İlahiyyatçı: "Nişanlı qız üçün qurban kəsilməsi dini qanun deyil"
Qurban islamda iki müqəddəs bayramdan biridir. Bütün müsəlman ölkələrində hər il hicri təqvimi ilə zil-hiccə ayının 10-cu günündə Qurban bayramı qeyd olunur.
Bu bayramda qurbanlıq kimi qoç, öküz, hətta dəvə kəsilə bilər. Qurbanı, adətən, niyyət edib kəsirlər. Kəsilən qurbanlıq hissələrə bölünərək qohum, qonşu və ehtiyacı olan şəxslərə paylanılır.
Bu il isə Qurban bayramı Azərbaycanda iyun ayının 16-17-nə təsadüf edir.
Qurban bayramında Azərbaycanda adət üzrə nişanlı olan qızlar üçün də qurbanlıq aparılır. Bəzən nişanlı qız üçün Qurban bayramında əlavə qurban da kəsilir.
Bəs görəsən, bu cür qurban kəsilməsi islamda varmı? Hansı şəkildə tənzimlənməlidir?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini hacı Fuad Nurullayevin sözlərinə görə, gəlin üçün qurban kəsilməsi dini qanun deyil:
"İslam dinində, şəriətdə bir çox hökmlər var ki, onları müsəlmanlar icra edirlər. Müsəlman camaatının bəzi əməlləri var ki, islam şəriəti ilə üst-üstə düşür. Bu zaman qadağa yoxdur. Onlardan biri də budur. Qız köçürəndə adətdir ki, oğlan evi qıza qurbanlıq alır.
Bu islam qanunu deyil. Adətdir qız alanda qurbanlıq payı aparırlar. Alırlar, kəsirlər və bölüşürlər. Savabdır, günah deyil. O iş savabdırsa, islamda günah olmaz. Gözəllikdir. Toyda da bunu edirik. İcazə var.
İsraf və günah yoxdur. Elə ailələr var ki, ehtiyacı olmadıqlarını bildirir. Bəziləri düşünür ki, yox, elin adətidir. Gözəl və yaxşı əməllərdir. Bunu etmək islamda bəyənilir. Qadağa yoxdur".
Qafqaz Müsəlmanları İdarəsi Qazilər şurasının üzvü hacı Surxay Məmmədli isə əlavə edib ki, Qurban bayramında Məkkədə qurban kəsmək vacibdir:
"Qurban kəsilməsi həccin ayinlərini icra edən zaman vacibdir. Azərbaycanda və ya digər bölgələrdə həmin gün kəsilməsinin isə savabı çoxdur. Müstəhəbdir. Əsas səmimi qəlbdən edilən niyyətdir".
S.Məmmədli bildirib ki, gəlin üçün ayrıca qurban kəsmək anlayışı yoxdur:
"Qurbanlıq ümumidir. Bir adamın imkanı varsa, iki-üç qurban kəsə bilər. Belə olmuş olarsa, Allah yolunda edilən qurbandır. Yaxşı əməllərdə günah yoxdur.
Amma gəlin üçün aparılan qurban "İsmayıl qurbanıdır" deyə bir anlayış yoxdur. Sadəcə qurbanlığı kiminsə adına kəsmək olar. Savabdır. Günah deyil. Kəsilən qurban ehtiyacı olanlara paylanmalıdır. Allahın hüzurunda bu əməlin böyük fəziləti var".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 981 Tarix: 05 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şəmkirli 22 yaşlı gənc "1001 Sevinc"dən avtomobil qazandı
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın təşkil etdiyi "1001 Sevinc" lotereyasının növbəti tirajının qalibləri müəyyənləşib. Bu dəfə şans 22 yaşlı Şəmkir sakini Eltun Qurbanovun üzünə gülüb. Ona aldığı 19 biletdən biri lotereyanın supe
6 aprelBəzi məktəblərdə dərslər DAYANDIRILDI - RƏSMİ
"Son günlər ölkə ərazisində müşahidə edilən intensiv yağıntılı hava şəraiti ilə əlaqədar Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan, ucqar kəndlərdə yerləşən bir sıra məktəblərdə şagirdlərin davamiyyətində azalma müşahidə edilir". -a istinadən xəbər verir ki, bu barədə Quba-Xaçma
6 aprelMəhərrəm ayının başlayacağı tarix AÇIQLANDI
Bu il Azərbaycanda Məhərrəm ayı iyunun 16-da başlayacaq. Bu ayın ən önəmli günü hesab edilən Aşura günü isə iyunun 25-nə təsadüf edəcək. Məhərrəm ayı hicri-qəməri təqvimin ilk ayıdır və İmam Hüseynin (ə) və onunla birlikdə Kərbəlada şəhid olanların anım ayı kimi qeyd olunur. Qeyd edək ki, Məhərrəm ay
5 aprelBakı metrosu martda 18 milyondan çox sərnişinə xidmət göstərib
Bu ilin mart ayında "Bakı Metropoliteni" QSC 18 269 887 sərnişinə xidmət göstərib. "Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 % çoxdur. Ötən ay ən çox sərnişin martın 6-da daşınıb - 796 734 nəfər. Bayram günlərində mərkəz istiqamətind
4 aprelMuzeylər bu agentliyin tabeliyinə verilir
Muzeylərin fəaliyyətinə nəzarət Mədəniyyət Nazirliyinin birbaşa tabeliyindən çıxarılaraq Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə verilir. APA-ya istinadən xəbər verir ki, hazırda bununla bağlı Dövlət Xidmətində müvafiq işlər görülür. Yaxın günlərdə muzeylərin adıçəkilən xidməti
6 aprelBU ŞƏXSLƏRƏ ŞAD XƏBƏR: Pensiya yaşı 5 il azaldıla bilər - DETALLAR
Azərbaycanda pensiya qanunvericiliyinə edilən son dəyişikliklər bəzi kişilər üçün daha erkən təqaüdə çıxmaq imkanı yarada bilər. Yenilənmiş qaydalara görə, əvvəllər yalnız qadınlara aid edilən güzəştli pensiya hüququ müəyyən şərtlər daxilində kişilərə də tətbiq oluna bilər. Bu isə bəzi hallarda onları
5 aprelYağış nə vaxtadək davam edəcək?
Azərbaycanda hazırda qeyri-sabit hava şəraiti aprelin-7dək davam edəcək. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd olunub ki, qeyri-sabit hava şəraitinin Bakıda və Abşeron yarımadasında aprelin 6-sı axşamadək, Azərbaycanın rayonlarında isə 7-si axşamadək davam edəcəy
6 aprel54 yaşlı sürücü sükan arxasında öldü
Bakıda sürücü sükan arxasında vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib. Belə ki, Bakı şəhər sakini 1972-ci il təvəllüdlü Ləyaqət Vəliyev "Toyota" markalı avtomobilini idarə edərkən qəfil ölüb. Onun ürək çatışmazlığından həyatın
6 aprel