Metro və avtobuslarda gediş haqqı QALDIRILIR? - AÇIQLAMA
Metro və avtobuslarda gediş haqqının artırılacağı barəsində vətəndaş arasında fikirlər yayılıb. Azərbaycanda Metro və avtobuslarda gediş haqqı artırıla bilərmi?
Məsələ ilə bağlı iqtisadçı Rəşad Həsənov Sonxeber.az-a açıqlama verib.
İqtisadçı bildirib ki, hazırda nəqliyyat tariflərinin artırılması istiqamətində hər hansı ciddi iqtisadi amillər yoxdur:
"Düşünürəm ki, hazırda nəqliyyat tariflərinin artırılması istiqamətində hər hansı ciddi iqtisadi amillər yoxdur. Son qiymət artımından sonra yanacaq qiymətləri artmayıb, inflyasiya səviyyəsi optimallaşıb ki, bu da digər xərclərin artım risklərini azaldıb, əməkhaqqı artımı olmayıb. Bu şərtlər daxilində nəqliyyat tariflərinin artırılmasını əsaslandırmaq çətindir. Bununla belə, onu da vurğulamaq lazımdır ki, bir sıra hallarda qəbul edilən qərarların, o cümlədən tarif şurasının bəzi qərarlarının rasional izahı olmur. Yəni, sabah bənzər qərar qəbul edərək gediş haqqı tariflərini artırsalar buna da təəccüblənmənəm".
Qeyd edək ki, Tarif (qiymət) Şurasının 31 yanvar 2023-cü il tarixli iclasında metro və sərnişindaşımada gediş haqlarının artırılmasına dair qərar qəbul edilib.
Şura təklifləri müzakirə edərək metroda sərnişindaşıma tarifini 40 qəpik, müntəzəm şəhərdaxili marşrutlarda tarifin yuxarı həddini 40 qəpik , şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə tarifi məsafədən asılı olaraq 40 qəpik-1 manat arası, müntəzəm şəhərlərarası avtobus marşrutlarında tarifin yuxarı həddini 1 kilometr üçün 3 qəpik (əvvəlki tarif 2,4 qəpik), Bakı-Sumqayıt (Sumqayıt-Bakı) avtobus marşrutlarında tarifi 60 qəpik (əvvəlki tarif 50 qəpik) səviyyəsində müəyyənləşdirib.
Gülcahan Məmmədova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3305 Tarix: 23 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO
Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri
18 sentyabr 2021Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18 sentyabr 2021Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18 sentyabr 2021Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA
Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini
17 sentyabr 2021Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO
Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca
17 sentyabr 2021