"Xudafərindəki görüş Azərbaycan-İran münasibətlərinin daha da yüksək səviyyələrə çatdırılmasına kömək edəcək" - DEPUTAT
Xəbər verdiyimiz kimi Novruz bayramına qədər Azərbaycan və İran prezidentlərinin Xudafərində görüşü olacaq.
Görüş barədə Sonxeber.az-a danışan deputat Aydın Mirzəzadə bildirib ki, Azərbaycan və İran qonşu dövlətlərdir:
"Bizim qonşuluq münasibətimizə hər hansı alternativ yoxdur. Azərbaycan hər zaman İranla yaxşı münasibətin tərəfində olub. Bunun üçün lazım olan bütün addımlar atıb. Ötən ilin fevralında Tehrandakı səfirliyimizə edilən silahlı basqın münasibətlərimizdə müəyyən soyuqluq yaratmışdı. Azərbaycan İran hökumətindən səfirliyimizə silahlı basqın edənlərin ciddi cəzalandırılmasını və təhlükəsizliyin sistemli şəkildə təmin olunması istəmişdi. Son dövrlər bu istiqamətdə atılan addımlar münasibətlərimizin əvvəlki vəziyyətinə qayıtmasına kömək etdi. İranın rəsmi şəxsləri vaxtaşırı ölkəmizə səfərlər edirlər. Səfərlər zamanı iki ölkə arasındakı əməkdaşlığın yüksək səviyyə çatdırılmasının yollar müzakirə edilir. Azərbaycan və İran prezidentlərinin Xudafərində görüşü də bu istiqamətdə atılan ciddi addımdır. İlk dəfədir ki, iki ölkə rəhbərləri paytaxtda deyil, sərhəddə görüşürlər. Xudafərin Azərbaycan üçün tarixi şərəf yeridir. Bu görüşün Xudafərində olması Azərbaycanın öz ərazi bütövlüyünün təmin edilməsinin göstəricisidir. İran rəhbərliyinin orada görüşə razılıq verməsi Azərbaycanla olan münasibətlərin onun üçün önəmli olmasının göstəricisidir. Bu görüş əməkdaşlığımızın daha da yüksək səviyyələrə çatdırılmasında və mehriban qonşuluq münasibətləri daim hər iki ölkənin diqqətində olmasına kömək edəcək. Azərbaycan tərəfində bu məsələdə heç bir problem yoxdur".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 849 Tarix: 15 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Evi 13 ildir almışam, kollektor üzərində tikildiyini bilmirdim" - Video
Məlum olduğu kimi, paytaxtın Keşlə qəsəbəsində kollektorun üzərində tikilən ev tamamilə sökülüb, xəttin bərpasına başlanılıb. "Qafqazinfo"nun məlumatına görə, sakin Səbuhi Məmmədov ATV-yə bildirib ki, evi 13 il əvvəl alsa da, onun kollektorun üzərində tikilməsindən xəbərsiz olub. "Mətbəxd
7 aprelBakıda iki nəfər dəm qazından zəhərlərək öldü
Bakıda iki nəfər dəm qazından zəhərlərək ölüb. "Report"a istinadən xəbər verir ki, Suraxanı rayonu Yeni Günəşli qəsəbə sakini 1958-ci il təvəllüdlü Nazim Həmdulla oğlu Tahirov yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb. Bundan başqa Sabunçu rayonu Maştağa qəsəbə sakini 1994-c
8 aprelVətən Müharibəsi Qəhrəmanının atası vəfat etdi - Foto
Vətən Müharibəsi Qəhrəmanı Saleh Həsənovun atası Valeh Həsənov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, o, yaşadığı Goranboy rayonunun Qızılhacılı qəsəbəsində dünyasını dəyişib. Əslən Göyçədən olan V.Həsənov Goranboyda aşıq və şair kimi tanınıb, bir neçə kitabın müəllifi olub. Qeyd edək ki
8 aprelHava ilə bağlı əhaliyə xəbərdarlıq edildi
Aprelin 10-dək bəzi ərazilərdə arabir güclənən külək əsəcəyi, havanın yağıntılı keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır və qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi (FHN) müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladıb. Bu barədə -a FHN-dən məlumat verilib. Bildirilib ki
8 aprelMəxfi sənədlərin Qara bağı
İllərlə tamaşaçı rəğbətini qazanan və reytinqlərdə birinci olan "XX yüzillik. Faktlar, hadisələr və insanlar" verilişindən sonra İctimai Televiziyada yeni üslubda bir layihə başlayıb. Müsəllim Həsənovun təqdimatında efirə çıxan "Qara bağ" sənədli serialı adından da göründüyü kimi
7 aprelAğdaban faciəsindən 34 il ötür
Ermənilərin Kəlbəcər rayonunun Ağdaban kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törətməsindən 34 il ötür. 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan Silahlı Qüvvələri və Qarabağdakı erməni hərbi birləşmələri Ağdaban sakinlərinə qarşı vəhşiliklər törədib. 130 evdən ibarət olan kəndin işğal
8 aprel124 yaşlı bina hər an uça bilər (VİDEO)
Tavanlar uçub, divarlar dağılıb, döşəmə çöküb, pilləkənlər isə yararsız vəziyyətdədir. Görüntülər Xətai rayonu, 8 Noyabr prospektində yerləşən 86 nömrəli binadandır. Sakinlər deyirlər ki, sözügedən bina 1902-ci ildə inşa edilib və artıq istismar dövrünü çoxdan başa vurub. Yağışlı və küləkli günlərd
8 aprelÇobanzadə küçəsində yol çökdü, böyük çuxur yarandı - Video
İntensiv yağışlar Bakının küçə və prospektlərində problemlər yaratmaqda davam edir. "Qafqazinfo" xəbər verir ki, Nizami rayonu Bəkir Çobanzadə küçəsində - "Saphire" şadlıq evinin qarşısında yolun hərəkət hissəsində böyük çuxur yaranıb. Bu səbəbdən həmin ərazi lentlə əhatəyə alınıb
8 aprel