Gözü kəlləyə çıxaran MƏNZİL QİYMƏTLƏRİ: Bahalaşmanın günahkarı "MAKLERLƏR"DİR? - AÇIQLAMA

Gözü kəlləyə çıxaran MƏNZİL QİYMƏTLƏRİ: Bahalaşmanın günahkarı "MAKLERLƏR"DİR? - AÇIQLAMAÖlkəmizdə mənzil bazarında 2023-cü ildə olduğu kimi 2024-cü ilin ilk rübündə də qiymət artımları müşahidə olunub. Gördüyümüz kimi daşınmaz əmlak bazarı sözün əsl mənasında "əl yandırır". Artıq vətəndaşlar arasında fikir formalaşıb ki, mənzil bazarında qiymətlərin artmasında "maklerlər""in rolu var. Bəs bu fikir nə dərəcədə doğrudur? Mənzil bazarında qiymətlərin aşağı düşməsi gözlənilir?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, 20 ilin statistikasına nəzər salsaq paytaxt Bakı şəhərində 2004-cü ildən bu günə qədər demək olar ki, daşınmaz əmlaklarda bəzi ərazilərdə hətta 20 dəfə qədər qiymət artımları baş verib:

"Təqribən həmin illərdə paytaxt ərazisində mərkəz və mərkəzə yaxın ərazilərdə, yeni tikili binalardakı mənzillərin 1 kvadratmetri ortalama 300-400 manat arası dəyişirdisə, bu gün həmin ərazilərdə 1 kvadratmetrin satış qiyməti təqribən 1500-2000 manat daha qbaya qiymət təşkil edir. Həmçinin köhnə tikili binalarda 20 il bundan əvvəl 1 otaqlı xruşovkalı mənzilin satış qiyməti ortalama 4 min- 5 min manat arası dəyişirdisə, hal-hazırda bu rəqəm 90-100 min manat arası dəyişir. Digər otaq sayı artdıqca qiymətlərdə bu cür artımlar müşahidə olunur. Qiymət artımı həm dünyada baş verən proseslər ilə bağlıdır, həm də tikinti üçün yararlı torpaq sahələrinin baha olması, tikinti materiallarının qiymətinin artması və s kimi amillər ilə bağlıdır".

Ekspertin sözlərinə görə, ən böyük qiymət artımı 2023-cü ildə baş verdi. 2023-cü ildə paytaxt Bakı şəhərində bəzi əmlakların satış qiymətlərində 2022-ci ilə nisbətən 20-25, hətta 30 qədər artım müşahidə olundu. Yalnız 2023-cü ilin ortaları və oktyabr ayından başlayaraq daşınmaz əmlak bazarında ciddi şəkildə müştəri qıtlığı müşahidə olundu:

"Müştəri atımı 2024-cü ilin fevral mart aylarında baş verdi. Həmin aralıqda ipoteka kreditlərinin verilməsi səbəbindən kreditli şərtlər ilə mənzil almaq istəyən vətəndaşların sayı yetəri qədər çox oldu. Əmlak bazarında durğunluq hökm sürsə də, qiymətlərdə enmələr müşahidə olunmur. Hər ilin may ayının sonlarından başlayaraq avqust ayına qədər ortalama fərdi həyat evləri, bağ sahələrinə tələbat artır. Bu il ötən illərə nisbətən bu cür əmlaklarda tələbat daha azdır. Buna səbəb 2023-cü ilin oktyabr aylarından yeni qərara əsasən çıxarışı olmayan torpaq sahələri üzərində tikiləcək fərdi yaşayış evlərinə kommunikasiya xətlərinin çəkilməsi ilə bağlı olan qadağadır. Həmin ucuz torpaq sahələri artıq alınıb satıla bilmir. Satılsa belə tikiləcək əmlaka hər hansı bir kommunikasiya xəttinin çəkilməsi qadağandır. Bunun tam əksi olaraq isə fərdi həyat evlərinə tələbat tək Bakı şəhərində deyil, ölkənin turistik zonalarıdır. Ölkənin turistik zonalarına axın var. Bu səbəbdən həmin ərazilərdə torpaqların və daşınmaz əmlakların qiymətlərində artımlar müşahidə olunur".

Elnur Fərzəliyev vurğulayıb ki, daşınmaz əmlak bazarını idarə edən realtorlar və "maklerlər"dir. Onlarda satdıqları əmlaklardan öz faizlərini və qonorarlarını alırlar:

"Əmlakçılar satdıqları əmlakdan satıcı tərəfdən 2 faiz, alıcı tərəfdən isə 1 faiz qonorar alırlar. Yalnız realtorlar mərkəzi ərazilərdə daha çox çalışırlar ki, əmlakların qiymətləri bazara uyğunlaşsın. Əmlakların qiyməti bazar dəyərindən artıq olduqda isə həmin əmlaklar satılmır. Çünki daşınmaz əmlaklarına daha çox bazar tənzimləyir. Hər hansı bir alıcı, müştəri əmlak alarkən çoxsaylı mənzillərə və evlərə baxır. Daha sonra qiymətlərə və yerləşməsinə uyğun öz seçimlərini edir. Təbii ki, maklerlər ilə bağlı mövcud qanunvericilik olmadığına görə, onlarda pərakəndə şəklində çalışırlar. Bəzi ərazilərdə onlar torpaq sahələri üzərində qiymətləri daha baha təklif edirlər. Lakin yaşayış evlərində, mənzillərin sahibləri ilə birbaşa alıcı və satıcının görüşü səbəbindən hər hansı bir əmlakın üzərinə qiymət qoymaq, baxıb satmaq olmur".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3727   Tarix: 05 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Bakıda dişi çəkilən qadın öldü (VİDEO)

Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı

25 sentyabr
.

Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq

Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır. Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqq

27 sentyabr
.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

Bakının bu ərazisində yaşayanlar KÖÇÜRÜLƏCƏKLƏR - 35 milyon manat ayrıldı

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu

27 sentyabr
.

Övladınız 11-17 yaşındadırsa, DİQQƏT: Dələduzlar məhz onları hədəf seçirlər

"11-17 yaş qrupunda olanlar dələduzlar üçün ən əlverişli və asan hədəf sayılır". xəbər verir ki, bunu "RİA Novosti"yə rusiyalı psixoloq, psixologiya elmləri namizədi Svetlana Kolobova deyib. Mütəxəssisin sözlərinə görə, yeniyetmələr daim müstəqilliyə can atır və problemləri özlər

27 sentyabr
.

Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanlar...

2026-cı ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub. Onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib

27 sentyabr
.

91 yaşlı sabiq deputat vəfat etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d

25 sentyabr
.

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələrinin hər zaman üst-üstə düşməməsi təhsil sahəsində müzakirə olunan məsələlərdəndir. Məktəbdaxili qiymətləndirmə ilə imtahanlarda tətbiq olunan qiymətləndirmə üsulları, meyarlar və tapşırıq formatları arasında fərqlər bu nəticələrə təsir göstər

25 sentyabr
.

Florian Zenqstşmid: "Bölgələrdə yeni turizm mərkəzləri formalaşdırılır"

Azərbaycanın bölgələrində yeni turizm mərkəzləri formalaşdırılır. "Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan Internationa

26 sentyabr