Kürdəmir Suvarma İdarəsindən yarım milyonluq üç tender "udan" iki şirkətin sahibi kimdir?

Kürdəmir Suvarma İdarəsindən yarım milyonluq üç tender "udan" iki şirkətin sahibi kimdir?Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmada Kürdəmir Suvarma Sistemləri İdarəsi tərəfindən kanalların və hidrotexniki qurğuların təmiri üçün materialların satın alınması üzrə keçirdiyi açıq tenderdə "KARVAN 86" Məhdud Məsuliyyətli Cəmiyyəti qalib seçilib. Suvarma İdarəsi qalib şirkətlə 96.411,9 manat məbləöində satınalma müqaviləsi bağladığını dövlət satınalmalarının vahid internet portalında 27.05.2024-cü il tarixdə dərc edib.

Araşdırdıqda məlum oldu ki, Kürdəmir Suvarma Sistemləri İdarəsi "KARVAN 86" MMC ilə bir satınalma müqaviləsini də kanalların və hidrotexniki qurğuların təmiri üçüm materialların satın alınması üzrə bağlayıb. Bu müqavilənin qiyməti 200.725,02 manat olub və satınalmaların portalında 09.10.2023-cü ildə dərc edilib.

Açıq dövlət portalları üzərindən əldə etdiyimiz məlumatlara görə "KARVAN 86" MMC 16.06.2022-ci ildə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi dövlət qeydiyyatına alınmış, nizamnamə kapitalı 10 manatdır. MMC-nin hüquqi ünvanı Bakı şəhəri, NƏRİMANOV RAYONU, AŞIQ MOLLA CÜMƏ, ev 8, m. 1-dir. Qanuni təmsilçisi isə Yaqubov Yasəf Elbrus oğlu olduğu göstərilir. Reyster məlumatlarında edilən dəyişikliklərdə isə MMC-nin ilk hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, MİR CƏLAL 4 MKR, ev 58, mənzil 72 qeyd olunub.

Qeyd edək ki, Kürdəmir Suvarma Sistemləri İdarəsi dövlət satınalmalarının vahid internet portalında 29.05.2024-cü ildə bir satınalmanın da nəticəsini açıqlayıb. Müsabiqə No.81730 Məlumat üçün bildirmək istəyirik ki, müsabiqə nəticələri aşağıdakı kimidir: Qalib – MRB CONSTRUCTİON MMC – 247 932,87 AZN Bildirişin göndərildiyi gündən sonrakı iş günü gözləmə müddəti başlayır və 5 (beş) iş günü ərzində qüvvədə olur.Gözləmə müddəti 05.05.2024-cü il iş gününün sonu bitir.

Açıq dövlət portalları üzərindən əldə etdiyimiz məlumatlara görə "MRB CONSTRUCTİON" MMC 22.09.2022-ci ildə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi dövlət qeydiyyatına alınmış, nizamnamə kapitalı 10 manatdır. MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, MİR CƏLAL 4 MKR, ev 58, m. 72 -dir. Qanuni təmsilçisi isə Yaqubov Yasəf Elbrus oğlu olduğu göstərilir. Reyster məlumatlarında edilən dəyişikliklərdə isə MMC-nin ilk hüquqi ünvanı BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, BƏHRUZ NURİYEV, ev 372, mənzil 41, təsisçisinin və ilk qanuni təmsilçisinin 22.02.2024-cü ilə qədər Qədirova Gölçöhrə Qədir qızının olduğu göstərilir. Gülçöhrə Qədirova 2022-ci ildən Azərbaycan Universiteti, Tərcümə və filologiya kafedrası, müəllim işləyir.

Dövlət Vergi Xidmətinin reyestrinə daxil edilmiş məlumatlardan da göründüyü kimi "KARVAN 86" və "MRB CONSTRUCTİON" Məhdud Məsuliyyətli Cəmiyyətləri bir ünvanda dövlət qeydiyyatına alınıb, qanuni təmsilçiləri də bir nəfərdir. Bu da Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, о cümlədən riskli əməliyyatların Meyarları"na görə yolverilməzdir.

Qeyd edək ki, açıq mənbələrdə bu MMC-lərin maddi texniki bazası barədə heç bir məlumat yoxdu. Amma buna baxmayaraq Kürdəmir Suvarma Sistemləri İdarəsi 8 ay ərzində bir nəfərə məxsus iki MMC ilə ümumi dəyəri 545 068 manat olan 3 satınalma müqaviləsi bağlayıb.

Göründüyü kimi Kürdəmir Suvarma Sistemləri İdarəsi tərəfindən "MRB CONSTRUCTİON" və "KARVAN 86" Məhdud Məsuliyyətli Cəmiyyətləri arasında bağlanmış satınalma müqavilələrndə şübhəli məqamlar var. Belə ki, Suvarma İdarəsinin Satınalma Komissiyas bu MMC-ləri qalib seçərkən "Dövlət Satınalmaları Haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri kobud şəkildə pozmuş, bir nəfərə məxsus iki MMC-nin müvafiq sahədə peşəkarlığını, ixtisas göstəricilərini, təcrübəsini, texniki və maliyyə imkanlarını, işçi qüvvəsini, idarəetmə səriştəsini, etibarlığını nəzərə almamışdır.

Yuxarıda qeyd etdiyimiz məlumatlardan da görsəndiyi Kürdəmir Suvarma Sistemləri İdarəsi tərəfindən keçirilmiş açıq tenderlərdə "Dövlət Satınalmaları Haqqında" Azərbaycan Respublikası Qanununun bir sıra tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, satınalma prosedurlarının keçirilməsi zamanı daim bir şəxsə və ya şirkətə üstünlük verilməsi satın alınan malların ehtimal olunan qiymətinin düzgün müəyyən edilməməsinə və bir sıra qanun pozuntularına yol açmasına şübhə yaradır.

Qeyd edək ki, Kürdəmir Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Xəlilovdur. O, bu vəzifəyə 2023-cü ilin aprelində Şəmkir Suvarma Sistemləri İdarəsinin rəisi vəzifəsindən gətirilib. Məlumatlara görə Tahir Xəlilov Şəmkirdə heç də yaxşı ad qoymayıb. Sakinlərin sosial şəbəkələrdəki paylaşımlarından belə məlum olur ki, Tahir Xəlilov heç kimi qəbul etmir, heç kimi saymır, özünü ASC-nin sədri Zaur Mikayılovun dostu kimi qələmə verir və heç kimdən çəkinmir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2911   Tarix: 31 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK

Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye

27 sentyabr
.

Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI

Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri

27 sentyabr
.

Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?

Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea

26 sentyabr
.

"Bakcell"də hədiyyə mövsümü başladı

"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl

24 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr
.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr
.

Bu şəxslərin maaşı və pensiyası ARTILIR

Hərbçilərin maaş və pensiyalarının artırılması ilə bağlı yeni islahat paketinin hazırlanması gözlənilir. xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev "Facebook" hesabında paylaşım edib. Onun sözlərinə görə, Azərbaycan Ordusunda əməkhaqqı sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmas

27 sentyabr
.

Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA

Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək

27 sentyabr
.

"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib

25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya təşkil olunub. Panel sessiyada Azərbaycan Respublikasını

26 sentyabr