Dövlət qulluqçuların təkrar imtahan verməsi LƏĞV OLUNUR - VACİB AÇIQLAMA
Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər ilk olaraq müvafiq bilik və bacarıqları yoxlanılmaqla imtahanlara cəlb olunurlar. "Təlim və inkişaf sistemində müasir çağırışlar" mövzusunda forum zamanı DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dövlət qulluğu imtahanlarında dəyişikliklə bağlı verdiyi açıqlama ilə diqqət çəkib. Onun sözlərinə görə, dövlət qulluğunda səriştə modelinə keçid bir il ərzində təmin olunacaq.
Dövlət qulluğu ilə bağlı son illərdə müsbət istiqamətdə irəliləyişlər var. Amma dövlət qulluqçuları iş yerlərini dəyişərkən təkrar imtahan vermək məcburiyyətində qalır. Onsuz da bu şəxslərin müvafiq bilik və bacarıqları ilkin imtahan nəticəsində yoxlanılır. Belə olan halda dövlət qulluqçuların təkrar imtahan verməyi ləğv oluna bilər.
Mövzu ilə bağlı Sonxeber.az-a danışan təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyib ki, 2016-cı ildən bəri dövlət qulluğuna qəbul imtahanlarında ciddi və müsbət dəyişiklik müşahidə edilir. İmtahanın test, o cümlədən müsahibə mərhələsi obyektiv, şəffaf və əlçatandır:
"Hal-hazırkı imtahanlar bu sahədə müəyyən bilik və bacarıqlara malik olanlar üçün kifayət qədər işə qəbulda kömək edir. İndiyə qədər ali məktəblərdən yetəri qədəri imtahan yolu ilə işə qəbul olublar. İşə qəbul prosesində iştirakçının müxtəlif bilik və bacarıqları yoxlanılır. Kompüter bacarıqları, qanunvericilik biliyi və digər məsələlər bir işə qəbul ilə yoxlanılır. Düşünürəm ki, onlar iş yerini dəyişəndə yaxud yuxarı vəzifəyə təyinat alanda onların təkrar imtahan verməsinə ehtiyacı yoxdur. Bu bacarıqlar onlarda bir dəfə yoxlanılıb".
Ekspertin sözlərinə görə, beş ildən bir dövlət qulluqçularının sertifikasiyaya cəlb edilməsinə ehtiyac var. Bu da onların peşə uyğunluğunun yoxlanılıb və ölçülməsinə görə vacibdir:
"Yoxsa mütəmadi olaraq həmin şəxsləri müxtəlif imtahanlara daxil etsək bu onların işlərini kənara qoyub, daha çox imtahana hazırlaşmağına gətirib çıxara bilir. Təkrar imtahanlar yaxud onların hər hansı bir peşə fəaliyyətindən asılı olaraq onlara kömək etməyəcək məsələlərə cəlb etmək işçilərin peşəkarlığını aşağı salır. Hesab edirəm ki, yalnız sertifikasiya uyğunluğunu yoxlayan imtahanlara ehtiyac var. Şəxslərin təkrar imtahanlara daxil edilməsi onların iş yerini poza bilər. Vətəndaşlar yeni işə qəbul olanda daha çox diqqətlərini, öz peşəkar bacarıqlarını həmin sahə üzrə artırmağa çalışırlar. Biz şərti olaraq çalışan bir şəxsi digər qanunvericiliklərlə imtahanlar ilə yoxlasaq o diqqətini başqa sahəyə yönəldəcək. Bu da keyfiyyətin aşağı düşməsi deməkdir. Hesab edirəm ki, təkrar imtahanlar və yaxud peşə sahəsində aid olmayan imtahanlar ləğv olunmalıdır. Bu dövlət qulluqçusunun peşəkarlığını artırmaq üçün çox yaxşı olardı".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3780 Tarix: 31 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK
Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye
27 sentyabrMetroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI
Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri
27 sentyabrPensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea
26 sentyabr"Bakcell"də hədiyyə mövsümü başladı
"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl
24 sentyabrQanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU
Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini
26 sentyabrBakıda dənizdə batan tələbələrin FOTOSU
19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd
25 sentyabrBu şəxslərin maaşı və pensiyası ARTILIR
Hərbçilərin maaş və pensiyalarının artırılması ilə bağlı yeni islahat paketinin hazırlanması gözlənilir. xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev "Facebook" hesabında paylaşım edib. Onun sözlərinə görə, Azərbaycan Ordusunda əməkhaqqı sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmas
27 sentyabrGələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA
Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək
27 sentyabr