Anar Bağırov: "Gələcəkdə Türk dünyası Vəkillər kollegiyalarının təsis edilməsini arzulayırıq"

Anar Bağırov: "Gələcəkdə Türk dünyası Vəkillər kollegiyalarının təsis edilməsini arzulayırıq""2023-cü ildə Türkiyənin Kahramanmaraş vilayətində baş verən dəhşətli zəlzələ baş qeydə alınanda Azərbaycan vəkillərinin hər biri birləşib qardaşlarımıza, Türkiyə Barolar Birliyinə var gücümüzlə dəstək verməyə çalışdıq. Çünki bu, bizim mənəvi borcumuz idi. Əgər biz bir-birimizə qardaş deyiriksə, təbii ki, bunu əməldə sübut etməliyik. İnanıram ki, bundan sonra da biz yaxşı və pis günlərdə də bir yerdə olacağıq".

Bunu Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırov mayın 23-də Türkiyənin paytaxtı Ankara şəhərində Türkiyə Barolar Birliyinin və ARVK-nın birgə təşkilatçılığı ilə keçirilən Türk dünyası Vəkillər kollegiyalarının zirvə görüşündə çıxışı zamanı deyib.

Sədr bildirib ki, bu gün vəkillik tarixində çox önəmli bir gündür:

"Gələcəkdə bugünkü gün xoş bir gün kimi, yadda qalacaq, xatırlanacaq. Bu gün yaranan əməkdaşlıq, qarşılıqlı münasibət gələcək illərdə də güclənəcək. Əminəm ki, hazırda tarixə imza atırıq. Bu münasibətlə bütün həmkarlarımı ürəkdən təbirik edirəm. Türkiyə Barolar Birliyinin prezidenti dəyərli Erinç bəyə bir daha minnətdaram ki, bu görüşün gerçəkləşməsində önəmli səylər göstərdi. Arzu edirəm ki, bu toplantı növbəti illərdə də davam etsin, gələcəkdə belə bir təşkilat təsis olunsun. Bu təşkilatın ölkələrimizdə rəsmi ofisi, təmsilçiləri olsun. Vəkillər üçün təlimlərin, konfransların keçirilməsi, təcrübə mübadiləsinin aparılması və bir sıra məsələlərin müzakirə olunmasını istəyirəm. Hesab edirəm ki, Türk dünyasının vəkilləri də bunu arzulayır".

Anar Bağırov Türkiyə Barolar Birliyinin prezidenti Erinç Sağkanın yenidən Azərbaycana dəvət edib:

"Bilirəm ki, siz Azərbaycanı çox sevirsiz. Çox istərdim ki, sizi yenidən ölkəmizdə görək. Bildiyiniz kimi, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edir. Bu, çox önəmli bir hadisədir. Bu hadisə çərçivəsində Türk dünyası Vəkillər kollegiyalarının daha da yaxından iştirak etməyə dəvət edirəm. Düşünürəm ki, bundan sonra da keçirilən tədbirlərə bir-birimizi dəvət edək, daha sıx münasibətlər olsun. Bütün vəkillərə müraciət edərək bizim bu təşəbbüsü dəstəkləməyə çağırıram".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 567   Tarix: 23 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Yüzlərlə kilometr köhnə avtobuslarda: Rayonlara gediş-gəliş niyə sınağa çevrilir?

Yayın qızmarında və ya qışın şaxtasında paytaxtdan rayonlara gediş-gəliş sərnişinlər üçün bəzən sınağa çevrilir. Şəhərlərarası sərnişindaşıma sistemində avtobus parkının yenilənməsi və xidmət keyfiyyətinin artırılması istiqamətində müəyyən addımlar atılsa da, marşrutlar üzrə mövcud vəziyyət eyni səviyyəd

27 sentyabr
.

Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR

Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil

27 sentyabr
.

Bakıda dişi çəkilən qadın öldü (VİDEO)

Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı

25 sentyabr
.

Övladınız 11-17 yaşındadırsa, DİQQƏT: Dələduzlar məhz onları hədəf seçirlər

"11-17 yaş qrupunda olanlar dələduzlar üçün ən əlverişli və asan hədəf sayılır". xəbər verir ki, bunu "RİA Novosti"yə rusiyalı psixoloq, psixologiya elmləri namizədi Svetlana Kolobova deyib. Mütəxəssisin sözlərinə görə, yeniyetmələr daim müstəqilliyə can atır və problemləri özlər

27 sentyabr
.

Lənkəranda zorakılığa məruz qalan uşağın anasının valideynlik hüququ məhdudlaşdırıla bilər - RƏSMİ

"Atalığı tərəfindən döyüldüyü bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar". Bu barədə -a Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib

25 sentyabr
.

Pensiya yaşı ilə bağlı yeni QAYDA

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"

27 sentyabr
.

Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq

Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır. Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqq

27 sentyabr
.

MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA

Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların

27 sentyabr
.

Bu şəxslər üçün avtobus və metro PULSUZDUR

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi

26 sentyabr