Baş prokuror İmişlidə 5 aydır itkin düşən 11 yaşlı uşaqla bağlı göstəriş verib
Ötən il dekabrın 26-dan İmişlidə itkin düşən, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlu ilə bağlı başlanan cinayət işinin icraatı rayon prokurorluğundan alınaraq Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.
Bu barədə APA-nın Mil-Muğan bürosuna, zərəçəkmiş Vasif Xankişiyevin (azyaşlının atası) hüquqi təmsilçisi, hüquq müdafiəçisi Samir Zeynalov məlumat verib. Onun bildirdiyinə görə, Xankişiyev Rasim Vasif oğlunun 26 dekabr 2023-cü il tarixdə İmişli rayonunun Qaragüvəndikli kəndində qeyri-aşkar şəraitdə itkin düşməsi faktı ilə bağlı İmişli rayon prokurorluğunda özünə qəsd maddəsi ilə açılmış cinayət işi üzrə icraatın nəticəsizliyinə görə 21 may tarixində Baş prokuror Kamran Əliyevin qəbulunda olublar: "Baş prokuror məni və nümayəndəsi olduğum şəxsi, yəni Rasimin atasını şəxsən qəbul etdi. Baş prokurordan konkret olaraq xahişimiz o idi ki, cinayət işinin icraatı İmişli rayon prokurorluğundan alınaraq Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilsin. Hadisənin qeyri-aşkar şəraitdə baş verməsini nəzərə alaraq, xahişimiz əsaslı idi. Beləliklə, xahişimiz Baş prokuror tərəfindən müsbət dəyərləndirildi. Cinayət işinin icraatı bundan sonra Baş Prokurorluğun İstintaq İdarəsində davam etdiriləcək. Buna görə Baş prokuror Kamran Əliyevə minnətdarlığımızı bildiririk".
Onun sözlərinə görə, hazırda azyaşlının axtarış prosesi yüksək intensivliklə davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2074 Tarix: 23 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil
27 sentyabrBakıda dişi çəkilən qadın öldü (VİDEO)
Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı
25 sentyabrPensiya yaşı ilə bağlı yeni QAYDA
Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"
27 sentyabrNazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq
Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır. Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqq
27 sentyabrMƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA
Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların
27 sentyabrBu şəxslər üçün avtobus və metro PULSUZDUR
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi
26 sentyabr