"Azərbaycanla İran beynəlxalq və regional təhlükəsizliklə bağlı məsələlərdə eyni mövqedədir" - DEPUTAT

"Azərbaycanla İran beynəlxalq və regional təhlükəsizliklə bağlı məsələlərdə eyni mövqedədir" - DEPUTATXəbər verdiyimiz kimi Azərbaycanın Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti dəhşətli helikopter qəzası nəticəsində faciəvi şəkildə dünyalarını dəyişmiş İran İslam Respublikasının mərhum Prezidenti Seyid İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və onları müşayiət edən başqa yüksək vəzifəli şəxslərin rəsmi vida mərasimində iştirak edib. Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər naziri Ceyhun Bayramov, həmçinin Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Əziz Ələkbərov, Cavanşir Paşazadə, Cəbi Quliyev və digər rəsmi şəxslər daxildir.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə ildirib ki, İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir-Abdullahianın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olması dost ölkə olaraq bizi də sarsıtdı:

"Cənab baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti dəhşətli helikopter qəzası nəticəsində faciəvi şəkildə dünyalarını dəyişmiş İran İslam Respublikasının mərhum Prezidenti Seyid İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və onları müşayiət edən başqa yüksək vəzifəli şəxslərin rəsmi vida mərasimində iştirak etdi. Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzv kimi mən də vida mərasimində iştirak edirdim.

Bir müddət davam edən Azərbaycanla-İran arasındakı gərginlik demək olar ki, aradan qalxıb. Mayın 19-da Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü bunu bir daha sübut etdi. Bu gün iki ölkə arasındakı problemlər aradan qaldırılıb. Yaxın zamanlarda Tehranda yeni bir ərazidə səfirliyimizin yenidən fəaliyyətə başlaması gözlənilir".

Deputat qeyd edib ki, bu gün Azərbaycan-İran arasında demək olar ki, hər bir sahədə sıx əməkdaşlıq var:

"Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağının açılışı hər iki ölkə üçün olduqca önəmlidir. Bu kimi vacib layihələr Azərbayca-İran arasındakı dostluğu daha da artıracaq. Azərbaycanla İran beynəlxalq və regional təhlükəsizlik ilə bağlı məsələlərdə eyni mövqedə dayanır. Bu gün bütün beynəlxalq təşkilatlarda hər iki ölkə bir-birini dəstəkləyir. Əminəm ki, bu dəstək bundan sonra da davam edəcək".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1062   Tarix: 23 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Yüzlərlə kilometr köhnə avtobuslarda: Rayonlara gediş-gəliş niyə sınağa çevrilir?

Yayın qızmarında və ya qışın şaxtasında paytaxtdan rayonlara gediş-gəliş sərnişinlər üçün bəzən sınağa çevrilir. Şəhərlərarası sərnişindaşıma sistemində avtobus parkının yenilənməsi və xidmət keyfiyyətinin artırılması istiqamətində müəyyən addımlar atılsa da, marşrutlar üzrə mövcud vəziyyət eyni səviyyəd

27 sentyabr
.

Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR

Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil

27 sentyabr
.

Bakıda dişi çəkilən qadın öldü (VİDEO)

Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı

25 sentyabr
.

Övladınız 11-17 yaşındadırsa, DİQQƏT: Dələduzlar məhz onları hədəf seçirlər

"11-17 yaş qrupunda olanlar dələduzlar üçün ən əlverişli və asan hədəf sayılır". xəbər verir ki, bunu "RİA Novosti"yə rusiyalı psixoloq, psixologiya elmləri namizədi Svetlana Kolobova deyib. Mütəxəssisin sözlərinə görə, yeniyetmələr daim müstəqilliyə can atır və problemləri özlər

27 sentyabr
.

Lənkəranda zorakılığa məruz qalan uşağın anasının valideynlik hüququ məhdudlaşdırıla bilər - RƏSMİ

"Atalığı tərəfindən döyüldüyü bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar". Bu barədə -a Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib

25 sentyabr
.

Pensiya yaşı ilə bağlı yeni QAYDA

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"

27 sentyabr
.

Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq

Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır. Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqq

27 sentyabr
.

MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA

Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların

27 sentyabr
.

Bu şəxslər üçün avtobus və metro PULSUZDUR

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi

26 sentyabr