"Söyüş müxalifəti"nə məlumat və pul ötürən məmurlar kimlərdir? - DETALLAR

"Söyüş müxalifəti"nə məlumat və pul ötürən məmurlar kimlərdir? - DETALLARAvropa paytaxtlarında qala bilmək, qondarma "mühacir ömrünü" uzatmaq üçün Azərbaycana qarşı bütün siyasi oyunlarda iştirakçı olan "söyüş müxalifəti" daxilində ifşa prosesi başlayıb. Qarşılıqlı ittihamlardan bəlli olur ki, guya təqib olunan və buna görə "mühacir" etmiş bu kəslər "demokratiya", "insan haqları" kimi məsələlərin arxasına sığınaraq, şantaj yolu ilə pul qazanır və bir çox hallarda hakimiyyət daxilində hansısa oliqarx məmurun sifarişlərini yerinə yetirirmiş. Əslində "söyüş müxalifəti"nin ən "parlaq" dövründə - 2018-2019-cu illərdə onların sifariş yerinə yetirdiyi, həm xaricdəki anti-Azərbaycan qüvvələrə, həm də ölkə daxilində müəyyən qruplara işlədiyinə dair fikirlər vardı. İndi bu, özlərinin çəkişməsində faktlarla ortaya çıxır.

"Bloger" olduğunu iddia edən Tural Sadıqlı bildirib ki, "hakimiyyətlə bağlı problemlər daxili məsələdir və şikayəti əcnəbilərə yox, hakimiyyət nümayəndəsinə etməliyik". Bu, "söyüş müxalifəti"ndə səslənən ilk normal fikir kimi qəbul edilə bilər, lakin bu fikrin Tural Sadıqlı tərəfindən səslənməsi suallar yaradır. Axı o, sırf Avropa paytaxtlarında qalmaq üçün erməni diasporu ilə belə əməkdaşlıq etməyə hazır olduğunu bəyan etmiş şəxsdir, o zaman, bu tranformasiyanın səbəbi nədir?! Məhz səbəb axtarışı "söyüş müxalifəti"nin bir-birini ifşa etməsi ilə nəticələndi.

T.Sadıqlının "çevrilməsi"nin səbəbləri eyni qrupun digər bir üzvü Surxay Lətifovun sosial şəbəkə hesabında yazdıqları fonundan aydın olur. S.Lətifov yazır ki, Almaniya prokurorluğu konkret faktlar əsasında Almaniyada olan azərbaycanlı blogerlərə qarşı araşdırma başlayıb: "Məsələ bundadır ki, həmin blogerlər müxtəlif dövrlərdə şantaj yolu ilə azərbaycanlı məmurlardan 500 min avro pul alıblar. Pul vermə prosesi isə Azərbaycan DTX tərəfindən sübutlarla rəsmiləşdirilib Almaniya prokurorluğuna verilib. ndi prokurorluğa çağırılıb bir-bir ifadə verirlər. Daha çox hansısa Tural Sadıqlı adlı blogerin adı hallanır".

Almaniyada yaşayan Əfqan Muxtarlı da məsələ haqda yazıb. Bildirib ki, Azərbaycan hakimiyyəti Avropda olan bəzi blogerlərin şantaj yolu ilə məmurlardan pul aldıqları barədə sübutları Almaniya və digər ölkələrin prokurorluqlarına təqdim edib: "Hətta deyilənə görə bir bloger şantaj yolu ilə 270 min avro alıb. Əlimdə konkret sənədlər olmadığı üçün ad çəkə bilmirəm. Amma Almaniya prokurorluğuna göndərilən sorğuma cavab gələn kimi dərc edəcəm. Bax, şantaj etmək yalnız səhv deyil, həm də cinayətdir. Xüsusən Avropada bunu bağışlamırlar. Həm də inanmıram ki, Almaniya bazarlığa gedə, Azərbaycan hökuməti iddiadan geri çəkilsə, almanlar işi bağlaya. Bağlamazlar".

Bu açıqlamardan məlum olur ki, indiyə qədər Azərbaycana qarşı söyüşlər hesabına Avropa paytaxtlarında "yaşamaq hüququ" alan bu kəslərin sonu çatıb. Artıq Almaniya onların hüquqi müstəvidə ifşasına başlayıb və "söyüş müxalifəti"nin bir çox üzvü ən yaxşı halda deportasiya olunacaqlar. Bunu bilən Tural Sadıqlı da "problemləri hakimiyyət nümayəndəsinə deməliyik" çıxışı ilə indidən özünü sığortalamağa çalışır.

Əfqan Muxtarlının yazdıqlarından isə yeni faktlar ortaya çıxıb.

1. Almaniyada istintaqdan qaçan "söyüş müxalifəti"nin üzvləri var, lakin onların Azərbaycana qayıdışına da icazə verilmir;
2. "Söyüş müxalifəti"nin üzvləri arasında hansısa məmurla (ad çəkilmir) əməkdaşlıq edənlər olub;
3. "Söyüş müxalifəti"nə məlumat ötürən şəxslər elə məlumatı verdiyi şəxslər tərəfindən pul müqabilində - 5-10 min avroya satılıb;
4. "Söyüş müxalifəti" Azərbaycanda hansısa məmurun sifarişi ilə digər məmurlara qarşı qarayaxma kampaniyası aparıb;

Tural Sadıqlı isə Əfqan Muxtarlı başda olmaqla onun haqqında danışanların hamısını "Azərbaycan hakimiyyətinin adamı" adlandırıb, hətta Əli Kərimli və İsa Qəmbərin də ona qarşı prosesdə maraqlı olduğunu iddia edib.

Əfqan Muxtarlı da Tural Sadıqlıya cavabında onun hansısa məmurla görüşdüyünü iddia edib.

"Sual verirəm, sən, Tural Avropada hansı Azərbaycan məmuru ilə görüşüb dərdləşirsən? Kimdir o məmur? Nə danışırsız? Müxalifətci, özü də Əliyevi sərt şəkildə tənqid və təhqir edən birini nə əcəb Azərbaycan məmuru qəbul edir? Nəyin müqabilində?", - Muxtarlı yazır.

"Söyüş müxalifəti"nin daxili qarşıdurması və bir-birini ifşa etməsində əsas diqqətçəkən məqam Azərbaycanda hansısa məmurların bu şəxslərdən hansısa məqsədlə üçün istifadə etməsidir. Əslində yaxın keçmişdə "söyüş müxalifəti"nin fəaliyyətinə nəzər yetirdikdə bu ehtimal həmişə ön planda idi. Çünki onların açıqladığı faktlar və yaydıqları məlumatlar sıradan deyildi, bunların "içəridən ötürüldüyü" aydın görünürdü. Hətta mediada konkret adları çəkilən məmurlar da vardı. Misal üçün, Ramiz Mehdiyev, Eldar Həsənov, Ekdar Mahmudov və digərlərinin "söyüş müxalifəti"nə informasiya ötürdüyü, onlardan daxildə "rəqib" kimi gördüyü məmurlara qarşı istifadə etdiyi haqda məlumatlar olub.

Hərçənd, Azərbaycanda aparılan kadr islahatlarından sonra, xüsusilə 2020-ci ildə bu məsələlərə son qoyulduğu görünürdü. Mediada aparılan islahatlar və şəffaflığın təmin edilməsi də "söyüş müxalifəti"ni "çörəksiz" qoymuşdu. Əfqan Muxtarlı və Tural Sadıqlının qarşıdurması, səsləndirdikləri ittihamlar isə hansısa məmurun, yaxud məmurların hələ də "köhnə üsullar"dan istifadə etdiyinə dair şübhələr yaratdı. Onlarla əməkdaşlıq edən məmurlar kimlərdir, bu məmurların məqsədi nədir, informasiyanı hansı formada ötürürlər? Bu cavabsız qalan suallardır. Keçmiş təcrübə göstərir ki, bu halın davam etməsi təkcə hakimiyyət üçün yox, dövlət üçün də təhlükə yaradır. Çünki "söyüş müxalifəti" xaricdə erməni diasporu/lobbisi də daxil olmaqla anti-Azərbaycan dairələrin əlində alətə çevrilib. Hansısa məmurun hansısa marağı üçün onlarla əməkdaşlıq etməsi birbaşa dövlətə qarşı atılan addımdır. Və istisna deyil ki, Muxtarlı ilə Sadıqlının qarşıdurmasında ortaya çıxan nüanslar yaxın zamanda həmin məmurların da ifşasına səbəb olacaq. (Publika.az)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1253   Tarix: 30 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK

Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye

27 sentyabr
.

Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI

Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri

27 sentyabr
.

Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?

Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea

26 sentyabr
.

"Bakcell"də hədiyyə mövsümü başladı

"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl

24 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr
.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr
.

Bu şəxslərin maaşı və pensiyası ARTILIR

Hərbçilərin maaş və pensiyalarının artırılması ilə bağlı yeni islahat paketinin hazırlanması gözlənilir. xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev "Facebook" hesabında paylaşım edib. Onun sözlərinə görə, Azərbaycan Ordusunda əməkhaqqı sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmas

27 sentyabr
.

Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA

Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək

27 sentyabr
.

"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib

25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya təşkil olunub. Panel sessiyada Azərbaycan Respublikasını

26 sentyabr