Ölkəyə gələn turistlər əhalini İŞSİZ QOYUR? - AÇIQLAMA

Ölkəyə gələn turistlər əhalini İŞSİZ QOYUR? - AÇIQLAMADövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2023-cü ildə Azərbaycan Respublikasına dünyanın 187 ölkəsindən 2085,8 min və ya əvvəlki illə müqayisədə 30,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Azərbaycanda quru sərhədləri bağlı olsa da turist axını davam edir. Ötən il statistikasında Azərbaycana gələn turistlərin sayında 30 faiz artım olub. Bir sıra vətəndaşlar arasında belə bir fikir yaranıb ki, ölkəyə gələn turistlər işçiyə çevrilərək işsizliyin yaranmasına səbəb olurlar. Bu fikir nə dərəcədə doğrudur. Azərbaycana turist kimi gələnlər işçi qüvvəsinə çevrilərək yerli əhalini işsizləşdirir?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan iqtisadçı ekspert Rəşad Həsənov düşünür ki, bu mübahisə yarada bilən bir yanaşmadır. Çünki statistik təhlillər, eyni zamanda Azərbaycanda əmək bazarının mövcud vəziyyəti, əməkhaqqı və s. kimi məsələlər nəzərə alındıqda Azərbaycan beynəlxalq əmək bazarı və işçi qüvvəsi üçün cəlbedici bazarlardan deyil:

"Müəyyən ölkələr bu istiqamətdə, xüsusilə Asiyanın inkişaf etmiş yaxud etməmiş ölkələri, Pakistan tərəfindən Azərbaycan bazarlarına maraq göstərilirdi. Amma görünən ondan ibarətdir ki, son dövrlərdə bu istiqamətdə meyillilik zəifləyib. Bunu statistikada özünü göstərir. Azərbaycana səfər edən turistlərin qalma müddəti üzrə təhlil aparmış olsaq, onların cəmi 5 faizi, ən yaxşı halda 70-90 gün arası ölkədə qalıblar. Bu da kiçik bir göstəricidir. Eyni zamanda diqqət etmək lazımdır ki, açıqlanan rəsmi məlumatlar onu deməyə əsas verir ki, xaricilərə verilən işləmə icazəsinin sayında azalmalar var. 2016-cı ildə 9500 əcnəbiyə Azərbaycanda əmək bazarında işləmək hüququ tanınmışdırsa, 2022-ci ildə bu göstərici 7200-ə qədər azalıb. Görünən ondan ibarətdir ki, bu istiqamətdə meyillilik azalmağa doğru gedir. Düşünürəm ki, bu kimi yanaşmalar müəyyən mənada daha dəqiq təhlillərə əsaslanmalıdır. Bununla əlaqədar insanlar arasında böyük bir narazılıq müşahidə etməmişəm".

Ekspertin sözlərinə görə, xarici işçilərə münasibətdə daha yaxşı əmək şəraitinin təklif edilməsi, yüksək əməkhaqqının verilməsi, bonuslardan istifadə haqqının tanınması müəyyən mənada narazılıq yaradan bir haldır:

"Amma ümumiyyətlə mənim müşahidələrim onu deməyə əsas verir ki, Azərbaycan əmək bazarına xaricilər daha çox peşəkar mütəxəssislər kimi cəlb olunurlar. Yüksək dərəcədə ixtisas tələb etməyən işlərdə, işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində türk əsilli insanların işləməsi müşahidə olunur. Amma çox geniş spektra malik deyil. Əmək bazarında böyük təzyiq yaradacaq bir vəziyyət ortada yoxdur. Bu göstərici ilə əmək bazarının miqyasına müqayisə etsək, görərik ki, məsələ çox kiçikdir. Əmək bazarında 1 milyon 750 min muzdla çalışan vardır. Yəni onlar yalnız əmək müqaviləsi ilə işləyənlərdir. Ümumi məşğulluğu götürəndə isə təxminən 5 milyona yaxındır. Düşünürəm ki, indiki şərtlər daxilində Azərbaycanda əmək bazarı xarici iş gücünün miqrasiya riski ilə üzləşib".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 963   Tarix: 05 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələrinin hər zaman üst-üstə düşməməsi təhsil sahəsində müzakirə olunan məsələlərdəndir. Məktəbdaxili qiymətləndirmə ilə imtahanlarda tətbiq olunan qiymətləndirmə üsulları, meyarlar və tapşırıq formatları arasında fərqlər bu nəticələrə təsir göstər

25 sentyabr
.

Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı

24 sentyabr
.

Komitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır"

"Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, Azərbayca

26 sentyabr
.

2027-ci ildə pensiyalar nə qədər arta bilər?

2026-cı ilin başa çatmasına bir neçə ay qalsa da, artıq ictimaiyyət arasında müzakirə edilən məsələlərdən biri də 2027-ci il üzrə pensiyaların artımıdır. Artıq pensiyaların nə qədər artacağı ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Maraqlıdır, bəs gələn il əmək pensiyaları nə qədər arta bilər?. "Qafqazinfo"

27 sentyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

26 sentyabr
.

Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA

Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək

27 sentyabr
.

Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR

Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə

27 sentyabr
.

Bakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır - VİDEO

Əmircan yenilənir, abadlaşdırılır. Qəsəbədə aparılan abadlıq işləri davam etdirilir. BİG.AZ "Xəzər" TV-yə istinadla xəbər verir ki, artıq göl kənarında salınan mini parklardan birində işlər yekunlaşıb. Görülən işlər sakinlərin də ürəyincədir. Onların sözlərinə görə, bu layihənin üstün cəhətlərində

27 sentyabr
.

Simonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"

Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni

26 sentyabr