Yeni MÜHARİBƏ ANONSU: Ermənistan Göyçə istiqamətində NƏ PLANLAŞDIRIR? - ŞƏRH

Yeni MÜHARİBƏ ANONSU: Ermənistan Göyçə istiqamətində NƏ PLANLAŞDIRIR? - ŞƏRHGöyçənin qubernatoru Karen Sərkisyan parlamentdə jurnalistlərin suallarını cavablandırıb. Onun sözlərinə görə, Ermənistan Azərbaycan qoşunlarının Göyçə mahalından çıxarılması üçün başqa vasitələrə əl atacaq. Bununla bağlı mətbuatda məlumatlar yayılıb. K.Sərkisyan bildirib ki, Azərbaycan qoşunlarını Göyçə bölgəsinin ərazilərindən geri çəkməlidir. Jurnalistlər "bəs geri çəkilməsələr, hansı addım atılacaq" sualına K.Sərkisyan belə cavab verib:

"Onları geri çəkilməyə məcbur etmək üçün başqa vasitələrdən istifadə olunacaq. Müxtəlif amillərdən istifadə oluna bilər, güc variantı da bura daxildir, amma güc son vasitədir".

Danışıqlar proseslərinin getdiyi bir vaxtda Ermənistan yeni təxribata hazırlaşır? Yeni müharibənin baş verməsi gözləniləndir?

Mövzunu Sonxeber.az-a şərh edən hərbi ekspert Səxavət Məmmədin deyib ki, 2022-ci ilin sentyabr ayında məlum olduğu kimi, sərhəd toqquşması baş verdi. Bu sərhəd toqquşması zamanı Azərbaycan Ordusu bütün istiqamətlər üzrə əməliyyatlar həyata keçirdi:

"Beləliklə strateji yüksəkliklərin hamısını nəzarətə götürdü. Bu sərhədin təhlükəsizliyi üçün lazım idi. Çünki əvvəl həmin istiqamətlərdə olan erməni bölmələri Azərbaycan Ordusunun sərhədlərinə problemlər yaradırdı. Gələcəkdə bu problemlərin olacağı açıq şəkildə görünürdü. Hesab edirəm ki, ona görə də bu vacib bir məsələ idi və Azərbaycan Ordusu bunu həyata keçirdi".

Ekspertin sözlərinə görə, indiki halda Ermənistan tərəfi bununla bağlı müxtəlif açıqlamalar verirlər. Bildirirlər ki, hansısa addımlar ata bilərlər:

"Mən düşünmürəm ki Ermənistan tərəfi uğurlu hərbi əməliyyat həyata keçirsin və o mövqeləri geri qaytarsın. Azərbaycan Ordusu kifayət qədər bölgədə istehkam işləri həyata keçirib. İkincisi Paşinyan hakimiyyəti müharibə etmək istəmir. Daha çox sülhün tərəfdarıdır. Hesab edirəm ki, indiki məqamda Ermənistan tərəfindən hərbi istiqamətdə atılacaq bir addım yeni müharibənin başlanmasına gətirib çıxara bilər. Bunu Ermənistan indiki mərhələdə qarşısına ala bilməz. Bunlar sadəcə olaraq hansısa ermənilərin düşüncəsi ola bilər. Hesab edirəm ki, bu məsələ ciddi nəticə verməyəcək".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3160   Tarix: 06 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR

Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə

27 sentyabr
.

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları

25 sentyabr
.

Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanlar...

2026-cı ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub. Onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib

27 sentyabr
.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

Latviyada 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

25 sentyabr 2026-cı il tarixində Azərbaycanın Latviyadakı Səfirliyində 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində dövlət himni səsləndirilib və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəs

26 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr
.

Bakıda dişi çəkilən qadın öldü (VİDEO)

Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı

25 sentyabr
.

Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim

26 sentyabr
.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr