Hədə-qorxu və şantaj ilə vətəndaşlardan pul alanlar: Əmlakı müsadirə olunmaqla 15 il həbs EDİLƏ BİLƏR

Hədə-qorxu və şantaj ilə vətəndaşlardan pul alanlar: Əmlakı müsadirə olunmaqla 15 il həbs EDİLƏ BİLƏRSon zamanlar çox qarşılaşdığımız cinayətlərdən biri də hədə-qorxu ilə tələb etmədir və bu cinayətin statistik göstəricisi keçən illərə nisbətdə daha da artıb. Bəs həmin şəxslərə hansı cəza cerilir.

Məsələ ilə bağlı vəkil Elvin Əliyev Sonxeber.az-a açıqlama verib.
Hədə-qorxu və şantaj ilə vətəndaşlardan pul alanlar: Əmlakı müsadirə olunmaqla 15 il həbs EDİLƏ BİLƏRVəkil bildiirb ki, həmin cinayət maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalar kifayət qədər sərtdir

"Həmin cinayət maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalar kifayət qədər sərtdir . Lakin cəmiyyətdəki şəxsləri həmin cinayətdən yayındırmaq üçün cəzaların daha da sərtləşdirilməsi məqsədə müvafiqdir.

Həmin cinayət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsi yəni hədə-qorxu ilə tələb etmə maddəsi ilə tənzimlənir.
Belə ki, həmin qanunun 182.1-ci maddəsinə əsasən hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə— üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
182.2. Eyni əməllər:
182.2.1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
182.2.2. təkrar törədildikdə;
182.2.3. zor tətbiq etmə ilə törədildikdə;
182.2.4. xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə— əmlakı müsadirə olunmaqla və ya olunmamaqla beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
182.3. Bu Məcəllənin 182.1 və ya 182.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:
182.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
182.3.2. külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə;
182.3.3. zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla törədildikdə
182.3.4. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə— əmlakı müsadirə olunmaqla on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
182.4. Bu Məcəllənin 182.1—182.3-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə —on üç ildən on yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

Vəkil eyni zamanda bildirib ki, zərərçəkmiş şəxs məhkəmə istintaq bitənədək vurulmuş maddi zərərlə bağlı iddia qaldıra bilər:

"Bununla yanaşı cinayət törətmiş şəxsə cinayət maddəsinin sanksiyasında olan cəzalardan biri məhkəmə tərəfindən verilməsinə baxmayaq zərərçəkmiş şəxs məhkəmə istintaq bitənədək vurulmuş maddi zərərlə bağlı iddia qaldıra bilər. Eləcə də zərərçəkmiş şəxs məhkəmənin hökmü qanuni qüvvəsini aldıqdan sonra cinayəti törətmiş şəxsə qarşı mülki qaydada mənəvi ziyan tələbi ilə bağlı məhkəməyə müraciət edə bilər".

Gülcahan Məmmədova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1222   Tarix: 06 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR

Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə

27 sentyabr
.

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları

25 sentyabr
.

Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanlar...

2026-cı ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub. Onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib

27 sentyabr
.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

Latviyada 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

25 sentyabr 2026-cı il tarixində Azərbaycanın Latviyadakı Səfirliyində 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində dövlət himni səsləndirilib və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəs

26 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr
.

Bakıda dişi çəkilən qadın öldü (VİDEO)

Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı

25 sentyabr
.

Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim

26 sentyabr
.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr