Naxçıvanda fantastik yeyinti işi: "İki milyon manatı baş nazir Səbuhi Məmmədova vermişəm"

Naxçıvanda fantastik yeyinti işi: "İki milyon manatı baş nazir Səbuhi Məmmədova vermişəm"Naxçıvan Muxtar Respublikası Arxitektura və Tikinti Komitəsinin sabiq rəisi Hicran Rüstəmovun cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb.

APA xəbər verir ki, bu gün Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Arxitektura və Tikinti Komitəsinin rəisi vəzifəsində işləmiş Hicran Rüstəmov vəzifədə çalışdığı 2018-2022-ci illər ərzində öz qulluq mövqeyindən istifadə etməklə əvvəlcədən digər şəxslərlə əlbir olaraq mənimsəmə yolu ilə dövlət büdcəsini talayıb.

Həmçinin onun çalışdığı dövrdə komitədə çalışan bəzi əməkdaşların dövlət qulluqçusu olmamasına baxmayaraq, bu müddət ərzində qanunsuz olaraq əməkhaqqı, maddi yardım və digər ödənişlər alaraq külli miqdarda büdcə vəsaitləri də israf edilib.

Məhkəmədə çıxış edən təqsirləndirilən şəxs Hicran Rüstəmov bildirib ki, o, 2017-ci ildən Arxitektura və Tikinti Komitəsində çalışır:

"2018-ci ilədək tikintiyə baş nazirin müavini Asəf Məmmədov baxırdı. O, işdən azad olunandan sonra isə bu vəzifəyə mən təyin edildim. Ondan sonra işə başladım. Hər ay görülən işlər yoxlanılırdı və yoxlamada Maliyyə Nazirliyinin əməkdaşları da iştirak edirdilər. Görülən işlərə ayrılan vəsaitin üzərinə həmişə 10 faiz əlavə yazılırdı. Sonra görülən işlər barədə Nazirlər Kabinetinə məlumat verilirdi. Keçirilən müşavirələrdən sonra pullar müvafiq şirkətlərin hesabına köçürülürdü".

Hicran Rüstəmov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Arxitektura və Tikinti Komitəsinin tərkibində yeddi kiçik şirkət olub:

"Həmin şirkətlərin hesabına pul köçürülürdü və 10 faizini aparıb aidiyyəti şəxslərə verirdik. Komitə Nazirlər Kabinetinin sərəncamlarını icra edərək pulları podratçı şirkətlərin hesabına köçürürdü.

Təqsirləndirilən şəxs bildirib ki, dövlət vəsaiti hesabına inşa edilən obyektlərin kimə verildiyini bilməyib:

"Biz sadəcə, inşa edib, təhvil verirdik. Eyni zamanda, təqribən iki milyon manat nağdlaşdırılaraq, o zaman baş nazir olan Səbuhi Məmmədova vermişəm. Ümumiyyətlə, həmin vaxt tender olmurdu. Məsələn, tapşırılırdı ki, filan kənddə məktəb tikilsin. Göstəriş verilirdi, tapşırılan şirkət gəlirdi, götürüb tikirdi".

Muxtar respublikada sökülən tikintilərə gəlincə isə qeyd olunub ki, həmin tikililərin materialları satılırmış və pulu mənimsənilirmiş.

Hicran Rüstəmov ifadəsində deyib ki, hər ay o da paket alıb:

"İlk dörd ay almadım, daha sonra hər ay müxtəlif olurdu - iki min manatdan 15 min manatadək pul almışam. Hər ay sabiq baş nazir Səbuhi Məmmədova 10 min manat verirdim".

Komitənin sabiq rəisi bəzi əməkdaşların dövlət qulluqçusu olmamasına baxmayaraq, onlara verilən vəsaitə də aydınlıq gətirib:

"Oranın səkkiz işçisi olub. Məsələ qaldırdım ki, ən azı 40 işçi olmalıdır. Bundan sonra göstəriş verildi ki, işçilər götürülsün. İşçilər götürüldü və tapşırıldı ki, hər ay onlara 300, 500 manat paket verim".

Təqsirləndirilən şəxs özünü qismən təqsirli bildiyini deyib.

Daha sonra məhkəmədə zərərçəkən tərəf Azərbaycan Respublikasi Maliyyə Nazirliyinin nümayəndəsi vurulmuş ziyanın tam ödənilməsini tələb edib və bunun təmin edilməsini məhkəmədən xahiş edib.

Bildirilib ki, dəymiş ziyanın 63,5 milyon manatı ödənilib və bu proses davam edir.

Məhkəmə baxışı iyunun 14-də davam etdiriləcək.

Qeyd edək ki, sabiq komitə sədri Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1017   Tarix: 31 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK

Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye

27 sentyabr
.

Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI

Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri

27 sentyabr
.

Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?

Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea

26 sentyabr
.

"Bakcell"də hədiyyə mövsümü başladı

"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl

24 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr
.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr
.

Bu şəxslərin maaşı və pensiyası ARTILIR

Hərbçilərin maaş və pensiyalarının artırılması ilə bağlı yeni islahat paketinin hazırlanması gözlənilir. xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev "Facebook" hesabında paylaşım edib. Onun sözlərinə görə, Azərbaycan Ordusunda əməkhaqqı sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmas

27 sentyabr
.

Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA

Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək

27 sentyabr
.

"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib

25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya təşkil olunub. Panel sessiyada Azərbaycan Respublikasını

26 sentyabr