Babək körpüsündə zəncirvari qəza
Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkələrdə paylaşılıb.
Videogörüntüdə hadisənin bu gün saat 14 radələrində Babək körpüsündə baş verdiyi, nəticədə ölən və xəsarət alanların olduğu bildirilib.
Hadisə ilə bağlı Baş Dövlət Yol Polis İdarəsinə sorğu ünvanladıq.
İdarənin bölmə rəisi Toğrul Nəsirli Oxu.Az-ın sorğusuna cavab olaraq faktı təsdiqlədi:
"Hadisə bu gün saat 13:30-da paytaxtın Nizami rayonu, Babək prospektində üç nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.
Nəticədə 4 nəfər xəsarət alıb, ölən yoxdur. Hazırda Nizami Rayon Polis İdarəsində faktla bağlı araşdırma aparılır", - deyə T.Nəsirli bildirib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 667 Tarix: 30 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan-Serbiya sənədləri mübadilə olunub - VİDEO
Fevralın 15-də Belqradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin iştirakı ilə Azərbaycan-Serbiya sənədlərinin mübadiləsi mərasimi olub. AZƏRTAC-a istinadən xəbər verir ki, "Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikas
15 fevralAzərbaycan Özbəkistanda kosmik sənayenin inkişaf planlarını təqdim edəcək
Daşkənddə keçiriləcək Kosmik Texnologiyalar Konfransı 2026 (STC 2026) çərçivəsində Azərbaycan aprelin 1-də milli kosmik sənayesinin inkişaf planlarına həsr olunmuş xüsusi təqdimat keçirəcək. "Report" forumun təşkilatçılarına istinadən xəbər verir ki, təqdimatı Rəqəmsal İnkişaf və Nəqliyya
14 fevralMüdafiə Nazirliyi: Azad olunan ərazilərdə 571 km-dən artıq yol bərpa edilib
Müdafiə Nazirliyinin kollegiya iclasında azad olunmuş ərazilərdə həyata keçirilən mühəndis-istehkam tədbirləri, yeni yolların çəkilməsi, eləcə də hərbi infrastrukturların yaradılması istiqamətində görülən işlər kollegiya üzvlərinin diqqətinə çatdırılıb. "Report"un məlumatına görə, iclasda bildirili
14 fevralZakir Həsənov kollegiya iclası keçirdi, tapşırıqlar verdi
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2025-ci ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib. Bununla bağlı -a Müdafiə Nazirliyindən məlumat verilib. Nazir müavinləri, qoşun (qüvvə) növləri komandanları, Əlahiddə Ümumqoşun Ordu Komandanı, Milli Müdafi
14 fevralPrezident ailəsinin Münxendən SƏMİMİ FOTOLARI
Xəbər verdiyimiz kimi, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi" mövzusunda panel müzakirələr keçirilib. xəbər verir ki, Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva müzakirələrdə iştirak ediblər
14 fevral