Alavərdi Culfayev eks-kürəkənini məhkəməyə verdi

Alavərdi Culfayev eks-kürəkənini məhkəməyə verdiXətai Rayon Məhkəməsində Azərbaycanın üzgüçülük üzrə paralimpiya milli komandasının baş məşqçisi Alavərdi Culfayevin keçmiş kürəkəninə qarşı şikayətinə baxılıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, A.Culfayev məhkəmədə keçmiş kürəkəni, 1978-ci il təvəllüdlü Fərqan Əlişovun cinayət məsuliyyətinə cəlb edilməsini tələb edib. O, F.Əlişovun Cinayət Məcəlləsinin 147 və 148-ci (Böhtan və təhqir) maddələri ilə cəzalandırılmasını istəyib.

Bildirilib ki, bir müddət əvvəl Fərqan Əlişov mətbuata açıqlamasında həyat yoldaşından boşanmasında A.Culfayevin rol oynadığını bildirib. O, baş məşqçiyə qarşı bir sıra iddialar səsləndirib və mətbuata müsahibəsində bu ifadələrə yol verib: "2009-cu ildə Culfayevin qızı ilə ailə həyatı qurmuşam. Evliliyimiz 2022-ci ilin iyununa kimi davam edib, iki qızımız var. Qayınatam ailəmizin dağılmasının əsas səbəbkarıdır.

Subay vaxtı Həzi Aslanov metrostansiyası yaxınlığında öz adıma ev almışdım. Evləndikdən sonra ailəmlə orada yaşamağı planlaşdırırdım. Ancaq qayınatam yoldaşımla köçüb dövlətin ona verdiyi evdə yaşamağı təklif etdi. Beləliklə, razılığa gəldik ki, biz ona verilən mənzildə qalaq, qayınatam isə şəxsi evimi kirayə verib pulunu özünə götürsün. Hər ay 380 manat kirayəpulu alırdı".

F.Əlişov eks-qayınatasını sözügedən evdən təyinatı üzrə istifadə etməməkdə ittiham edib: "Qonşular qayınatamın evi kirayə verdiyi adamlardan şikayət etdilər. Bundan sonra həmin kirayənişinləri oradan çıxardım və məcburən evi satdım. Satışdan əldə olunan pulla yaşadığımız evə əşyalar alındı, qalan hissəsi isə yoldaşımın borcu var idi, ona verildi. Qayınatamla münasibətlərimiz məhz bundan sonra pozuldu".

A.Culfayev keçmiş kürəkəninin ona böhtan atdığını, əxlaqsızlıq yuvası saxlama kimi cinayət əməlində ittiham etdiyini deyib.

Xətai Rayon Məhkəməsi F.Əlişovun müsahibəsində təhqir elementinin olmaması qənaətinə gələrək ona 148-ci maddə üzrə bəraət verib. Lakin barəsində xüsusi ittiham qaydasında məhkəməyə müraciət edən şəxs 147.1 (Böhtan) maddəsi üzrə təqsirli bilinib. Ona 1500 manat cərimə cəzası verilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 662   Tarix: 03 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

26 sentyabr
.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr
.

Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR

Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil

27 sentyabr
.

Bakıda dişi çəkilən qadın öldü (VİDEO)

Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı

25 sentyabr
.

Pensiya yaşı ilə bağlı yeni QAYDA

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"

27 sentyabr
.

Tarixi hadisələr və milli yaddaş

2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar Cənubi Qafqazın siyasi və təhlükəsizlik reallıqlarını dəyişdirən hadisələrdən biri oldu. Azərbaycan cəmiyyətində "Vətən müharibəsi" adlandırılan 44 günlük müharibə noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatl

26 sentyabr
.

Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI

Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri

27 sentyabr
.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr
.

Çoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA

Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını

25 sentyabr