Ucarda məktəbli qıza mesajlar yazıb evlərini yandırmaqla HƏDƏLƏDİLƏR

Ucarda məktəbli qıza mesajlar yazıb evlərini yandırmaqla HƏDƏLƏDİLƏRUcar rayonunda yetkinlik yaşına çatmayan qızı nikaha daxil olmağa məcbur edən şəxs cinayət məsuliyyətinə cəlb edilib.

"Qafqazinfo" xəbər verir ki, rayonun kəndlərindən birində yaşayan 1993-cü il təvəllüdlü Samir Kərimov (şərti) barəsində Cinayət Məcəlləsinin 176-1. (Nikah yaşına çatmayan qadını nikaha daxil olmağa məcbur etmə) maddəsi ilə açılmış işə baxılıb.

Ucar Rayon Məhkəməsində keçirilən prosesdə məlum olub ki, Samir uzaq qohumu olan 2006-cı il təvəllüdlü qızı 2021-ci ildən etibarən hədələyib.

O, yeniyetmə qıza çoxsaylı hədələyici mesajlar yazıb, evlərini yandırmaqla, kənddə rüsvay etməklə hədələyib.

Qanuni nümayəndəsinin iştirakı ilə ifadə verən qız bildirib ki, Samirlə əvvəlcə normal münasibəti olub. Lakin sonradan onun aqressiv hərəkətləri səbəbindən münasibətləri korlanıb:

"2021-ci ildə Samir məndən xoşlanması barədə xəbər göndərərək münasibət yaratmaq istədiyini bildirmişdi. Ona yox cavabı vermişdim. Daha sonra müxtəlif vaxtlarda oxuduğum məktəbin qarşısına gəlməyə başladı. Hər dəfə onu görüb tez evə çıxıb gedirdim. Samirin hər dəfə qarşıma çıxmasından narahat olduğum və qorxduğum üçün bu barədə ana-atama demişdim. Hər ikisi ayrı-ayrılıqda Samirlə görüşərək məndən uzaq durması barədə xəbərdarlıq etmişdi.

Samir 2022-ci ilin aprel ayında məktəbdən evə gedərkən məktəbin həyətində qəfil qolumdan tutaraq özünə çəkdi və sonra məndən uzaqlaşıb ağaca qoyduğu mobil telefonunu götürdü. Telefonda foto çəkdiyini deyib şəkli göstərdi, onunla evlənməsəm, həmin şəkli kənddə göstərərək sevgili olduğumuzu yayaraq adıma söz çıxaracağını, atamın məni evdən qovacağını və kənddə rüsvay olacağımı dedi. Samir mənə ata və anamla danışarkən istənilən halda onunla evlənəcəyimi bildirdiyini, ata və anamın isə qorxduğunu deyirdi.

Həmin vaxt çox çarəsiz qalmışdım və artıq heç kimin mənə köməklik edə bilməyəcəyini düşünürdüm. Bu səbəbdən kənd içində rüsvay olmamaq, eyni zamanda ata və anama heç bir şey olmasın deyə məcbur qalıb Samirlə danışmağa razılaşdım. Mobil telefonla 2022-ci ilin aprel ayından başlamaqla 2023-cü ilin oktyabr ayınadək mesajlaşmağa başladım.

O, yazdığı müddət ərzində birlikdə qaçmağı, nikaha girməyi deyirdi, əks halda yaşadığım kənddə məni rüsvay edəcəyini, ailəmin ona mesaj yazdığımı və birgə fotolarımızın olduğundan xəbər tutacağını bildirirdi. Samir evlənməli olduğumuzu, əks halda adıma kənddə söz çıxaracağını, mənimlə başqa heç kimin evlənməyəcəyini, kimsə evlənmək istəsə, toyda "qanın su yerinə axacağını" deyirdi. Həmçinin mənə və ailəmə xəsarət yetirməklə də hədələyirdi.

Sözündən çıxsam, gəlib evimizi yandıracağını, atamla anamın da qorxduğu üçün heç bir şey edə bilməyəcəyini, polisin də məsələni xeyrinə həll edəcəyini deyirdi. 2023-cü ilin oktyabr ayının 12-də atam evə gələrək Samirin ona zəng edib danışdığını və məni qaçıracağını dediyini bildirib məndən nə baş verdiyini soruşdu. Ağlayaraq bütün baş verənləri valideynlərimə danışmağa başladım. Daha əvvəllər də evdə ağlayarkən ata-anam nə olduğunu soruşsa da, qorxu və çarəsizliyimdən baş verənləri danışa bilmirdim".

Zərərçəkən qız bildirib ki, Samirlə arasında intim münasibət olmayıb, həmin şəxs yalnız psixi təsir göstərərək evlənməyə məcbur edib:

"Samir psixi təzyiq göstərməklə və təhqir etməklə evlənməyimizi istəsə və birlikdə qaçmağı təklif etsə də, məni qaçırmağa cəhd etməyib".

Yeniyetmə qız təqsirləndirilən şəxsin həbs edilməsini xahiş edib.

Ucar Rayon Məhkəməsi 31 yaşlı kişini qeyd edilən maddə üzrə təqsirli bilib. Məhkəmənin 31 may tarixli hökmü ilə ona 1 il 6 ay həbs cəzası verilib və məhkəmə zalında həbs edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 840   Tarix: 05 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda dişi çəkilən qadın öldü (VİDEO)

Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı

25 sentyabr
.

Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq

Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır. Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqq

27 sentyabr
.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

Bakının bu ərazisində yaşayanlar KÖÇÜRÜLƏCƏKLƏR - 35 milyon manat ayrıldı

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu

27 sentyabr
.

Övladınız 11-17 yaşındadırsa, DİQQƏT: Dələduzlar məhz onları hədəf seçirlər

"11-17 yaş qrupunda olanlar dələduzlar üçün ən əlverişli və asan hədəf sayılır". xəbər verir ki, bunu "RİA Novosti"yə rusiyalı psixoloq, psixologiya elmləri namizədi Svetlana Kolobova deyib. Mütəxəssisin sözlərinə görə, yeniyetmələr daim müstəqilliyə can atır və problemləri özlər

27 sentyabr
.

Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanlar...

2026-cı ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub. Onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib

27 sentyabr
.

91 yaşlı sabiq deputat vəfat etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d

25 sentyabr
.

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələrinin hər zaman üst-üstə düşməməsi təhsil sahəsində müzakirə olunan məsələlərdəndir. Məktəbdaxili qiymətləndirmə ilə imtahanlarda tətbiq olunan qiymətləndirmə üsulları, meyarlar və tapşırıq formatları arasında fərqlər bu nəticələrə təsir göstər

25 sentyabr
.

Florian Zenqstşmid: "Bölgələrdə yeni turizm mərkəzləri formalaşdırılır"

Azərbaycanın bölgələrində yeni turizm mərkəzləri formalaşdırılır. "Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan Internationa

26 sentyabr