Uşaqlarını təhsildən yayındıran valideynlər cinayət məsuliyyətinə CƏLB EDİLSİN - TƏKLİF

Uşaqlarını təhsildən yayındıran valideynlər cinayət məsuliyyətinə CƏLB EDİLSİN - TƏKLİFBu gün Azərbaycanda erkən nikahları artması ciddi problemə çevrilir. 18 yaşına çatmayan qızlar analıq məsuliyyətini ailələri tərəfindən evləndirilir və analıq məsuliyyətini daşımaq məcburiyyətində qalırlar. Nəinki qızlar, 18 yaşına çatmayan oğlan uşaqlarının təhsildən yayındırılma halları mövcuddur. Azərbaycanın bir sıra bölgələrində valideynlər tərəfindən uşaqları təhsildən yayındırılır və onun bir fərd kimi yetişməsinə imkan vermirlər. Uşaqların təhsildən yayındırılması bir çox problemləri özündə yaradılır. Uşaqlar əmək istismarına məruz qalır, o cümlədən valideynləri tərəfindən küçələrdə diləndirilir. Azərbaycanda uşaqların təhsildən yayındırılması ilə bağlı valideynlərə hansı cəza verilməlidir?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan sosioloq Mətanət Məmmədova deyib ki, uşaqların təhsildən yayındırılması çox ciddi bir problemdir. Bu ölkənin gələcəyi üçün ciddi təhlükə yarada bilər. Bununla əlaqədar cəzalandırma ilə bağlı qanunlar olarsa çox yaxşı olar:

"Valideynlər var ki, bir neçə səbəbdən övladlarını təhsil yayındırırlar. Bunun birincisi işləməklə bağlıdır. Valideyn icazə verir ki, övladı təhsildən yayınsın və evə pul gətirsin. Digər tərəfdən valideyn övladını təhsildən yayındırmaqla evliliyə sövq edir. Bunların hər ikisi ilə valideynlər cinayət məsuliyyətinə cəlb olunmalıdır. Ailə münasibətləri ilə götürəndə, Validənin övladını təhsildən yayındırması onun hardasa anormal bir haldır. Övladına sevgisi olan və gələcəyini düşünən bir valideyn uşağını təhsildən yayındırmamalıdır. Hardasa sosial vəziyyəti çox aşağı olarsa, valideynin hər ikisi xəstəliyi yaxud problemi olarsa, uşaq övladın icazəsi ilə 15 yaşından işləyə bilər. Digər hallarda 18 yaşdan şəxsin işə cəlb edilməsi yolverilməzdir. Bununla bağlı müvafiq cəza sistemi mövcuddur".

Sosioloqun sözərinə görə, qızlarımızın təhsildən yayındırılıb ailə həyatı üçün evlərdə saxlanılması da qəbuledilməzdir. Bununla əlaqədar qanunvercilikdə müvafiq cəza sistemi öz əksini tapmalıdır:

"Bir tərəfdən erkən nikahların qarşısını alaq deyirik. Bu bir problemdir. İkinci bir hal isə onların ailə vəziyyəti ilə bağlı gələcəkdə çıxan problemlərin valideynlər tərəfindən yaradılmasıdır. Bu da boşanmaların çoxalmasına və uşaqların ölümlərinin artımına gətirib çıxarır. Bir sözlə övladlarımızın işləməsi haqqında müvafiq qanun çərçivəsinin qəbul edilməsi gözəl bir nəticə verə bilər. Əlbəttə ki, bununla bağlı məqam indiki qanunvericilikdə öz əksini tapıb. Amma daha ciddi əlavələr olunmalıdır. Hazırda 15 yaşından və ondan aşağı olan uşaqların işləməyə cəlb edilməsi var və hökmən qarşısı alınmalıdır. Əks halda bu gələcəkdə heç də nəticə yaxşı verməyəcək. Bu ilk olaraq təhsildən yayınma hallarının, uşaq cinayətlərinin artması və erkən nikahların çoxalması kimi problemlərin artması deməkdir".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 951   Tarix: 03 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

26 sentyabr
.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr
.

Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR

Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil

27 sentyabr
.

Bakıda dişi çəkilən qadın öldü (VİDEO)

Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı

25 sentyabr
.

Pensiya yaşı ilə bağlı yeni QAYDA

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"

27 sentyabr
.

Tarixi hadisələr və milli yaddaş

2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar Cənubi Qafqazın siyasi və təhlükəsizlik reallıqlarını dəyişdirən hadisələrdən biri oldu. Azərbaycan cəmiyyətində "Vətən müharibəsi" adlandırılan 44 günlük müharibə noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatl

26 sentyabr
.

Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI

Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri

27 sentyabr
.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr
.

Çoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA

Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını

25 sentyabr