İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.
Bununla bağlı President.az məlumat yayıb.
Sərəncama əsasən, 2006-cı ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1989-2005-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2024-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.
"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2024-cü il iyulun 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1643 Tarix: 20 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident: "Biz cəmi doqquz aydır ki, sülh şəraitində yaşayırıq"
"Biz cəmi doqquz aydır ki, sülh şəraitində yaşayırıq və sülh şəraitində yaşamağı öyrənirik". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışında deyib. Ötən ilin avqus
4 mayPrezident Melonini belə qarşıladı - Video
Xəbər verdiyimiz kimi, İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni Azərbaycana səfərə gəlib. "Qafqazinfo" xəbər verir ki, onu Prezident İlham Əliyev qarşılayıb. Qeyd edək ki, İlham Əliyev və Ciorcia Meloninin təkbətək görüşü keçirilib
4 mayBütün maneələrə baxmayaraq Azərbaycan sülh gündəliyinə sadiqdir
May ayının 4-də Ermənistanın paytaxtı İrəvan şəhərində "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısı keçirilib. Avropa İttifaqına daxil olan, eləcə də Kanadanın dövlət və hökumət başçılarının iştirak etdiyi bu toplantıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev videobağlantı formatınd
5 mayUkraynanın İrpen şəhər Şurası İlham Əliyevi fəxri vətəndaş elan edib
Ukraynanın İrpen şəhər Şurası Azərbaycan Prezidenti İlham Əliyevi şəhərin fəxri vətəndaşı elan edib. "Report"a istinadən xəbər verir ki, bunu İrpen şəhər Şurasının rəhbəri, şəhərin meri əvəzi Anjela Makeyeva bildirib. Qeyd edək ki, Ukraynada müharibə başlayandan sonra Prezident İlham Əliyevi
30 aprel