Qəfil ölən vəsiyyətsizlər: Övladlığa götürülən uşaqlara miras necə BÖLÜNÜR? - AÇIQLAMA

Qəfil ölən vəsiyyətsizlər: Övladlığa götürülən uşaqlara miras necə BÖLÜNÜR? - AÇIQLAMAÖvladlığa götürmə uşaqla övladlığa götürəcək şəxs və ya ailələr arasında əlaqələrin qurulması, qanuni prosedurlara uyğun atılan bir addımdır. Uşaqların qorunması, onların ailə daxilində formalaşması bizim milli-mənəvi dəyərlərimizdən biridir. Övladlığa götürməyə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan sonra yol verilir. Bir uşağın iki şəxs tərəfindən (ər-arvaddan başqa) övladlığa götürülməsinə yol verilmir. Ər (arvad) özünün nikahdan olmayan uşağını və ya arvadının (ərinin) uşağını övladlığa götürə bilər.

Əlbəttə ki, bu prosesdə uşağı övladlığa götürən ailələrin miras prosesləri maraqlı suallar yaradır. Əgər övladlığa götürülən uşağın ailəsi vəfat edirsə, mirasın bölünməsi necə həyata keçirilir? Eyni zamanda ailənin özünün övladı varsa, onlar və övladlığa götürülən uşaq arasında mal-mülk necə bölünür?

Mövzunun aktuallığını nəzərə alaraq kiçik bir araşdırma apardıq. Sonxeber.az-a danışan hüquqşünas Şamil paşayev deyib ki, övladlığa götürülən uşaq bu prosesdə qanuni vərəsə hesab olunur:

"Ailə üzvləri ölürsə, bu şəxslərin konkret olaraq əmlakı var. Birinci dərəcəli vərəsələrin mirasdan pay qoyub yaxud vəsiyyət verməməsinin heç bir fərqi yoxdur. Bunlar məcburi mirasdır və övladlığa götürülən uşaq qanuni vərəsədir. Ailənin öz uşağı olsa belə, onlarla övladlığa götürülən uşaq arasında heç bir fərq qoyulmur. Ailələrin özünün və övladlığa götürdüyü uşaq arasında mal bölgüsü eyni formada, bərabər şəkildə aparılır. Onların hər biri birinci dərəcəli vərəsədirlər. Hər birinə valideynin miras payı düşür".

Qeyd edək ki, övladlığa götürmə kənardan eşidildiyi kimi sadə, yəni valideynlər arasında baş tutmuş razılıqla və ya müvafiq müəssisələrin razılığı ilə uşağın övladlığa götürülməsindən ibarət deyil. Uşaqların üstün hüquqlarının həyata keçirilməsi, onların düzgün tərbiyə olunmasına, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılmasını, uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəlmiş Azərbaycan Respublikasının dövlət siyasətinin əsas istiqamətidir.

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 977   Tarix: 31 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK

Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye

27 sentyabr
.

Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI

Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri

27 sentyabr
.

Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?

Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea

26 sentyabr
.

"Bakcell"də hədiyyə mövsümü başladı

"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl

24 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr
.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr
.

Bu şəxslərin maaşı və pensiyası ARTILIR

Hərbçilərin maaş və pensiyalarının artırılması ilə bağlı yeni islahat paketinin hazırlanması gözlənilir. xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev "Facebook" hesabında paylaşım edib. Onun sözlərinə görə, Azərbaycan Ordusunda əməkhaqqı sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmas

27 sentyabr
.

Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA

Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək

27 sentyabr
.

"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib

25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya təşkil olunub. Panel sessiyada Azərbaycan Respublikasını

26 sentyabr