"Gəlir gəlsin, gəlmir, heç lazım da deyil" - Prezidentdən sərt xəbərdarlıq
"Hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir. Gəlir gəlsin, gəlmir, heç lazım da deyil. Guya onların gəlib-gəlməməsi ilə nəsə dəyişir, heç nə dəyişmir".
"Qafqazinfo" xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşaya köçmüş ilk sakinlərlə görüşü zamanı deyib.
Dövlət başçısı bildirib ki, burada, bu torpaqda söz sahibi bizik:
"Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Hər halda hər kəs bilir ki, biz nəyə qadirik, Ordumuz nəyə qadirdir və iradəmiz nə qədər möhkəmdir. Heç kim bizim qabağımızda dura bilməz. Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik. İkinci Qarabağ müharibəsindən sonra biz Ermənistana demişik ki, gəlin, sərhədi ədalətli müəyyən eləyək. Yox, istəmirsinizsə, onda biz deyəcəyik, harada istəyirik orada da sərhəd olacaq. Neyləyəcək, kimə zəng edəcək, lap 100 dəfə zəng etsin, nəticəsi nə olacaq? Həm Azərbaycan xalqına, həm də bu bölgəyə maraq göstərənlərə bir daha demək istəyirəm ki, bizimlə hesablaşmadan burada bir addım da atılmamalıdır bundan sonra. Əminəm ki, mənim sözümü eşidirlər, bilirlər mən nəyi deyirəmsə, onu da edirəm".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Ən az qulluq tələb edən 5 meyvə ağacı: Bir dəfə əkin, illərlə məhsul götürün
Bir qəpiklik yumurtalarla bağlı AQTA-dan AÇIQLAMA
Kiçik görünüş, böyük sağlamlıq faydaları
Metroda oğurluq anı kameralara düşdü: Şübhəli saxlanıldı
Qiymətlər REKORD HƏDDƏ ENƏ BİLƏR: Yumurta bazarında nə baş verir?
XƏBƏRDARLIQ! Şimşək çaxacaq, dolu düşəcək... - SABAHIN HAVASI
"Gecə evimə basqın edib maşını tələb etdilər" - Vətəndaşların avtomobilini əlindən alan dələduzluq şəbəkəsi - VİDEO
Tribunada gözlənilməz anlar: telefonu aşağı düşdü - VİDEO
Bakı-Şamaxı yolunda DƏHŞƏT: Qarşıdan gələn avtomobilin təkəri çıxaraq "Range Rover"ə çırpıldı - ANBAAN VİDEO
Bakının bir qəsəbəsində SÖKÜNTÜ BAŞLADI: Kompensasiya veriləcək
Bakı və Sumqayıtın bəzi ərazilərini qurbağalar basdı - SƏBƏB NƏDİR? - VİDEO
Oğlan uşaqlarına bu sözləri qətiyyən deməyin
Hansı kərə yağı daha yaxşıdır? - 72,5, yoxsa 82,5 faiz?
Bu ölkəyə getmək üçün viza lazım olmayacaq
Toyda şampanla rəqs etmək istəyən bəy, gəlini yerə yıxdı - VİDEO