Məşhur restoran vətəndaşın qapısında parkinq salıb? - Video
"Səhər yuxudan oyanıb gördük ki, evin qabağında avtodayanacaq düzəldiblər. Piyada səkisini söküb istiqamətini dəyişiblər. Həm də bu işləri hamı yatanda, gecə saat 02-05 aralığında ediblər ki, xəbər tutub etiraz etməyək".
Bu şikayətlə "Qafqazinfo"ya Xəzər rayonunun Mərdəkan qəsəbə sakini İlham Məmmədov müraciət edib.
Vətəndaş iddia edir ki, Buzovna-Mərdəkan şossesi 719C ünvanındakı evinin qarşısında qanunsuz avtomobil dayanacağı "Dükkan" restoranının rəhbərliyi tərəfindən salınıb. Aidiyyəti dövlət qurumları isə buna göz yumub: "Mənim fərdi yaşayış evimin qarşısında qoyulmuş səki daşlarını qonşuluğumda yerləşən "Dükkan" restoranının sahibi kimi tanıdığım Eyvaz adlı şəxs qanunsuz olaraq sökdürərək yerini dəyişdirib. Restorana gələn müştərilərin maşınlarının saxlanması üçün restoranın qarşısında kifayət qədər yer olmasına baxmayaraq, mənim evimin pəncərəsinin qarşısında dayanacaq düzəltmək məqsədilə səkiləri sökərək yoldan bir neçə metr geriyə çəkdirib. Layihə əsasında düzülmüş səki daşlarının yerinin qanunsuz olaraq dəyişdirilməsi, həmçinin restorandan çıxan bəzi şəxslərin şərxoş olduqlarını və mənim evimin pəncərəsinin qarşısında avtomobillərin saxlanılması mənim qanunla qorunan yaşamaq hüququmun pozulmasına gətirib çıxaracaq".
Vətəndaş bildirir ki, analoji hadisə bundan bir il əvvəl yanvar ayında da yaşanıb: "Onda hələ evim tam hazır deyildi, köçməmişdim. O vaxt da belə etmişdilər, səkinin yerini dəyişib evimin qarşısını dayanacağa çevirmişdilər. Xəbər tutan kimi aidiyyəti qurumlara müraciət etdim və qarşısı alındı. Lakin yenə də öz qanunsuz əməllərindən çəkinmirlər".
Problemlə əlaqədar "Dükkan" restoranı ilə əlaqə saxladıq. İaşə müəssisəsindən onlar tərəfindən piyada səkisinə hər hansı dəyişiklik edilmədiyi bildirildi: "Bizim tərəfimizdən belə bir hal baş verməyib, piyada səkisində hər hansı dəyişiklik edilibsə, müvafiq orqanlara müraciət olunsun və onlar tərəfindən araşdırılsın".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 920 Tarix: 15 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Milli Məclisin 2026-cı il Payız sessiyası üzrə ilk plenar iclası başlayıb
Milli Məclisin 2026-cı il Payız sessiyası üzrə ilk plenar iclası keçirilir. xəbər verir ki, iclas Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Plenar iclasın gündəliyində 27 sentyabr - Anım Günü ilə əlaqədar Milli Məclisin Bəyanatı, eyni zamanda parlamenti
30 sentyabrOktyabrda hava necə olacaq?
Oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərd
29 sentyabrBakını yağışa nə qədər hazırlaya bildik? - Zaur Mikayılovla MÜSAHİBƏ
Payızın gəlişi ilə Bakıda yağışlı hava və onun yaratdığı mümkün fəsadlarla bağlı suallar yenidən gündəmə gəlir. Bununla əlaqədar Bakibaku saytının müxbiri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılova müraciət edib. Paytaxt sakinlərini narahat edən sualları şəhərin su təchizat
29 sentyabrBakının bəzi küçələrində yollar bağlanacaq - 29-u saat 21:00-dan etibarən...
Bakının bir sıra küçələrində aparılacaq təmir işləri və hərəkət sxemində ediləcək dəyişikliklərlə əlaqədar sentyabrın 29-u saat 21:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkətinə qısamüddətli məhdudiyyətlər tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib
29 sentyabrAzərbaycanda zəlzələ oldu
Lənkəran rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.4, dərinliyi isə 25 km olub. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub
29 sentyabrThe Guardian: "Süni intellekt maliyyə sisteminə təhlükə yarada bilər"
İngiltərə Bankının rəhbəri Endryu Beyli süni intellekt sahəsində nəzarət mexanizmlərinin saxlanılmasına çağırıb. O bildirib ki, sürətlə inkişaf edən süni intellekt sistemləri maliyyə sabitliyi üçün yeni risklər yarada bilər. The Guardian-a istinadən xəbər verir ki, Beylinin sözlərinə görə, xüsusilə sün
30 sentyabrQaradağın yeni icra başçısı kimdir?
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Natiq Oruc oğlu Əliyev Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. "Qafqazinfo" xəbər verir ki, Əliyev Natiq Oruc oğlu beynəlxalq münasibətlər, dövlət idarəçiliyi və şəhər idarəçiliyi sahələrində geniş peşəka
28 sentyabr