Rusiya bu əraziləri Gürcüstana geri QAYTARA BİLƏR - ŞƏRH

Rusiya bu əraziləri Gürcüstana geri QAYTARA BİLƏR - ŞƏRHBildiyimiz kimi, Gürcüstanda aksiyalar həftələrdir davam edir. Aksiyaların səbəbi isə "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi ilə əlaqədardır. Artıq bir çoxları bu qanun layihəsini "rus sənədi" olaraq qiymətləndirir. Digər tərəfdənn Gürcüstanın baş naziri İrakli Kobaxidze isə ölkə prezidenti Salome Zurabişvilini dövlətə xəyanətdə ittiham edib. Baş nazir vurğulayıb ki, hazırda Gürcüstan üçün öz dövlət müstəqilliyini qorumaq xüsusilə vacibdir. Son vaxtlar baş nazir Cənubi Osetiya və Abxaziya ilə bağlı açıqlamaları ilə diqqət çıəkib. Baş nazir İrakli Kobaxidze 2030-cu ilə qədər Abxaziya və Cənubi Osetiya problemini həll edərək, ölkənin ərazi bütövlüyünü bərpa etməyi planlaşdırdıqlarını bəyan edib. Onun sözləribə görə, məqsədləri "vəd edilmiş torpaqlar"ın qaytarılmasını və ya "gürcü arzusu"nu Gürcüstanın müstəqilliyinin 40-cı ildönümündə reallaşdırmaqdır.

Əlbəttə ki, sözügedən prosesdə Rusiya faktoru diqqət çəkir. Gürcüstan Cənubi Osetiya və Abxaziyanı 2008-ci ildə itirib. Bu ərazilərə isə uzun müddətdir Rusiya nəzarət edir. Hətta Rusiya Abxaziya və Osetiyanı msütəqil dövlət kimi tanıyıb. Bütün bunlara baxmayaraq, mətbuatda hər iki tərəfin Cənubi Osetiya və Abxaziya ilə bağlı görüşlər keçirdiyinə dair məlumatlar yayıldı. Belə olan halda qarşılıqlı razılaşmalar əldə olunarsa, Cənubi Osetiya və Abxaziya Gürcüstana qaytarıla bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan politoloq Kazım Kazımov deyib ki, bu gün Gürcüstanda yaşanan proses bir daha göstərir ki, hakimiyyət hansı dövlətə doğru addım atacaq. Gürcüstanda Tbilisinin mərkəzində geniş aksiyalar həyata keçirilir. Bu aksiyalar xarici donorlardan gələn vəsaitlərin nəzarət altına alınması ilə bağlıdır:

"Gürcüstan artıq müstəqillikdən sonrakı eyforiyadan oyanıb. Çünki 2008-ci il hadisələrində qərbdən Gürcüstan üçün çox böyük gözləntilər var idi. Bu gözləntilər yerinə yetirilmədi. Bu məsələdə bir qədər 1990-cı illərə qayıtmaq lazımdır. 1991-ci ildə Gürcüstan müstəqil olduqdan sonra Qamsaxurdiya hakimiyyəti qərbdən böyük yardımlar almağa çalışdı. Amma qərbin bu yardımlarını görə bilmədi. Daha sonra Eduard Şvarnadze hakimiyyətə gəldikdən sonra, o bölgənin reallıqlarına uyğun olaraq addımlar atdı. Lakin onun siyasi sabitliyi Gürcüstanda iqtisadi islahatlar ilə birlikdə getmədi. Gürcüstanda əhalinin həm Abxaziya -Osetiya müharibəsində çətin vəziyyətə düşməsi, yüksək inflyasiya, sovet hökumətinin iqtisad sistemin dağılması ilə Gürcüstan yeni siyasi atmosferə uyğunlaşa bilmədi. Hətta Şevardnadze dönəmi əhalinin kasıblıq dövrü kimi yaddaşlarda qaldı".

Politoloq bildirib ki, 2000-ci illərin əvvələrində yenidən qərb meyilli müxalifət gücləndi. Burada əsas təmsilçi isə Mixail Saakaşvili oldu. Əlbəttə ki, Mixail Saakaşviliyə "qərbin adamı"dır demək doğru olmaz:

"Lakin Saakaşvili açıq şəkildə qərb konturları üzrə hərəkət edirdi. Xüsusilə bölgənin reallıqlarına uyğun olmayan addımlar atırdı. Bu addımlar 2008-ci ildə 6 günlük müharibəyə gətirib çıxardı. Beləliklə nəhəng Rusiya və Gürcüstan qarşı-qarşıya gəldi. Gürcüstan bu dəfə Cənubi Abxaziya və Osetiyanı çox uzun müddətə itirdi. Həm də hərbi məğlubiyyət aldı. Bu dönəmdə Gürcüstan yaxından gördü ki, nə ABŞ nə də onun qərb müttəfiqləri Cənubi Qafqazda Gürcüstan üçün Rusiya ilə ağır müharibəyə getməyəcək. Hətta biz bu gün Rusiyaya qarşı Ukraynada olan davranışın onda birini Gürcüstanla olan hadisələrdə görmədik. Bu da onu göstərdi ki, böyük güclərin özlərini ayrı planları var. Bu məsələ Gürcüstan əfsuslar olsun ki, kiçik bir nöqtə olaraq qaldı. Bundan sonra Gürcüstan xalqı başa düşdü ki, bölgənin reallıqlarına uyğun olaraq addım atmaq lazımdır".

Kazım Kazımovun sözlərinə görə, Bölgədə əgər Rusiyanın Gürcüstana təzyiqi artarsa, onun iqtisadi potensialının qabağı kəsiləcək. O cümlədən Abxaziya və Osetiya problemi həll olmayacaq. Gürcüstanın tarixi torpaqları faktiki olaraq işğal altında qalmağa davam edəcək:

"İndiki hakimiyyət calışır ki, bu problemi qərb pəncərəsindən deyildə, bölgə reallıqlarına uyğun olaraq həll etməyə çalışsın. Bunun üçün də Rusiya ilə yaxşı münasibətlər qurmağa, qərbin Gürcüstanda pozucu fəaliyyətlərinin qarşısını almağa çalışır. Ümid edirik ki, Gürcüstan bu məsələdə uğurlu olacaq. Çünki həm Osetiya, həm də Abxaziyanın Gürcüstana birləşdirilməsi bölgəmizdə təhlükəsizlik və sabitlik üçün mühüm addımdır. Gürcüstan bundan sonra, bir daha xarici qüvvələrin qızdırması ilə müharibə meydanına verilməyəcəkdir. Mən inanıram ki, Gürcüstan-Rusiya arasında münasibətlər bərpa edilərsə, bundan sonra Gürcüstan qərbin zaman-zaman Rusiya qarşısında rolundan çıxarsa bu proses baş verə bilər. Onu da vurğulamaq lazımdır ki, Abxaziya və Osetiya Rusiya üçün lazım olmayan bir ərazidir. Rusiyaya təhlükə olaraq görmədiyi Gürcüstan daha vacibdir, nəinki Cənubi Osetiya və Abxaziya".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1133   Tarix: 30 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK

Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye

27 sentyabr
.

Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI

Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri

27 sentyabr
.

Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?

Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea

26 sentyabr
.

"Bakcell"də hədiyyə mövsümü başladı

"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl

24 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr
.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr
.

Bu şəxslərin maaşı və pensiyası ARTILIR

Hərbçilərin maaş və pensiyalarının artırılması ilə bağlı yeni islahat paketinin hazırlanması gözlənilir. xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev "Facebook" hesabında paylaşım edib. Onun sözlərinə görə, Azərbaycan Ordusunda əməkhaqqı sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmas

27 sentyabr
.

Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA

Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək

27 sentyabr
.

"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib

25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya təşkil olunub. Panel sessiyada Azərbaycan Respublikasını

26 sentyabr