Azərbaycanda kreditlərlə bağlı YENİLİK: Bank faizləri aşağı SALINIR? - AÇIQLAMA

Azərbaycanda kreditlərlə bağlı YENİLİK: Bank faizləri aşağı SALINIR? - AÇIQLAMAXəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) 21 sentyabr 2023-cü il tarixli qərarı ilə təsdiqlənmiş "Banklarda kredit risklərinin idarə edilməsi Qaydası"nda dəyişiklik edib. Qərara əsasən, məcburi sığortalanma tələbinin müəyyən olunduğu hallar istisna olmaqla, fiziki şəxslə kredit, o cümlədən məsafədən kredit müqaviləsi bağlanmazdan əvvəl bank müştəriyə həmin kredit üzrə onunla bağlı risklərə təminat verilməsini nəzərdə tutan borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığorta müqaviləsinin də bağlanmasını təklif ediləcək. Bank sığortaçılardan sığorta haqlarına dair təklifləri almalı və dəyişiklik edilmədən müştəriyə təqdim etməlidir. Müvafiq sığorta müqaviləsinin bağlanması və bankda bu barədə qeydiyyat aparılmaqla kağız daşıyıcıda və ya elektron formada müştəriyə təqdim ediləcək.

Sözügedən qərar bankların kredit faizlərinin aşağı düşməsinə təsir göstərə bilər? Mövzu ilə bağlı Sonxeber.az-a danışan iqtisadçı ekspert Eyyub Kərimli deyib ki, bu qərarın təsir dairəsi daha çox kredit alanlara şamil olunur:
Azərbaycanda kreditlərlə bağlı YENİLİK: Bank faizləri aşağı SALINIR? - AÇIQLAMA"Tutaq ki, keçmişdə kredit götürən bir şəxs həyatını itirirdisə, həmin borc öhdəliyi onun varislərinə çatırdı. Bu da sözsüz ki, müəyyən insanlar, ailə üzvləri üçün problem yaradırdı. Bu baxımdan qəbul edilən dəyişiklik ondan ibarətdir ki, hər bir borc alan mütləq həyat sığortasını həyata keçirməlidir. Belə ki, gələcəkdə ölüm halı yaxud sağlamlığını itirmə halı baş verdikdə sığorta tərəfindən həmin kredit gəlirləri bağlanmasına hesablanmış bir prosesdir. Bu baxımdan sözsüz ki, kredit məhsullarının daha da şəffaflaşmasına və kredit götürənlərin imkanlarının genişləndirilməsinə, risklərin nəzərə alınmasına təsir göstərəcəkdir. Bu da bank sahəsinda kredit portfelinin sağlamlaşdırılmasına, problemli kreditlərin azalmasına öz müsbət təsirini verəcək. Digər dəyişiklik isə məsafədən kreditlərin formalaşdırılmasıdır. Burada müvafiq qanunvericilikdə dəyişiklik olub. Kreditlərə müraciət banklara getmədən poçt vasitəsilə belə həyata keçirilə bilər. Bu da kreditlərin əlçatanlığına öz müsbət təsirini göstərəcəkdir".

Ekspert kredit faizlərinin yüksək olması məsələsinə aydınlıq gətirib. Onun sözlərinə görə, hazırkı vəziyyətdə kredit faizlərinin aşağı düşməsi gözlənilmir:

" Azərbaycanda istehlak kreditlərinin faizləri böyükdür. Biznes kreditlərinin faizləri də çoxdur. Amma istehlak kreditləri ilə münasibətdə daha aşağıdır. Bununda müxtəlif səbəbləri və təsir edən amillər var. Biz də bu gün bankların kreditləri depozitlərdən formalaşır. Depozit vəsaitlərini cəlb etmək üçün daha yüksək kreditlə faizlər təkliflər edirlər. Bu da sözsüz ki, kreditlərin bahalaşmasına səbəb olub. Bu baxımdan bu məsələyə müəyyən nizam və idarəetmənin təkmilləşdirilməsi, bank sektorunun sağlamlaşdırılmasına ehtiyac var. Ümumiyyətlə ölkədə banklar daha çox ucuz və xaricdən vəsait cəlb etməklərinə imkan yaradılmalıdır. Bu da kreditlərin ucuzlaşmasına öz təsirini göstərə bilər. Bugünkü vəziyətdə bankların kredit faizlərinin aşağı düşməsi real görünmür".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2403   Tarix: 31 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pensiya yaşı ilə bağlı yeni QAYDA

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"

27 sentyabr
.

MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA

Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların

27 sentyabr
.

Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanlar...

2026-cı ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub. Onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib

27 sentyabr
.

Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA

Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək

27 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr
.

Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki

26 sentyabr
.

Bakıda dişi çəkilən qadın öldü (VİDEO)

Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı

25 sentyabr
.

"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib

25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya təşkil olunub. Panel sessiyada Azərbaycan Respublikasını

26 sentyabr
.

Azərbaycanda Anım Günü qeyd olunur

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan

27 sentyabr