Hacı Qalibin bağının hasarı dağıdılıb: "Dedi ki, üstündən maşınla keçəcəyəm"

Hacı Qalibin bağının hasarı dağıdılıb: "Dedi ki, üstündən maşınla keçəcəyəm"Bakının Bilgəh qəsəbəsində, Xəzər sahilində keçmiş deputat Hacı Qalib Salahzadəyə məxsus olan villanın qapısının daşla hörüldüyü deyilir.

Bununla bağlı Musavat.com-a danışan Hacı Qalib Salahzadə deyib ki, vaxtilə onun 500 min manata aldığı bağ torpaq sahəsini əhatələyən hasar dağıdılıb.

Onun sözlərinə əsasən, axşamdan icra başçısı Adil Vəliyev şəxsən əraziyə gəlib: "Dedi ki, bu dəqiqə buranı sökürəm. Hazırda da bağımı sökürlər, orada traktorlar işləyir. Mənə də deyir ki, sənin üstündən maşınla keçərəm. Nə məhkəmə, nə qərar? Qışqıra-qışqıra mənə deyir ki, bu işləri mənə görməyi yüksəkrütbəli məmurlar tapşırıb. Mənim özümü də təxribata çəkirlər ki, bir iş açsınlar".

Hacı Qalib Salahzadə bildirib ki, sökülən bağının ərazisində 3 evi olub: "Əlimdə öz adıma olan bələdiyyə sənədləri də var. O zaman bu torpağı mən nardaranlı Ağaismayıl, Fərhad kişidən 500 min manata almışam. Bu adamlar da sağdırlar".

Sayt məsələ ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin də mövqeyini öyrənib. İcra başçısı bildirib ki, zəbt olunmuş ərazi qanunauyğun olaraq qanunsuz tikililərdən təmizlənib: "Hacı Qalib həmin ərazini də, necə ki, Bilgəhdə onlarla hektarı zəbt etdiyi kimi, zəbt edib. Həmin zəbt etdiyi torpaqlarla bağlı bütün günü də məhkəmələrdə keçir. O ərazi çimərlik ərazisidir və heç zaman da bələdiyyə torpağı olmayıb. O, (Hacı Qalibi nəzərdə tutur – E.M), əlində indiyə qədər də bələdiyyə sənədlərini, daha doğrusu, möhürünü saxlayıb. Oğlu (hazırda Əliabbas Salahzadə deputatdır - E.M) da bir zamanlar bələdiyyə sədri, özü də oranın qoçusu olub. Ona görə ona başa saldım ki, bələdiyyə sənədini özün öz adına vermisən. Məni təxribata çəkmək istədi. Deyir ki, ölkə rəhbərliyinin yürütdüyü siyasətə zidd addım atırsan, yürüdülən siyasətə xələl gətirirsən. Dedim ki, Hacı, mən buranı boşaltdıracağam, bura hasar çəkdirəcəyəm. Dedi ki, mən də o hasarı sökdürəcəyəm. O zaman da mən demişəm ki, belə etsən, mən də sənin üstündən maşınla keçəcəyəm".

Adil Vəliyev deyib ki, ərazi dövlət torpağıdır və Dövlət Proqramına əsasən adablaşdırılması nəzərdə tutulur: "O ərazinin yanında da böyük bir ərazini ayrı adamlar zəbt eləmişdilər. Yüz vasitə ilə oraları ələ keçirmək istəyirdilər. Lakin biz buna imkan vermədik. Çünki ora dövlət torpağıdır. Oranın 1 qarışı belə zəbt oluna bilməz. Heç kim də ora müdaxilə edə bilməz. "Amburan"dan Nardarana qədər olan ərazi qəşəng çimərlikdir, xalqın istifadəsindədir. Ona da demişəm ki, Hacı, başa düş, sənin əlində çıxarışın olsa, sənin mülkünə kimsə yaxın gələ bilməz. Oğlu da lazımi ünvanlara zəng vurub, ona da deyiblər ki, rayonun rəhbərinin atdığı addımlar qanun çərçivəsindədir. Hacı Qalib adlar çəkir, amma mənə heç kim zəng etməyib, heç kim də heç nə deməyib. Biz ötən il də o ərazidə abadlıq işləri apardıq, oradakı özbaşına tikililəri sökdük. Bəzilərinə hətta kompensasiya da verdik. Çox təəssüf ki, bu adam qanun nədir, onu başa düşmür. Vaxtilə bələdiyyə sədri olub, icra nümayəndəsi də onun adamları idi. Dövlətin qanunu müqəddəsdir, qanun qarşısında boynumuz qıldan incədir".

Adil Vəliyevin sözlərinə görə, Hacı Qalib Salahzadə onlarla vətəndaşa heç bir kökü olmayan bələdiyyə sənədləri verib və bu əməlləri İcra Hakimiyyətini vətəndaşlarla üz-üzə qoyur: "Onun işi məhkəmələrdədir. "Şəbəkə" adlı çimərliyi ələ keçirib. 2 hektar 80 sotdur. Haradan alıb bu qədər pulu? Hamısını özünün verdiyi köhnə sənədlərlə ələ keçirib. Həmin ərazi də belə mənimsənilib. Heç bir çıxarışı yoxdur, özünün verdiyi bir bələdiyyə sənədi ilə ərazini zəbt edib. Çıxarışı varsa, gəlsin, gedib ərazidə hasarı da bərpa edərəm, üzr də istəyərəm".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1320   Tarix: 23 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yüzlərlə kilometr köhnə avtobuslarda: Rayonlara gediş-gəliş niyə sınağa çevrilir?

Yayın qızmarında və ya qışın şaxtasında paytaxtdan rayonlara gediş-gəliş sərnişinlər üçün bəzən sınağa çevrilir. Şəhərlərarası sərnişindaşıma sistemində avtobus parkının yenilənməsi və xidmət keyfiyyətinin artırılması istiqamətində müəyyən addımlar atılsa da, marşrutlar üzrə mövcud vəziyyət eyni səviyyəd

27 sentyabr
.

Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR

Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil

27 sentyabr
.

Bakıda dişi çəkilən qadın öldü (VİDEO)

Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı

25 sentyabr
.

Övladınız 11-17 yaşındadırsa, DİQQƏT: Dələduzlar məhz onları hədəf seçirlər

"11-17 yaş qrupunda olanlar dələduzlar üçün ən əlverişli və asan hədəf sayılır". xəbər verir ki, bunu "RİA Novosti"yə rusiyalı psixoloq, psixologiya elmləri namizədi Svetlana Kolobova deyib. Mütəxəssisin sözlərinə görə, yeniyetmələr daim müstəqilliyə can atır və problemləri özlər

27 sentyabr
.

Lənkəranda zorakılığa məruz qalan uşağın anasının valideynlik hüququ məhdudlaşdırıla bilər - RƏSMİ

"Atalığı tərəfindən döyüldüyü bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar". Bu barədə -a Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib

25 sentyabr
.

Pensiya yaşı ilə bağlı yeni QAYDA

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"

27 sentyabr
.

Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq

Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır. Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqq

27 sentyabr
.

MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA

Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların

27 sentyabr
.

Bu şəxslər üçün avtobus və metro PULSUZDUR

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi

26 sentyabr