Prezidentin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sədr təyin etdiyi şəxs kimdir? - DOSYE

Prezidentin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sədr təyin etdiyi şəxs kimdir? - DOSYERamin Ələmşah oğlu Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

BAKU.WS xəbər verir ki, Ramin Ələmşah oğlu Məmmədov 1979-cu ildə fevralın 17-də Ağdərə şəhərində doğulub.

O, Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini bitirmişdir.

Ardınca o, Beynəlxalq münasibətlər ixtisası üzrə magistr pilləsini bitirmişdir.

Ramin Məmmədov 2001-ci ildən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində mütəxəssis, 2002-ci ildən Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində mütəxəssis, sədrin köməkçisi, şöbə müdiri işləmiş, 2008-2009-cu illərdə "Avrositi Holdinq"in vitse-prezidenti, 2009-2016-cı illərdə Diasporla İş üzrə Dövlət Komitəsində sədrin köməkçisi, aparat rəhbərinin müavini vəzifələrində çalışmışdır.

Ramin Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin 12 may 2016-cı il tarixli 2040 nömrəli sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini vəzifəsinə təyin olunmuşdur.[1]Ramin Məmmədov 9 fevral 2020-ci il tarixində keçirilmiş növbədənkənar seçkilərdə 64 saylı Sabirabad ikinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının vahid namizədi olaraq deputatlığa namizəd olmuşdur.

O, seçkilərdə 12 677 səs və ya ümumi səslərin 56,2%-ni toplayaraq[4] deputat seçilmişdir.Ramin Məmmədov deputat seçildiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 9 mart 2020-ci il tarixli 1908 nömrəli sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini vəzifəsindən azad olunmuşdur.

Hal-hazırda Ramin Məmmədov Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür.

O, həmçinin, Azərbaycan-Tailand parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Çin, Fransa, İsrail, İtaliya, Koreya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Ramin Məmmədov Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin, Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsinin də üzvüdür.

Ramin Məmmədov 1 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs müəyyən edilib.İngilis və rus dillərini bilir.

Ramin Məmmədov Yeni Azərbaycan Partiyasının üzvüdür. O, Yeni Azərbaycan Partiyasının 5 mart 2021-ci il tarixli VII qurultayında Partiya İdarə Heyətinin üzvü seçilib.
Ramin Məmmədov Prezident İlham Əliyevin 6 iyul 2012-ci il tarixli 2334 nömrəli sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə", 18 noyabr 2017-ci il tarixli 3397 nömrəli sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.
Evlidir, 1 övladı var.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1307   Tarix: 08 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezident TƏSDİQLƏDİ - Bəzi şəxslərin təhsil haqları dövlət tərəfindən ödəniləcək

Minatəmizləmə fəaliyyəti həyata keçirən zaman həlak olmuş minatəmizləyənlərin övladlarının təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Vergi Məcəlləsində, "Təhsil haqqında" və "Minatəmizləmə fəaliyyəti haqqında"

5 may
.

Kaya Kallas Azərbaycana səfərə gəldi

Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının Vitse-Prezidenti Kaya Kallas Azərbaycanda səfərdədir. Qaynarinfo xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin məlumatında qeyd olunub. Məlumata əsasən, Kaya Kallas bildirib ki

5 may
.

Alena Əliyevanın tələbələrlə səmimi görüşündən - Fotolar

Prezident İlham Əliyevin gəlini Alena Əliyeva İ.K.Karpenko-Karı adına Kiyev Milli Teatr, Kino və Televiziya Universitetinin tələbələri və Kiyev Milli Akademik Operetta Teatrının rəhbərliyi ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Sözügedə

5 may
.

Kaya Kallas Azərbaycana səfər edəcək

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Azərbaycana səfər edəcək. Bu barədə "Report" Avropa Xarici Fəaliyyət Xidmətinə (EEAS) istinadən xəbər verir. Məlumata görə, o mayın 5-də Azərbaycana gələcək. Səfər çərçivəsində K.Kallas Azərbaycanı

4 may
.

Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də Bakı Olimpiya Stadionunun ərazisində mayın 17-22-də keçiriləcək "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13

12 may
.

Avropa parlamenti siyasi təzyiq alətinə çevrilir

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin Zirvə toplantısında videobağlantı vasitəsilə çıxış edərək Avropa Parlamentini sərt tənqid edib. Dövlətimizin başçısı bildirib ki, bu qurum Ermənistan Azərbaycan sülh prosesini dəstəkləmək əvəzinə onu sabotaj etməyə üstünlük verir. Prezident vurğulayı

5 may
.

"Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində böyük işlər həyata keçirilir" - DEPUTAT

"Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi və siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi qarşıda duran əsas vəzifə hesab olunur". Bunu -a Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb. O, açıqlamasında qeyd edib ki, bunun üçün ölkəmizdə tez-tez yeni qanu

8 may
.

Müasir müstəqil Azərbaycan dövlətinin banisi

Tarixin axarında elə liderlər meydana çıxır ki, onların uzaqgörənliyi, cəsarəti və xilaskarlıq missiyası bir millətin taleyində həlledici dönüş nöqtəsinə çevrilir. Belə şəxsiyyətlər dərin böhranlar şəraitində çıxış yolu göstərərək varlığı və gələcəyi təhlükə altında olan bir xalqın dirçəliş iradəsin

7 may
.

İlham Əliyev və birinci xanım Həzi Aslanovun məzarını ziyarət etdi - Fotolar

Mayın 9-da faşizm üzərində tarixi Qələbədən 81 il ötür. "Qafqazinfo" xəbər verir ki, bu münasibətlə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun məzarını ziyarə

9 may