Fitrə zəkatını bank kartlarına köçürmək olar
Fitrə zəkatını ənənəvi formada və ya bank kartlarına köçürməklə çıxarmaq olar.
Sonxeber.az xəbər verir ki, bunu report-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev Ramazan ayı münasibətilə çıxarılacaq fitrə zəkatının zamanı və miqdarını açıqlayarkən deyib.
Onun sözlərinə görə, fitrə zəkatı Ramazan bayramından öncəki axşam, bayram namazına qədər çıxarılmalıdır:
"Oruc tutan və ya tuta bilməyən hər kəs üçün fitrə zəkatı vacibdir. Adətən, ailənin başçısı ailəsinin üzvlərinin sayına uyğun hesablayaraq fitrə zəkatı çıxarmalıdır. Bu, ən çox yeyilən ərzaqdan – xüsusilə buğdadan hesablanır. Ərzağın özünü və ya onun dəyərini pul şəklində ehtiyacı olanlara vermək mümkündür. Qafqaz Müsəlmanları İdarəsi tövsiyə edir ki, fitrə zəkatını pulla hesablayarkən adambaşına 10 manatdan götürmək məqsədəuyğundur. İmkanı olanlar bu məbləğdən daha çox hesablaya bilərlər. Maddi durumunu normallaşdırmış, borcları olmayan, ailəsini dolandıra bilən insanlar mütləq fitrə zəkatı çıxarmalıdır".
F.Nurullayev bildirib ki, şəxsin fitrə zəkatını vermək istədiyi ailə uzaqda yaşayırsa, müxtəlif mobil imkanlardan istifadə edərək kömək göstərə bilər:
"Özü şəhərdə yaşayan, kömək etmək istədiyi kasıb ailə rayonda olan şəxslər orada yaşayan qohum-əqrəbasını, tanışını vəkil edə bilər. Yəni bank kartları vasitəsilə də fitrə zəkatını köçürmək mümkündür".
QMİ-nin sədr müavini vurğulayıb ki, bayram namazında iştirak etmək vacib deyil: "Bəzi məscidlərdə bayram namazı 8-də, bəzilərində 9-da başlayır. Bunu məscidin axund və imamları insanların istəyi ilə özləri tənzimləyə bilərlər. Aprelin 10-u Ramazan bayramıdır. Buna görə də bütün dünya müsəlmanlarını təbrik edir, cansağlığı arzulayırıq".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 724 Tarix: 06 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu ərazilərə yağış yağır
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, şimşək çaxır. Bəzi yerlərdə yağıntılar leysan xarakterlidir. Tovuz, Şahbuzda 8, Gədəbəydə 5, Sarıbaş (Qax), Balakəndə 4, Zaqatala
29 sentyabrBakını yağışa nə qədər hazırlaya bildik? - Zaur Mikayılovla MÜSAHİBƏ
Payızın gəlişi ilə Bakıda yağışlı hava və onun yaratdığı mümkün fəsadlarla bağlı suallar yenidən gündəmə gəlir. Bununla əlaqədar Bakibaku saytının müxbiri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılova müraciət edib. Paytaxt sakinlərini narahat edən sualları şəhərin su təchizat
29 sentyabr37 yaşlı yeni başçının - Dosyesi
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. "Qafqazinfo" "Unikal"a istinadən yeni icra başçısının dosyesini təqdim edir:. Məmmədiyə Məmmədov 1989-cu ildə Bakı şəhərində anada
28 sentyabrBakıda oğul öldürüldü - Ananın da meyiti tapıldı
Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində dəhşətli hadisə baş verib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, Rəna adlı yaşlı qadın oğlunu bıçaqlayaraq qətlə yetirib. Faktla bağlı hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. *. TƏBİB-dən sorğumuza cavab olara
28 sentyabrƏvəz Zeynallı dəfn olundu - Fotolar
Tanınmış jurnalist Əvəz Zeynallı dəfn edilib. "Qafqazinfo" xəbər verir ki, o, Kürdəxanı qəbiristanlığında, qayınatası, qayınanası və qaynının yanında torpağa tapşırılıb. Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib və ötən gün dünyasını dəyişib. O, 1970-ci ild
29 sentyabrPaytaxtın bu qəsəbələrində ev və torpaqlar bahalaşa bilər: Səbəb AÇIQLANDI
Bakıətrafı qəsəbələrdə dəmir yolu infrastrukturunun genişləndirilməsi nəqliyyat imkanları ilə yanaşı, daşınmaz əmlak bazarına da təsir göstərə bilər. 2025-2030-cu illəri əhatə edən Dövlət Proqramında nəzərdə tutulan layihələrin reallaşması həmin ərazilərdə torpaq və mənzillərə tələbatı artıra bilər
28 sentyabr