Azərbaycanda uşağın cinsiyyətinin ÖYRƏNİLMƏSİ QADAĞAN OLUNUR? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ötən il Azərbaycanda 74 minə yaxın abort qeydə alınıb. Bu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə məlumatında öz əksini tapıb. Mütəxəssislər mövcud vəziyyətlə bağlı bildiriblər ki, bu kimi halların artması gələcəkdə ciddi problemlərdən xəbər verir. Məlumatda bildirilib ki, müraciət edənlərin əksəriyyəti evlilikdən kənar olan, planlaşdırılmamış hamiləliklərdir. Müraciət edənlərin yaş həddi isə 20-40 arasında olur.
Ölkədə hələ də ailələr tərəfindən qadınlar selektiv abortlara məcbur edilir. Uşağın cinsiyyətinin qız yaxud oğlan olduğunu bildikdə, bu zaman selektiv aborta müraciət edilir. Bu baxımdan abortların sayının artırılması məqsədilə cinsiyyətin öyrənilməsi qadağan oluna bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan sosioloq Mətanət Məmmədova deyib ki, ümumiyyətlə selektiv abortlar ümumiyyətlə dövlət tərəfindən qadağan olmalıdır:
"Xüsusi müayinələrdən sonra gələn nəticə ilə selektiv abortlar həyata keçirilir. Analar hardasa 3-4 aylıq hamiləlik dönəmində ultrasəs müayinəsindən keçirdilər. Müəyyən olunur ki, uşaq qızdı yoxsa oğlandır. Ailələr və qadının həyat yoldaşı istəyirlər ki, uşaq oğlan olsun. Amma analar üçün bunun heç bir fərqi yoxdur. Heç bir ana öz övladını məhv etmək istəməz. Onların istəyilə cinsiyyət məlum olduqdan sonra selektiv abortlar edilir. Qadınlar məcbur olur ki, selektiv abort olunsunlar. Bu da çox böyük bir günahdır. Qadın kiminsə istəyilə özünü günaha sövq edir. Həm günah qazanır, həm də ağrılar yaşayır. Artıq bu gün selektiv abortlar qadağan olunmalıdır. Statistikaya baxsaq, Azərbaycanda qız-oğlan balansı tamamilə pozulub. Bu da ona gətirib çıxarır ki, qızlar ərə getməyə oğlan tapa bilməyəcəklər. Ona görə də düşünürəm ki, qısa zaman ərzində bu məsələyə baxılar və tamamilə qadağan olunar".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiya yaşı ilə bağlı yeni QAYDA
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
İtkin düşən 5 nəfər ötən gün tapılıb
Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Toyuq əvvəl yaranıb, yoxsa yumurta? - Elm cavab verdi
Bu şəxslərin maaşı və pensiyası ARTILIR
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq
Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir