Ölkəyə idxal olunan yararsız TOYUQLAR: Qarşısını necə ALAQ? - AÇIQLAMA

Ölkəyə idxal olunan yararsız TOYUQLAR: Qarşısını necə ALAQ? - AÇIQLAMAXəbər verdiyimiz kimi, kənd toyuqları həm də xaricdən idxal olunur. Bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrdən çəkisi 185 qramdan artıq olmayan, 3 milyondan çox diri ev toyuqları idxal edib. İstər kənd toyuqları, istərsə də xaricdən idxal edilən toyuq məhsulları arasında yararsız olan hallara rast gəlinib. Aidiyyəti qurumlar yararsız idxal olunan məhsulu müəyyən edir və idxalına qadağa qoyulur. Amma buna baxmayaraq, quş ətinə olan təlabatı niyə ödəyə bilmirik? Xaricdən gətirilən toyuqların idxalının qarşısını almaq yaxud azalması istiqamətində hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı kənd təsərrüfatı məsələləri üzrə ekspert Xaliq Məmmədov deyib ki, bu çox əhəmiyyətli və zəruri məsələdir. Bu gün bütün dünya ölkələrində, o cümlədən Azərbaycanda ərzaq və qida təhlükəsizliyi məsələsi çox önəmli problemlərdəndir:

"Ərzaq təhlükəsizliyi dedikdə hər bir Azərbaycan vətəndaşının ləyaqətli şəkildə Ümumdünya Səhiyyə Təşkilatının hər bir insan üçün təyin etdiyi qida normasına uyğun olaraq ərzaq təchizatından gedir. Bu məhsulların içərisində ən çox istehlak olunanı toyuq və toyuq əti məhsullarıdır. Buraya toyuq əti, onun parçalanmış ayrı-ayrı hissələri, yumurta və s. Statistika göstərir ki, 2024-cü ilin yanvar-mart aylarında xarici ölkələrdən çəkisi 185 qram olan, 3 milyondan çox diri ev toyuqları Azərbaycana idxal olunub. Əlbəttə ki, böyük rəqəm deyil. Amma Azərbaycanın əhalisinin sayına görə böyük rəqəm hesab oluna bilər. Amma ümumiyyətlə quş əti istehlakına görə, 3 milyondan çox diri ev toyuğunun idxal olunması çox da böyük bir rəqəm sayılmır. Bu onu göstərir ki, Azərbaycanda quş əti istehsalında geriləmə var yaxud istehlak artıb, təklif tələbatı ödəmir. Deməli, bu düşündürücü məsələdir. Bəzən tez-tez mətbuatda rast gəlirik ki, AQTA idxal olunan toyuq məhsulları arasında yararsız olanları üzə çıxarır və onların idxalına haqlı olaraq qadağa qoyurlar".

Ekspertin sözlərinə görə, Azərbaycanda diri toyuq və toyuq məhsullarına olan tələbatı artırmaq üçün ən vacib məsələ ailə təsərrüfatlarının inkişaf etdirilməsidir:

"Bu kənd yerlərində yaşayan, torpağı və toyuq saxlamaq üçün hər bir şəraiti olan, eyni zamanda zoo- baytar tədbirlərini bilən ev təsərrüfatlarının sayı 100 minlərlədir. 20-25 il bundan əvvəl hər bir kənddə yaşayan insanın həyətində müəyyən qədər 50-60 baş xırdabuynuzlu mal-qara - yəni qoyun və keçilər olurdu. Məsələn 3-5 isə iribuynuzlu mal-qara olurdu. Orada özünə lazım olan süd və ət məhsullarını təmin edirdi. Eyni zamanda bunu ev toyuqlarına aid edə bilərik. İnsanların marketlərə toyuq alması təsadüf və təəcüblü görünürdü. Birinci və əsas təlabatı ödəmək üçün atılacaq addımlardan biri ailə təsərrüfatlarının inkişaf etdirilməsidir. İkinci vacib məqam isə bu sahədə olan baytarlıq tədbirlərinə diqqət yetirilməlidir. Xüsusilə yemləmə və vaksinasıyə prosesi buraya daxildir.

Xaliq Məmmədov qeyd edib ki, çox hallarda Azərbaycan da həyətyanı sahələrdə ev toyuqlarının kütləvi şəkildə xəstəlik tutub məhv olması hallarına rast gəlmək mümkün olur:

"Ona görə də kifayət qədər Azərbaycanda quşçuluq müəssisələri var. Bunlar ümumiyyətlə Azərbaycanın quş ətinə olan istehsalını ödəmək qabiliyyətindədirlər. Son illərin statistikası onu göstərir ki, Azərbaycanda bu daxili tələbatı tam ödəyir. Yaxın zamanlarda Rusiya Federasiyasına Azərbaycandan xeyli sayda yumurta ixrac olundu. Bu illər əvvəldə var idi. Azərbaycandan həm Rusiya istiqamətinə, həm də başqa bir sıra ölkələrə yumurta ixracı müşahidə olunurdu. Digər bir vacib məsələ isə bioyumurta və toyuq istehsalıdır. Yəni sırf açıq şəraitdə, ev təsərrüfatlarında yaxud bir neçə ev təsərrüfatlarının birləşərək yarada biləcəyi bir kooperativ təsərrüfat formasında, təbii olaraq qidalandırılan orqanik quş əti və yumurta istehsalı ilə məşğul olmaqdır. Bu lazım olan tələbatı ödəməyə imkan yarada bilər".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1380   Tarix: 05 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakıda dişi çəkilən qadın öldü (VİDEO)

Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı

25 sentyabr
.

Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq

Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır. Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqq

27 sentyabr
.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

Bakının bu ərazisində yaşayanlar KÖÇÜRÜLƏCƏKLƏR - 35 milyon manat ayrıldı

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu

27 sentyabr
.

Övladınız 11-17 yaşındadırsa, DİQQƏT: Dələduzlar məhz onları hədəf seçirlər

"11-17 yaş qrupunda olanlar dələduzlar üçün ən əlverişli və asan hədəf sayılır". xəbər verir ki, bunu "RİA Novosti"yə rusiyalı psixoloq, psixologiya elmləri namizədi Svetlana Kolobova deyib. Mütəxəssisin sözlərinə görə, yeniyetmələr daim müstəqilliyə can atır və problemləri özlər

27 sentyabr
.

Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanlar...

2026-cı ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub. Onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib

27 sentyabr
.

91 yaşlı sabiq deputat vəfat etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d

25 sentyabr
.

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələrinin hər zaman üst-üstə düşməməsi təhsil sahəsində müzakirə olunan məsələlərdəndir. Məktəbdaxili qiymətləndirmə ilə imtahanlarda tətbiq olunan qiymətləndirmə üsulları, meyarlar və tapşırıq formatları arasında fərqlər bu nəticələrə təsir göstər

25 sentyabr
.

Florian Zenqstşmid: "Bölgələrdə yeni turizm mərkəzləri formalaşdırılır"

Azərbaycanın bölgələrində yeni turizm mərkəzləri formalaşdırılır. "Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan Internationa

26 sentyabr