Bakıda qarşıdurma: Blokun qapısı hörüldü, sakinlər ayağa qalxdı - Video

Bakıda qarşıdurma: Blokun qapısı hörüldü, sakinlər ayağa qalxdı - VideoBakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, ev 7-11 və Nizami küçəsi, ev 4 kəsişməsi ünvanında yerləşən "Pilot Residence" MTK tərəfindən inşa edilmiş binanın sakinləri sözügedən tikinti şirkətinin fəaliyyətindən narazıdırlar.

Bina sakinlərinin şikayəti üzərinə daha əvvəl mətbu orqanlarda yer alan xəbərlərdə qeyd olunur ki, MTK tərəfindən yaşayış kompleksində inşaat-təmir işləri dəfələrlə dondurulub, təsdiqlənmiş layihədən saysız-hesabsız kənarlaşma və ciddi reviziyalar baş verib. Həmçinin yaşayış binasının daxili həyətində təsdiqlənmiş layihədə ümumiyyətlə mövcud olmayan iri ticarət obyektinin inşası həyata keçirilib. Bildirilir ki, mövcud problemlərlə bağlı sözügedən binada mənzil sahibi olan 22 nəfər adından dəfələrlə bir sıra səlahiyyətli qurumlara şikayət məktubu ünvanlansa da, bu, bir fayda verməyib.

Bu dəfə bina sakinləri ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya kollektiv şikayət məktubu ünvanlayıblar. Həmin məktubun bir nüsxəsini də "AzPolitika"-ya göndəriblər.

Sözügedən məktubda tikinti layihəsinə uyğun olaraq, "Pilot Residence" MTK-nın bir sıra öhdəliklərini icra etmədiyi bildirilir. Belə ki, layihədə nəzərdə tutulan tikililəri həyata keçirmədiyi, yaşayış kompleksini 2019-cu ilin sonunadək sahiblərinə tam təhvil vermə öhdəliyinə riayət etmədiyi və digər qanunsuzluqlara yol verdiyi qeyd olunur.

Sakinlərin sözlərinə görə, Səbail Rayon İcra Hakimiyyətinin (RİH) 2 iyun, 2017 il tarixli Sərəncamı ilə təsdiqlənmiş yaşayış kompleksi layihəsinin icraatı hələ də yarımçıq qalıb. Qeyd olunur ki, Səbail RİH binanın Dövlət Qəbul Komissiyası tərəfindən qəbulunu təsdiqləsə də, layihə ilə nəzərdə tutulan yaşayış kompleksinin tərkibindəki qapalı həyət və istirahət zonası, yeraltı dayanacaq mərtəbəsi, Rostropoviçlər küçəsinə avtomobil və piyada giriş-çıxış yolları hələ də hazır deyil.

"Çoxmənzilli yaşayış binasının 5-ci blokunun qarşısında "Pilot Residence" MTK tərəfindən təxminən 700-800 kv.m. sahəni əhatə edən ərazidə binanın dövlət orqanı tərəfindən təsdiq edilmiş layihəsində göstərilməyən və heç bir rəsmi icazə sənədi olmayan qanunsuz tikili inşa edilib. Faktiki etibarsız olan icarə müqaviləsi əsasında fəaliyyət göstərən supermarket bina sakinlərinin binadan və binanın layihə üzrə göstərilən həyətindən normal istifadəsi üçün problem yaradır. Həm "Pilot Residence" MTK, həm də supermarket faktiki sakinlərə məxsus olan, onların layihəyə əsasən istifadə edə biləcəyi binanın həyətini qanunsuz şəkildə tutublar",-deyə şikayət məktubunda bildirilir.

Müraciətdə o da qeyd olunur ki, sakinlər tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə və Səbail RİH-ə müxtəlif vaxtlarda müraciətlər olunsa da, MTK tərəfindən davam etdirilən qanunsuzluqlar dayandırmayıb. Şikayətçilər qeyd edirlər ki, icra başçısı Vüqar Zeynalov və layihənin kuratoru, başçının birinci müavini Vüqar Şıxəmmədov sakinlərin saysız-hesabsız şikayətlərini nəzərə almayıblar. MTK tərəfindən layihə üzrə görülməli işlər yarımçıq saxlanıldığı halda Dövlət Aktı təsdiqlənib və yaşayış kompleksindəki yekun işlərin dondurulmuş vəziyyətdə saxlanılmasına bəraət qazandırılır.

Sakinlər məktubun sonunda Birinci vitse-prezidentə müraciət edərək, "Pilot Residence" yaşayış kompleksinin rəsmi layihəsinə uyğun şəkildə yekunlaşması istiqamətində dövlət orqanlarına göstəriş verilməsini xahiş edirlər.

Yazıda qeyd olunanlarla bağlı "Pilot Residence" MTK, eləcə də müvafiq dövlət qurumlarının mövqeyini işıqlandırmağa hazırıq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1412   Tarix: 27 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA

Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların

27 sentyabr
.

Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki

26 sentyabr
.

"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət

Demokratiya və İnsan Hüquqları Komitəsi" İB-nin sədri Çingiz Qənizadəmin oğlu Elgiz Qənizadə barəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib. -a müraciət edən Pəri Cəfərova bildirib ki, Elgiz Qənizadə ondan 500 min manat pul alıb. Vətəndaşın saytımıza müraciətini olduğ

25 sentyabr
.

"Bakcell"də hədiyyə mövsümü başladı

"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl

24 sentyabr
.

Komitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır"

"Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, Azərbayca

26 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr
.

Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?

Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea

26 sentyabr
.

Lənkəranda zorakılığa məruz qalan uşağın anasının valideynlik hüququ məhdudlaşdırıla bilər - RƏSMİ

"Atalığı tərəfindən döyüldüyü bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar". Bu barədə -a Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib

25 sentyabr