"Şəxsi mənafeyi üçün söyüş müxalifətinə maliyyə ayıran məmurlar ifşa edilməli və qanunla cəzalandırılmalıdırlar" - DEPUTAT
"Söyüşü ölkə siyasətinə Əli Kərimov və onun ətrafındakılar gətirib".
Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.
Deputat qeyd edib ki, bu gün formalaşan söyüş müxalifəti də məhz Əli Kərimovun "xidmətlərinin" nəticəsində ortaya çıxıb:
"Hazırda xaricdə oturub mənəviyyatını və vicdanını 5 manata satan bir qrup şəxs dövlətimizi ləkələməyə çalışan bəzi beynəlxalq təşkilatların əlində "kukla" rolunu oynayır. Azərbaycanın uğurlu inkişafına qara yaxanlar elə zənn edirdilər ki, bu əxlaqsızlıqları ilə öz istəklərinə nail olacaqlar. Ancaq onların bu "arzusu" hər zaman olduğu kimi yenə də ürəklərində qalacaq.
AXCP sədri Əli Kərimli və onun ətrafı illərdir ki, dövlətimizə, xalqımıza xəyanət ediblər. Torpaqlarımızın 30 ilə yaxın işğal altında qalmasının əsas günahkarı Azərbaycan Xalq Cəbhəsidir. Çünki onlar 90-cı illərin əvvəllərində qanunsuz yollarla hakimiyyətə gəlib, dövlət çevrilişi etməsəydilər torpaqlarımız işğal altına düşməyə bilərdi. O vaxt Azərbaycan Xalq Cəbhəsi və onun rəhbərliyinin tək məqsədi ancaq öz ciblərini doldurmaq idi. Çünki düşünürdülər ki, pul gücünə hakimiyyətlərinin ömrünü uzada biləcəklər".
Deputat vurğulayıb ki, təəssüf ki, söyüş müxalifətini maliyyələşdirənlər təkcə dövlətimizin uğurlarına kölgə salmağa çalışan beynəlxalq təşkilatlar deyil, həm də bəzi məmurlardır:
"Kimliyindən və vəzifəsindən, səlahiyyətlərindən asılı olmayaraq ölkəsinə xəyanət edən bütün məmurlar ifşa edilməli və qanunla ən ağır şəkildə cəzalandırılmalıdır. Şəxsi mənafeyi üçün bu cür çirkin oyunda iştirak edənlər vətən xainləridir. Söyüş müxalifətinə maliyyə ayıran məmurlar ifşa edilməli və qanunla ən ağır şəkildə cəzalandırılmalıdırlar".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 785 Tarix: 30 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK
Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye
27 sentyabrMetroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI
Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri
27 sentyabrPensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea
26 sentyabr"Bakcell"də hədiyyə mövsümü başladı
"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl
24 sentyabrQanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU
Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini
26 sentyabrBakıda dənizdə batan tələbələrin FOTOSU
19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd
25 sentyabrBu şəxslərin maaşı və pensiyası ARTILIR
Hərbçilərin maaş və pensiyalarının artırılması ilə bağlı yeni islahat paketinin hazırlanması gözlənilir. xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev "Facebook" hesabında paylaşım edib. Onun sözlərinə görə, Azərbaycan Ordusunda əməkhaqqı sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmas
27 sentyabrGələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA
Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək
27 sentyabr