"Sədərək Yusif"lə Bakı Baş Gömrük İdarəsi arasında nə baş verib?
"Sədərək" Firması Bakı Baş Gömrük İdarəsini məhkəməyə verib.
Qaynarinfo xəbər verir ki, Firmanın iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq.
Aygün Abdullayeva iş üzrə hakim təyin edilib.
İşin mahiyyəti haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.
"Sədərək" Firması iş adamı, "Sədərək Yusif" kimi tanınan Yusif Qədimbəyliyə məxsusdur. O, həm də "Sədərək" Ticarət Mərkəzinin sahibidir.
Bir müddət əvvəl Yusif Qədimbəyli sahibkar Arazxan Nəcəfovla aralarındakı qalmaqalla gündəmə gəlmişdi.
Arazxan Nəcəfov "Sədərək" Ticarət Mərkəzində icarədar olub. O, sözügedən ticarət mərkəzində 20 il mağaza işlədib. Devalvasiya zamanı onun biznesində problemlər yaranmağa başlayıb. Arazxan Nəcəfovun "Sədərək" Ticarət Mərkəzinin rəhbərliyinə 30 min manat borcu yaranıb.
Sahibkar mediada açıqlamasında deyib ki, Yusif Qədimbəylinin adamları bundan istifadə edərək onun mağazasını qapadıb. Mağazada 300 min manat dəyərində olan malı isə ələ keçiriblər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 937 Tarix: 06 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezident: "Serbiyaya təbii qazın ixracının həcmini artıracağıq"
"Energetika sahəsində bizim əlaqələrimiz indi çoxşaxəli formatda inkişaf edir. Bir müddət bundan əvvəl biz Serbiyaya təbii qazın ixracatına başlamışıq və bu gün qərara gəldik ki, ixracın həcmini artıracağıq". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Serbiya Prezidenti Aleksanda
15 fevralİlham Əliyevdən Ermənistan təmsilçisinin təxribatçı sualına CAVAB - VİDEO
Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən panel müzakirələrində ermənistanlı gənc lider Stefan Safaryan Prezident İlham Əliyevə sual ünvanlayıb. O, Ermənistanın "Sülh kəsişməsi" layihəsinin əhəmiyyətindən və Konstitusiya məsələsindən danışıb. xəbər verir ki, S.Safaryanın Ermənista
15 fevralDərman və avadanlıq problemi: Ayrılan vəsait niyə çatmır?
Ötən il səhiyyəyə ayrılan büdcə vəsaitinin böyük hissəsi xərclənməyib. Maliyyə Nazirliyinin məlumatına görə, 2025-ci ildə dövlət büdcəsindən səhiyyə xərcləri üçün 1 milyard 993,6 milyon manat vəsait ayrılması proqnozlaşdırılsa da, proqnozla müqayisədə 718.3 milyon manat az icra olunub. Səhiyyə sahəsind
15 fevralTanınmış aparıcı televiziya karyerasını bitirdi
Aparıcı İlhamiyyə Rza televiziya sahəsində karyerasını bitirdiyini açıqlayıb. Qaynarinfo xəbər verir ki, aparıcı bu barədə sosial şəbəkə hesabında yazıb. "Bu da son… Televiziyamızın 70 illiyinə ithafən hazırladığımız bu verilişlə televiziya karyerama son qoydum. Əziz azsaylı, amma çox qiymətli izləyicilərim
14 fevralAyın 16-da hava necə olacaq? - PROQNOZ
Fevralın 16-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanı
15 fevralSabahın hava proqnozu
Azərbaycanda fevralın 15-də havanın yağmurlu keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı ehtimal
14 fevral