Türk dövlətlərin vahid VALYUTASI YARADILIR? - AÇIQLAMA

Türk dövlətlərin vahid VALYUTASI YARADILIR? - AÇIQLAMASon zamanlar türk dövlətləri arasında birgə əməkdaşlığı və faəliyyətinin gücləndirilməsi ilə əlaqədar bir sıra təkliflər gündəmə gəlir. Bunlar biri də türkdilli dövlətlərin birgə valyutasının yaradılması ilə bağlıdır. Daha əvvəl türkdilli dövlətlərin vahid valyutasının yaradılması məsələsi gündəmə gəlib. Amma bu o qədər asan məsələ deyil. Dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi vaid valyutanın yaradılaraq güclənməsinə səbəb ola bilər. Bu baxımdan türk dövlətlərinin valyutası yaxın zamanda yaradıla bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov indiki məqamda, o cümlədən yaxın 10 illikdə belə bir perspektivin baş tutacağını düşünmür:

"Yəni burada tam olaraq iqtisadi birlik olmalıdır. Buna nümunə olaraq Avropa İttifaqı nümunə göstərmək olar. Avropa İttifaqı valyuta olaraq avronu yaratdı. Amma onlar bu prosesə onilliklər ərzində gəlib çıxdılar. Əvvəlcə iqtisadi və gömrük birliyi baş verdi. Yalnız 2000-ci ilin əvvəlində avro meydana gəldi. Bunun hazırlanmasında onların 30 ildən çox vaxtları getdi. Amma bu da tam sabit olmadı. Məsələn Britaniya Avropa İttifaqından çıxdı. Bəzi ölkələr var ki, onlar heç avroya keçmədi. Burada iqtisadi bir zəmin olmaldır. Türkdilli dövlətlər arasında bu yoxdur. Onların hamısının bir-biriylə ümumi sərhədləri yoxdur. Necə ki, bu Avropa İttifaqnın ölkələrində var. Eyni zamanda onlar arasında hansısa bir iqtisad birlikdən söhbət getmir. Bu proses başlamayıb. Buna görə də belə bir perspektiv qeyri-realdır".

Ekspertin sözlərinə görə, türkdilli dövlətlərin birliyi daha çox mədəni, tarixi və bəzən siyasi meyarlar əsasında qurulub:

"Təbii ki, Azərbaycan və Türkiyə arasında birlik daha sıxdır. Ən yaxın ölkələrdir. Amma hələ bizim də aramızda o dərəcə bir iqtisadi birlik yoxdur ki, vahid valyuta yaradılsın. Bizim türkdilli dövlətlərin birliyi real iqtisadi və siyasi birliyə çevrilsə belə, bu yaxın 50 il ərzində baş verməyəcək. Amma olması da sual altındadır. Bizim birləşdirən daha çox dilimizdir. Amma gəlin etiraf edək ki, azərbaycanlılar və osmanlı türkləri bir-birini başa düşür. Amma o biriləri biri-birini anlamır. Biz daha çox Türkiyənin dilini başa düşürük. Onların filmləri, musiqiləri ölkəmizdə çox populyardır. Türkiyədə insanlar heç tam olaraq bizim dilimizi başa düşmür. Bu realdır. Biz də 90-cı illərin əvvəllərində onları anlamırdıq. Siyasi əməkdaşlıq sözsüz ki, var. Amma reallıqda iqtisadi birlik güclü deyil. Azərbaycanın Rusiya ilə iqtisadi ilə əlaqələri daha güclü və ciddidir. Buna görə də bu valyutanın yaranması üçün dövlətləri iqtisadi baxımından birlik birləşdirməlidir. Bu olmadığına görə, hansısa valyutadan danışmağın yeri yoxdur".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 964   Tarix: 06 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət

Demokratiya və İnsan Hüquqları Komitəsi" İB-nin sədri Çingiz Qənizadəmin oğlu Elgiz Qənizadə barəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib. -a müraciət edən Pəri Cəfərova bildirib ki, Elgiz Qənizadə ondan 500 min manat pul alıb. Vətəndaşın saytımıza müraciətini olduğ

25 sentyabr
.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr
.

Sabah hava necə olacaq? - Açıqlandı

Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

26 sentyabr
.

91 yaşlı sabiq deputat vəfat etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d

25 sentyabr
.

Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA

Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək

27 sentyabr
.

Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim

26 sentyabr
.

Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK

Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəy

27 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr
.

Lənkəranda zorakılığa məruz qalan uşağın anasının valideynlik hüququ məhdudlaşdırıla bilər - RƏSMİ

"Atalığı tərəfindən döyüldüyü bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar". Bu barədə -a Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib

25 sentyabr