İnstaqramda tanış olduğu qadın kişi çıxdı - Ağlagəlməz fırıldaq

İnstaqramda tanış olduğu qadın kişi çıxdı - Ağlagəlməz fırıldaqBakıda özünü qadın kimi təqdim edərək sosial şəbəkədə tanış olduğu şəxsə qarşı külli miqdarda dələduzluq etmiş kişinin məhkəməsi başa çatıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 1991-ci il təvəllüdlü Samir İsmayılov Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə təqsirləndirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə məlum olub ki, Samir instaqram sosial şəbəkəsində qadın adı ilə profil açıb. O, sosial şəbəkədə klinikalardan birinin həkimi olan və "BakuBus" MMC-yə təhkim edilmiş E.Əliyevlə tanış olub. Özünü "Nigar" adı ilə təqdim edən və əsl kimliyini gizlədən Samir tanış olduğu şəxslə isti münasibətlər qurmağa başlayıb.

Zərərçəkmiş şəxs ifadəsində bildirib ki, Samir onu aldadaraq 150 min manata yaxın pul alıb: "BakuBus"da işləyərkən boş vaxtım çox olurdu, başımı qatmaq üçün instaqrama daxil olurdum. Həmin vaxt təsadüfən qarşıma "aygu.11262" profili çıxdı, özüm də bilmədən həmin profilə təqib yolladım. İki gün sonra həmin səhifədən mənə "salam" mesajı gəldi. Qarşı tərəflə aramızda virtual ünsiyyət yarandı. Mən instaqramda "Akif" adı ilə qeydiyyatdan keçmişdim. Mesaj yazan şəxs 39 yaşlı, Nigar adlı xanım olduğunu, anasının əslən gürcüstanlı, atası Xəyyam Əliyevin isə göyçaylı olduğunu, anasının öldüyünü, atasının məşhur iş adamı olduğunu, əmisi İlqar Əliyevin vaxtilə MTN-də şöbə rəisi işlədiyini, tutulduqdan sonra Bakı İstintaq Təcridxanasında özünü asdığını, atasının Rusiya Federasiyasının Çita şəhərində işlədiyini, əri "Feyruz"un "Azal"da pilot kimi çalışdığını, 11 yaşında oğlunun, 9 yaşında qızının olduğunu dedi".

E.Əliyevin sözlərinə görə, onunla qadın kimi danışan şəxs ailədəki bəzi problemlərini də dilə gətirib: "Nigar" mənə ərinin birlikdə işlədiyi stüardessa ilə ona xəyanət etdiyini, bu səbəbə görə ərindən qisas alacağını bildirmişdi. Bundan sonra aramızda isti münasibətlər yarandı. Mənimlə görüşüb intim münasibətdə olacağını dedi. Nigar bu formada ərindən ona xəyanət etdiyinə görə qisas almaq istədiyini yazırdı. Mən də Nigarın təklifini qəbul etdim. Nigar ərinin ondan şübhələnməməsi üçün görüşə rəfiqəsi ilə birgə gələcəyini də bildirmişdi".

Zərərçəkmiş şəxsin ifadəsindən məlum olur ki, özünü Nigar kimi təqdim edən Samir İsmayılov ilk bir ildə ondan müxtəlif adlarla 70 min manata yaxın pul alıb. O, inandırıcılığın yaranması üçün kişiyə tanışı olan qadının fotolarını göndərib. E. Əliyev bildirib ki, arvadının qızıllarını satıb, bankdan kredit götürərək "Nigar"ın dediyi kartlara pul göndərib. O, atasının Rusiyadan gələcəyini və aldığı pulları qaytaracağını bildirib: "Bir müddət sonra "Nigar" mesaj yazaraq atasının zəng edəcəyini bildirdi. Bir neçə dəqiqədən sonra özünü Nigarın atası kimi təqdim edən şəxs vatsap proqramı vasitəsilə Rusiya nömrəsindən zəng edərək Xəyyam Əliyev olduğunu, Nigarla aramızda olan yazışmadan, Nigara maddi tərəfdən köməklik etməyimdən xəbərdar olduğunu deyərək təşəkkür etdi. "Nigar"ın atası telefon danışığı zamanı məni qızı ilə evləndirəcəyini, qurduğu biznesə şərik edəcəyini dedi. Bir müddət sonra "Xəyyam" zəng edərək Bakıda tikintidə bədbəxt hadisə nəticəsində fəhləsinin öldüyünü, bu hadisəyə görə 130 000 manat xərclədiyini və bu işdə köməklik göstərməyimi xahiş etdi. Həmin vaxt onun dediyi bank kartına pul yolladım. "Xəyyam Əliyev"lə mobil telefonla danışsam da, onunla şəxsən görüşməmişdim. Bundan sonra klinikadan işdən çıxdım, iş yerimdə bir nəfər şəxslə aramda münaqişə olmuşdu. İşsiz olduğum üçün "Nigar"ın atasına zəng edib iş tapmaqda köməklik göstərməyi xahiş etdim. 2005-ci ilədək Ədliyyə Nazirliyinin Müalicə müəssisəsində həkim-narkoloq vəzifəsində işləmişdim, orada rəhbərliklə aramda olan münaqişəyə görə "xidməti uyğunsuzluq" maddəsi ilə ədliyyə orqanlarından xaric edilmişdim. Bu haqda "Nigar"a yazmışdım. O isə bu haqda "atası"na deyib. Həmin "ləkə"ni şəxsi işimdən sildirmək üçün "Xəyyam Əliyev" 4000 manat pul istədi".

Araşdırmalar zamanı məlum olub ki, həkimi aldadaraq külli miqdarda pul alan "Nigar" və atası "Xəyyam Əliyev" əslində Samir İsmayılov özü olub. E.Əliyev başına gələnlər barədə polis orqanlarına müraciət etdikdən sonra S.İsmayılov barədə cinayət işi açılıb. E.Əliyev 150 min manata yaxın zərərə düşdüyünü bildirsə də, istintaqa həmin məbləğdən xeyli az ödənişin qəbzini təqdim edə bilib.

Təqsirləndirilən şəxs Samir İsmayılov da ifadəsində törətdiyi əməlləri etiraf edib. Onun E.Əliyevlə "Nigarın atası" kimi danışarkən Rusiya və ABŞ nömrələrindən istifadə etməsi müəyyənləşib.

Həmçinin məlum olub ki, o, dələduzluq yolu ilə aldığı pulları mərc oyunlarına qoyub və demək olar ki, hamısını uduzub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin bu ilin may ayında çıxardığı hökmlə Samir İsmayılov 178.3.2-ci maddə ilə təqsirli bilinib. Ona 7 il 6 ay həbs cəzası verilib.

Qeyd edək ki, Samir İsmayılov özünü keçmiş MTN zabiti İlqar Əliyevin qardaşı oğlu kimi təqdim etsə də, onun uzaq qohumu olması da məlum olub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1173   Tarix: 13 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Sumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə

25 sentyabr
.

Çoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA

Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını

25 sentyabr
.

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları

25 sentyabr
.

Azərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK

Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye

27 sentyabr
.

Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI

Bakıda "Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət bu gün gecəyarısı 00:00-da başa çatacaq. xəbər verir ki, yarışların başa çatmasından dərhal sonra - sentyabrın 26-da ərazidə quraşdırılmış konstruksiyaları

26 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr
.

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələrinin hər zaman üst-üstə düşməməsi təhsil sahəsində müzakirə olunan məsələlərdəndir. Məktəbdaxili qiymətləndirmə ilə imtahanlarda tətbiq olunan qiymətləndirmə üsulları, meyarlar və tapşırıq formatları arasında fərqlər bu nəticələrə təsir göstər

25 sentyabr
.

"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib

25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya təşkil olunub. Panel sessiyada Azərbaycan Respublikasını

26 sentyabr
.

Sabah hava necə olacaq? - Açıqlandı

Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

26 sentyabr