"28 May- Respublika Günü Azərbaycanın tarixinin ən önəmli və şanlı səhifələrindən biridir" - DEPUTAT
"1918-ci ildə vətənvərpər soydaşlarımızın zəhmətləri sayəsində dövlətimiz öz müstəqilliyinə nail olaraq, Azərbaycan Xalq Cümhuriyyətini yaratdı"
Bunu Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib.
Deputat qeyd edib ki, 28 May Azərbaycanın müstəqillik tarixinin ən önəmli səhifələrindən biridir:
"Bununla da müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı öz arzusuna qovuşdu və şərq aləmində ilk demokratik, hüquqi dövlət yarandı. Xalq cümhuriyyəti 23 aylıq fəaliyyəti dövründə çox işlər gördü. Şərqdə yaranan ilk dünyəvi demokratik respublika olan Azərbaycan bu gün cənab prezident İlham Əliyevlə müstəqillik yolunda inamla irəliləyir. Beynəlxalq aləmdə öz yeri və sözü olan Azərbaycan dövlətinin əsas məqsədi müstəqilliyini və suverenliyini qoruyub saxlamaqdır. Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasət nəticəsində Azərbaycan dünyada nüfuzlu ölkə kimi tanınır. Dövlət başçımızın yüksək diplomatik qabiliyyəti nəticəsində ölkəmizin beynəlxalq aləmdə nüfuzu gündən-günə artır. Biz bunu 28 May - Respublika Günü və digər bayramarla əlaqədar dünya ölkələrinin liderləri tərəfindən cənab prezident İlham Əliyevə ünvanlanan təbrik məktublarından aydın görürük".
Deputat vurğulayıb ki, müstəqil dövlətimiz 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm zəfər ilə dünyaya səs saldı:
"Cənab prezident İlham Əliyevin rəhbərliyi Müzəffər Ordumuz otuz ilə yaxın işğal altında qalan torpaqlarımızı azad edərək ərazi bütövlüyünü bərpa etdi. Bununla da ordumuz BMT-nin Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 4 qətnaməni öz gücünə yerinə yetirdi. Döyüş meydanında əldə etdiyimiz zəfərlər danışıqlar masasında da davam edir. Bu gün xalqımız cənab prezident İlham Əliyevə inanır və onun ətrafında sıx birləşib. Bugünkü dövlət-xalq birliyi sayəsində ölkəmiz regionun lider dövlətinə çevirib. Artıq 4 ildir ki, bütün bayramları, eləcə də Müstəqillik Gününü qalib dövlətin vətəndaşı kimi qeyd edirik".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiya yaşı ilə bağlı yeni QAYDA
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
İtkin düşən 5 nəfər ötən gün tapılıb
Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT
Bu şəxslərin maaşı və pensiyası ARTILIR
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Toyuq əvvəl yaranıb, yoxsa yumurta? - Elm cavab verdi
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR