İçkili vəziyyətdə ölümlə nəticələnən qəza törədən qadın sürücüyə cəza verildi

İçkili vəziyyətdə ölümlə nəticələnən qəza törədən qadın sürücüyə cəza verildiBakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Təhminə Həsənovaya hökm oxunub.

"Unikal"ın məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror Eldar Məmmədov məhkəmədən təqsirləndirilən şəxsin 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə ötən ilin iyununda paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Təhminə Həsənova "Hyundai i30" markalı avtomobillə Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsində yerləşən 84 nömrəli tam orta məktəbin qarşısında hərəkətdə olan zaman yolun solundan sağına keçən piyada 1964-cü il təvəllüdlü Suliddin Faxrət oğlu Hüseynovi vurub. Məhkəmə ekspertizası zamanı Təhminə Həsənovanın avtomobili içkili vəziyyətdə idarə etdiyi məlum olub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

T.Həsənovaya qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 987   Tarix: 13 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Mayda 14 GÜN İŞ OLMAYACAQ - 2 bayramı bir gündə qeyd edəcəyik

Martda olduğu kimi, mayda da Azərbaycanda qeyri-iş günlərinin sayı çoxdur. 2026-cı ilin iş vaxtı norması və istehsalat təqviminə əsasən 9 May - Faşizm üzərində Qələbə Günü, 27, 28 may tarixləri Qurban bayramı, 28 May Müstəqillik Günüdür. Belə ki, 9 May - Faşizm üzərində Qələbə Günü şənbə gününə təsadü

5 aprel
.

Şabranda evi su apardı, sakinlər təxliyə olundu

Bir neçə gündür yağan intensiv yağışlardan sonra Şabran rayonundan keçən Dəvəçiçayda da daşqın olub. "Qafqazinfo" xəbər verir ki, nəticədə çayın yaxınlığında yerləşən yaşayış evləri və obyektlər üçün təhlükəli vəziyyət yaranıb. Problemlə əlaqədar Şabran Rayon İcra Hakimiyyətinə müraciət etdik

6 aprel
.

Yerdə əhalinin sayı həddindən artıqdır: Həyəcan TƏBİLİ

Alimlərin fikrincə, hazırda Yer kürəsində yaşayan insanların sayı planetin dayanıqlı imkanlarını artıq xeyli üstələyib. xarici mediaya istinadla xəbər verir ki, onların hesablamalarına görə, Yer yalnız təxminən 2,5 milyard insanı uzunmüddətli və stabil şəkildə resurslarla təmin edə bilər. Araşdırma nəy

6 aprel
.

Sabah arabir yağış yağacaq

Azərbaycanda aprelin 7-də arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə az yağış yağacağ

6 aprel
.

Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb

Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb. "Report" xəbər verir ki, bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb. "Füzuli şəhərində yaradılan 300 yeni iş yeri ölkəmizin gücl

5 aprel
.

Bakıda bu ərazilərdə SÖKÜNTÜ OLACAQ - Metrostansiya, tramvay xətləri...

"Plan üzrə əvvəldən elan olunmuş rayonlar qüvvədə qalır. 2026-cı ildə "Təzəpir" məscidinin ətrafı, "Bayıl şəhər" adlandırılan ərazilər, keçmiş "Sovetski" (hazırda Yasamal rayonu) ərazisində yerləşən və artıq sökülmüş binaların qalıqlarını əhatə edən sahələr sökünt

6 aprel
.

19 yaşlı qızı qaçırmaqda şübhəli bilənən 4 nəfər saxlanıldı

Tovuzda 19 yaşlı qızı evlənmək məqsədilə qaçırmaqda şübhəli bilənən dörd nəfər saxlanılıb. Qaynarinfo xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan məlumat verilib. Qeyd edilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qızın yeri müəyyən edilərə

7 aprel
.

Bu ödənişlərə komissiya gəlir - Pulunuzdan tutulacaq

"Pashapay" (MilliON) ve M-Pay (E-manat) terminalları ile mədaxil əməliyyatları zamanı 1% komissiya haqqı tutulacaq. Bizim.Media xəbər verir ki, komissiya haqqı sözügedən operatorlar tərəfindən tutulacaq. Qeyd edək ki, digər ödəniş istiqamətləri üzrə tariflərdə dəyişiklik nəzərdə tutulmur. Xidmətlə

5 aprel
.

"Yeniyetmənin daxilindəki gərginlik çıxış yolu tapmayanda zorakılığa çevrilir" - PSİXOLOQ

"Müasir dünyanın bəzi yazılmamış qaydalarını nəzərə alsaq, hazırda yeniyetməlik dövrü çox həssas mərhələ hesab olunur. Ani qəzəb yaranır, impulsiv davranışlar müşahidə olunur və nəticəni düşünmə qabiliyyəti zəifləyir. Yeniyetmənin daxilindəki gərginlik çıxış yolu tapmayanda zorakılığa çevrilir

6 aprel