iyulDÇ-2026: Fransa darmadağınla 1/8 finalda
Futbol üzrə dünya çempionatında Fransa İsveçi məğlub edib. Qaynarinfo-nun məlumatına görə, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən 1/16 final mərhələsinin matçında fransızlar 3:0 hesablı qələbəyə seviniblər. Baş məşqçi Didye Deşamın rəhbərlik etdiyi kollektivdə 45 və 74-cü dəqiqələrdə Kilian Mbapp
1 iyulFIFA prezidentindən Messiyə mesaj: "Sən qeyri-mümkünü mümkün edirsən"
FIFA prezidenti Canni İnfantino Argentina yığmasının hücumçusu Lionel Messiyə xüsusi müraciət ünvanlayıb. xəbər verir ki, bu barədə İnfantino sosial şəbəkə hesabında paylaşım edib. "Sənin futbol oynamağını görmək hər zaman bu idman növünün ən böyük imtiyazlarından biri olub, əziz Lionel Messi. Sə
28 iyunMessinin göz yaşlarının arxasında nə dayanır?
DÇ-2026-nın 1/8 finalında Misiri dramatik şəkildə 3:2 hesabı ilə məğlub edən Argentina millisi növbəti mərhələyə yüksəlib. Qarşılaşmadan sonra diqqət mərkəzində təkcə nəticə deyil, Lionel Messinin emosional anları da olub. Final fitindən sonra göz yaşlarını saxlaya bilməyən ulduz futbolçu komanda yoldaşlar
8 iyul"UFC Fight Night Baku"da Tahir Abdullayevdən İLK QƏLƏBƏ
Bakıda keçirilən "UFC Fight Night Baku" turnirinə start verilib. xəbər verir ki, ilk döyüşdə azərbaycanlı Tahir Abdullayev oktaqona çıxıb. O, Braziliyadan olan rəqibi Ceferson Nasimentonu döyüşün üçüncü raundunda məğlub edib. Xatırladaq ki, Milli Gimnastika Arenasında keçirilən "UFC Figh
27 iyun