Azərbaycanda polislərin geyim forması DƏYİŞİR? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun səhra geyim forması dəyişib. Yeni tətbiq olunan forma Quru Qoşunları, Hərbi Hava Qüvvələrinə şamil edilib. Müdafiə Nazirliyindən məlumatı təsdiqləyiblər. Belə olan halda, polislərin formasının dəyişilməsi gözlənilir?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan "Polisə Dəstək" İctimai Birliyinin sədri, təqaüddə olan polis polkovniki Şəmsəddin Əliyev deyib ki, Azərbaycan polisinin xidməti forması yaxın illərdə dəyişilib:
"Mən düşünürəm ki, yay yaxud qış geyim forması kifayət qədər müasir dövrün tələblərinə cavab verir və keyfiyyət incəliyinə qədər düşünülüb. Dövlət Yol Polisi əməkdaşlarının, əməliyyat və digər sıravi- zabit heyətinin formalarına cəmiyyət öyrəşib. Bu məsələ bir az vəsait ilə bağlı olduğundan indiki məqamda belə bir addımın atılması gözlənilmir".
Şəmsəddin Əliyevin sözlərinə görə, indiki vaxtda əsas prioritet məsələ Qarabağın bərpası istiqamətindədir:
"Böyük Qayıdış proqramının 1-ci mərhələsinin 2026-cı ilə qədər davam etməsi, 2-ci mərhələnin başlanması bu məsələni bir qədər yubadacaq. Mən ehtimal etmirəm ki, Azərbaycanda polis əməkdaşlarının geyim forması müəyyən mənada dəyişiləcək. Ordunun və digər xidməti geyim formasını daşıyan güc strukturlarında dəyişiklik edilsə belə, polislər ilə bağlı belə addım atılmayacaq. Polisin şəxsi heyəti çoxdur və kifayət qədər vəsaitə ehtiyac var. Eyni zamanda hesab edirəm ki, belə bir addım atmağa ehtiyac da yoxdur".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2940 Tarix: 30 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kommunal borca görə məhkəməyə düşənlər üçün yeni QAYDA
Məhkəmələrin üzərinə kommunal xidmətərə dair işlərlə bağlı yeni öhdəlik qoyulub. Söhbət təbii qaz, su və elektrik enerjisindən istifadəyə görə hesablanmış borcun mübahisələndirilməsinə dair işlərdən gedir. Belə ki, təbii qaz, su və ya elektrik enerjisindən istifadəyə görə hesablanmış borcun mübahisələndirilməs
4 aprelGəncədə faciəli şəkildə ölən tələbə qızın FOTOSU
Gəncə şəhərində 19 yaşlı Ləman Əliyeva dəm qazından boğularaq ölüb. xəbər verir ki, o, Gəncə Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin birinci kursunda ali təhsil alırdı. Onun fotosunu təqdim edirik:
6 aprelMuzeylər bu agentliyin tabeliyinə verilir
Muzeylərin fəaliyyətinə nəzarət Mədəniyyət Nazirliyinin birbaşa tabeliyindən çıxarılaraq Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə verilir. APA-ya istinadən xəbər verir ki, hazırda bununla bağlı Dövlət Xidmətində müvafiq işlər görülür. Yaxın günlərdə muzeylərin adıçəkilən xidməti
6 aprelBakı metrosu martda 18 milyondan çox sərnişinə xidmət göstərib
Bu ilin mart ayında "Bakı Metropoliteni" QSC 18 269 887 sərnişinə xidmət göstərib. "Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 % çoxdur. Ötən ay ən çox sərnişin martın 6-da daşınıb - 796 734 nəfər. Bayram günlərində mərkəz istiqamətind
4 aprelŞabranda evi su apardı, sakinlər təxliyə olundu
Bir neçə gündür yağan intensiv yağışlardan sonra Şabran rayonundan keçən Dəvəçiçayda da daşqın olub. "Qafqazinfo" xəbər verir ki, nəticədə çayın yaxınlığında yerləşən yaşayış evləri və obyektlər üçün təhlükəli vəziyyət yaranıb. Problemlə əlaqədar Şabran Rayon İcra Hakimiyyətinə müraciət etdik
6 aprelAzərbaycanda vergi bəyannaməsi mobil tətbiq üzərindən təqdim ediləcək
Azərbaycanda vergi bəyannamələrinin mobil tətbiq üzərindən təqdim edilməsi nəzərdə tutulur. "Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsinin rəis əvəzi Samir Qəhrəmanov Bakıda keçirilən "Verg
4 aprelMəktəbli qız dəm qazından zəhərləndi
Ağdaş rayonunda məktəbli qız dəm qazından zəhərlənib. -ın məlumatına görə, hadisə şəhər ərazisindəki evlərdən birində baş verib. Şəhər sakini, 2011-ci il təvəllüdlü T.Qarazadə yaşadığı evdə dəm qazından zəhərlənib. O, təcili olaraq xəstəxanaya hospitalizasiya edilib. Həkimlərin səyi nəticəsində 15 yaşl
6 aprelPensiyalar yenə artacaq?
2026-cı ildə Azərbaycanda əmək pensiyalarının artırılması ilə bağlı qərar qüvvəyə minib. Rəsmi məlumatlara əsasən, pensiyalar ötən ilin orta aylıq əməkhaqqının artım tempinə uyğun olaraq indeksləşdirilib. Artım təxminən 9-10 faiz təşkil edib ki, bu da minlərlə pensiyaçının gəlirlərində artıma səbəb olub
4 aprel