8 yaşında məcburi köçkün düşmüşdü, Xankəndiyə prokuror təyin edildi
Xankəndi şəhərinə prokuror təyin edilib.
"Qafqazinfo" xəbər verir ki, bununla bağlı baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Əmrinə əsasən, Rəşadət Orucov Xankəndi şəhər prokuroru vəzifəsinə təyin edilib.
Bildirilib ki, Rəşadət Orucov 2012-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunub. Əvvəllər Mingəçevir Şəhər Prokurorluğunun müstəntiq və böyük müstəntiqi, Tovuz Rayon Prokurorluğun böyük müstəntiqi, Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin böyük prokuroru vəzifələrində çalışıb. 2019-cu ildən hazırkı vaxtadək Yasamal rayon рrоkurorunun müavini vəzifəsində işləyirdi.
Qeyd edək ki, Qubadlı rayonunda anadan olan Rəşadət Orucov 8 yaşında erməni işğalı nəticəsində ailəsi ilə birgə məcburi köçkün düşüb.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 4 May 2024-cü il tarixli Sərəncamı ilə Xankəndi Şəhər Prokurorluğu yaradılıb.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 2217 Tarix: 20 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qardaşlığın rəmzi - Şuşa Bəyannaməsi
Bu gün Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri bütün dünya ölkələri arasında mövcud olan tərəfdaşlıq əlaqələrinə nümunə təşkil edir. Hazırda dünyada bu cür münasibətlərə malik olan iki dövlət tapmaq mümkün deyildir. Hətta, eyni təşkilat, yaxud ideologiya ətrafında birləşmiş dövlətlər arasında bel
9 iyun"Qərbi Azərbaycana qayıdış ərazi ıddiası deyil, insan hüququdur" - AÇIQLAMA
Qərbi Azərbaycana qayıdış məsələsinin Ermənistanda ərazi iddiası kimi qiymətləndirilməsi əsassızdır. Bunu Ordubadda keçirilən II "Qərbi Azərbaycana qayıdış" konqres-festivalı çərçivəsində jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov deyib. Parlamentin sədr müavin
18 iyunİlham Əliyev İsveç Kralını təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava təbrik məktubu ünvanlayıb. -a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:. "Əlahəzrət,. İsveç Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adında
6 iyunBir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb
Prezident İlham Əliyev dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb. -a istinadən xəbər verir ki, Fərmana əsasən "Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi" publik hüquqi şəxsin əsasında Azərbayca
25 iyun