Tanışının telefonunu danışmaq adı ilə alıb "Prius"a minərək qaçdı
Abşeron Rayon Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Zaman Əkbərlinin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Sonxeber.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Zaman Əkbərli 1 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
İttihama görə, hadisə 27 fevral 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, Heydər Əliyev adına parkın qarşısında qeydə alınıb.
Belə ki, 2004-cü il təvəllüdlü Zaman Əkbərli tanışı, zərərçəkmiş Sahil Quliyevə (şərti) məxsus 3000 manat dəyərində "iPhone 14 Pro" markalı mobil telefonu zəng etmək adı ilə ondan alıb. Sonra o, zərərçəkmişin gözü qarşısında oradan qaçaraq onu yaxınlıqda gözləyən taksi kimi fəaliyyət göstərən Qasım Qasımlının (şərti) idarə etdiyi "Toyota Prius" markalı avtomobilə əyləşib ərazidən uzaqlaşıb.
Hadisədən sonra Zaman Əkbərli saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 498 Tarix: 05 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tanınmış aparıcı televiziya karyerasını bitirdi
Aparıcı İlhamiyyə Rza televiziya sahəsində karyerasını bitirdiyini açıqlayıb. Qaynarinfo xəbər verir ki, aparıcı bu barədə sosial şəbəkə hesabında yazıb. "Bu da son… Televiziyamızın 70 illiyinə ithafən hazırladığımız bu verilişlə televiziya karyerama son qoydum. Əziz azsaylı, amma çox qiymətli izləyicilərim
14 fevralİlham Əliyev və Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO
Fevralın 15-də Belqradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Serbiya Prezidenti bəyanatla çıxış etdi. Prezident Aleksandar Vuçiçin bəyanatı. - Hörmətl
15 fevralDərman və avadanlıq problemi: Ayrılan vəsait niyə çatmır?
Ötən il səhiyyəyə ayrılan büdcə vəsaitinin böyük hissəsi xərclənməyib. Maliyyə Nazirliyinin məlumatına görə, 2025-ci ildə dövlət büdcəsindən səhiyyə xərcləri üçün 1 milyard 993,6 milyon manat vəsait ayrılması proqnozlaşdırılsa da, proqnozla müqayisədə 718.3 milyon manat az icra olunub. Səhiyyə sahəsind
15 fevral3 gün ardıcıl iş OLMAYACAQ - TARİXLƏR
Azərbaycanda 3 gün ardıcıl qeyri-iş günü olacaq. 8 Mart - Beynəlxalq Qadınlar Günü bu il bazar gününə təsadüf etdiyindən növbəti gün - 9 mart da qeyri-iş günü hesab olunacaq. Beləliklə, 7 mart tarixinin şənbə gününə təsadüf etməsi ilə əlaqədar ölkədə 3 gün ardıcıl qeyri-iş günü olacaq
14 fevral