Bu qədər tələbənin təhsilhaqqını dövlət ödəyib
Keçən il Azərbaycanda təhsil alan 116 min 471 tələbənin təhsilhaqqı dövlət tərəfindən ödənilib.
"Qafqazinfo" xəbər verir ki, bu, Azərbaycanın 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatda öz əksini tapıb.
Qeyd olunub ki, hesabat ilində xərc edilmiş vəsait hesabına ali təhsil və digər müəssisələrdə dövlət sifarişi üzrə təqribən bakalavriat səviyyəsi üzrə 100 min 726 nəfər, magistratura səviyyəsi üzrə 12 min 977 nəfər, rezidentura səviyyəsi üzrə 2048 nəfər, doktorantura səviyyəsi üzrə 619 nəfər, ikitərəfli saziş və müqavilələr üzrə 101 nəfər əcnəbi, cəmi 116 min 471 tələbənin müvafiq olaraq 220 milyon manat təhsil və 135,4 milyon manat təqaüd xərcləri, cəmi 355,4 milyon manat ödənilib.
Bununla yanaşı, dövlət sifarişi və dövlət hesabına kadr hazırlığının maliyyələşdirilməsi ilə bağlı xərclər hesabına ötən il ərzində ali təhsil üzrə ödənişli əsaslarla təhsil alan məcburi köçkün statuslu 16 841 nəfər, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 1208 nəfər, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları olan 2464 nəfər, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə "Müharibə veteranı" adı almış 552 nəfər, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş 940 nəfər, habelə sözügedən imtiyazlı şəxslər üzrə orta ixtisas təhsil müəssisələrində 1272 nəfər və peşə təhsili müəssisələrində 246 nəfər, cəmi 23 +523 nəfər tələbənin 35,9 milyon manat təhsil və valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş tələbələrin həmçinin 1,8 milyon manat təqaüd xərcləri, cəmi 37,7 milyon manat maliyyələşdirilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 691 Tarix: 23 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil
27 sentyabrBakıda dişi çəkilən qadın öldü (VİDEO)
Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı
25 sentyabrPensiya yaşı ilə bağlı yeni QAYDA
Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"
27 sentyabrNazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq
Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır. Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqq
27 sentyabrMƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA
Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların
27 sentyabrBu şəxslər üçün avtobus və metro PULSUZDUR
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi
26 sentyabr