"Formula 1"ə ayrılan pulları kim "yeyib"? – Təqsirləndirilən məhkəmədə elə bir ad çəkdi ki…

"Formula 1"ə ayrılan pulları kim "yeyib"? – Təqsirləndirilən məhkəmədə elə bir ad çəkdi ki…"Formula 1"ə ayrılan pulları mənimsəməkdə ittiham olunan Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin şöbə rəisi Çingiz Mehdiyevin məhkəmə araşdırması davam edir.

KONKRET.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda Mehdiyev əvvəl prokurorun suallarını cavablamaqdan imtina edib.

Təqsirləndirilən şəxs etirazını zərərçəkmiş tərəfin prosesdə iştirak etməməsi, dəymiş ziyanın nədən ibarət olduğunu bilməməsi ilə əlaqələndirib: "Heç bir dövlət qurumu mənim fəaliyyətimdən narazı qalmayıb. Həmçinin mən özümü təqsirli bilmirəm. Məni işə salıblar. Zərərçəkmiş gəlsin ifadə versin, desin görək, onlara nə ziyan dəyib".

Prokuror Orxan Səmədov təqsirləndirilən şəxsin etirazının əsassız olduğunu deyib. Prokuror izah edib ki, bu işdə zərərçəkmiş yox, zərərçəkmiş qurumun nümayəndəsi var, qanun da onu dindirməyə icazə vermir.

Təqsirləndirilən şəxs və vəkilləri prokurorun izahına baxmayaraq, etiraza davam ediblər. Müdafiə və ittiham tərəfi arasındakı sözlü mübahisəyə məhkəmə tərkibinə daxil olan hakim Novruz Kərimov nöqtə qoyub.

Hakim qarşısındakı Cinayət-Prosessual Məcəlləsindən məhkəmə istintaqının aparılması ilə bağlı qaydanı oxuyub, müdafiə tərəfini prosesin gedişinə maneə yaratmamağa çağırıb: "Qanun deyir ki, belədir. Harada görülüb ki, qanunu dəyişək?! Biz sizə hörmətlə yanaşırıq, siz də məhkəməyə elə yanaşın".

Bundan sonra müdafiə tərəfi etirazı dayandırıb, prokuror sual-cavaba başlayıb.

Prokuror təqsirləndirilən şəxsdən Seyşel adalarında qurulan şirkətin kimə məxsus olduğunu və faktiki olaraq kim tərəfindən idarə edildiyini soruşub.

Çingiz Mehdiyev deyib ki, "Dayton" şirkətini faktiki olaraq anası idarə edib, amma onun da adına etibarnəmə olub: "Dayton" alış-satış və digər fəaliyyətlərlə məşğul idi. "Formula 1" başlamazdan əvvəl mənə tapşırıq verildi ki, avadanlıqların alınması üçün etibarlı şirkət tapım. Mən də qohumlarıma müraciət etdim. Bu işləri ölkədə ancaq mən bilirdim. "Dayton" da bizim maraqlarımıza uyğun idi. Həmin şirkət bizə heç bir şirkətin etməyəcəyi güzəşti etdi. İki ay ödəniş etmədik, amma yenə də əməkdaşlığı davam etdirdi".

Sədrlik edən hakim Leyla Əsgərova-Məmmədova Çingiz Mehdiyevdən tapşırıqları kimdən aldığını soruşub. Mehdiyev sualdan yayınmaq istəsə də, hakimin təkidindən sonra mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovun adını çəkib.

Məlumat üçün deyək ki, Arif Rəhimov Bakı Şəhər Əməliyyat Halqasının rəhbəri olub.

Çingiz Rəhimov bütün tapşırıqları Arif Rəhimovdan aldığını etiraf edib.

Təqsirləndirilən şəxsin prokurorun suallarına yarı rus, yarı Azərbaycan dilində, həmçinin dolaşıq cavablar verməsi prokuroru yenidən özündən çıxarıb: "Baxıram ki, siz rus dilindən Azərbaycan dilinə tərcümələr etmisiniz. Amma burada deyirsiniz ki, Ana dilində danışa bilmirəm. Bundan əlavə, mən başqa şey soruşuram, siz başqa şey deyirsiniz. Belə olmaz".

Prokurorun müvəkkilinə münasibətdə dediklərinə müttəhimin vəkili "kiməsə dərs keçməyə ehtiyac yoxdur", – deyərək etiraz edib. "Görünür ki, ehtiyac var", -deyə prokuror cavab verib.

Sədrlik edən hakimin müdaxiləsindən sonra zalda səssizlik yaranıb. Hakim özü də təqsirləndirilən şəxsdən suallara mahiyyəti üzrə cavab verməsini tələb edib.

Bundan sonra proses iyunun 10-na kimi təxirə salınıb.

Qeyd edək ki, Çingiz Mehdiyev "Formula 1" oyunlarının təşkili vaxtı vəzifə saxtakarlığı edərək 400 min manata yaxın dövlət vəsaitini mənimsəməkdə ittiham edilir. Mehdiyev həbsdə deyil. O, ibtidai və məhkəmə istintaqı dövrü müddətində polisin nəzarətinə verilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1339   Tarix: 03 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

ŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

26 sentyabr
.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr
.

Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR

Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil

27 sentyabr
.

Bakıda dişi çəkilən qadın öldü (VİDEO)

Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı

25 sentyabr
.

Pensiya yaşı ilə bağlı yeni QAYDA

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"

27 sentyabr
.

Tarixi hadisələr və milli yaddaş

2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar Cənubi Qafqazın siyasi və təhlükəsizlik reallıqlarını dəyişdirən hadisələrdən biri oldu. Azərbaycan cəmiyyətində "Vətən müharibəsi" adlandırılan 44 günlük müharibə noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatl

26 sentyabr
.

Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI

Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri

27 sentyabr
.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr
.

Çoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA

Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını

25 sentyabr