"Vətəndaş mərkəzdən torpaq sahəsi tapa bilmədiyi üçün bina evlərinə üz tutur"- Açıqlama
Bir evin məqsədyönlülüyü onun bizə qazandırdığı rahatlığına və funksionallığına söykənməlidir. Ölkəmizdə yaşayış statistikasının bina evlərində üstünlük təşkil edir. Eyni zamanla insanlar daha çox bina evi almağa üstünlük verir. Bunun səbəbi nədir?
Məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Sonxeber.az-a açıqlama verib.
Ekspert bildirib ki, satılan əmlaklarının daha çoxu çoxmənzilli yaşayış binalarındakı mənzillərdir:
"Satılan əmlaklara nəzər yetirsək, görərik ki, satılan əmlaklarının daha çoxu çoxmənzilli yaşayış binalarındakı mənzillərdir. Onların çıxarışı var. Son illər satılan mənzillərin çox hissəsi kreditli şərtlərlə satılır. Fərdi yaşayış evlərində isə qiymətlər müxtəlifdir. Bakı ətrafı ərazilərdə minimum 25 min manatdan başlayaraq, mərkəzə doğu 1-2 milyon manata qədər dəyişir. Bina evlərinə nisbətən , kənar ərazilərdə otaq sayı çox olan həyət evləri daha ucuzdur.
Evlərin isə əksəriyyətində sənəd olmadığına görə, vətəndaş bu evləri kreditli şərtlərlə ala bilmir. Çıxarışı olan torpaq sahələri də məhdud olduğuna görə, vətəndaş torpaq alıb ev tikməkdən yararlana bilmir. Təbii ki, hər kəs yaxşı ərazılərdən ev almağa çalışır. Tikinti ilə bağlı şərtlərdə asand deyil. Vətəndaşlar mərkəzə yaxın ərazilərdə və ya ətrafında bağça, məktəb, market və obyektlərin olduğu ərazilərdə torpaq sahəsi tapa bilmədiyi üçün bina evlərinə üz tuturlar. Həyət evini torpaq alıb tikmək daha sərfəlidir. Amma hazırda hər kəs metrostansiyalara yaxın ərazidə ev almağa üstünlük verir. Bu isə son illər Bakıda olan tıxaclarla bağlıdır. Kənar ərazilərdə metro, hətta avtobus xətləri olmadığına görə vətəndaş mərkəz ərazidən bina evi almağa məcbur olur"
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1269 Tarix: 07 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK
Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəy
27 sentyabrAzərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil
27 sentyabrBakının bu ərazisində yaşayanlar KÖÇÜRÜLƏCƏKLƏR - 35 milyon manat ayrıldı
Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu
27 sentyabrBakıda dənizdə batan tələbələrin FOTOSU
19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd
25 sentyabrFlorian Zenqstşmid: "Bölgələrdə yeni turizm mərkəzləri formalaşdırılır"
Azərbaycanın bölgələrində yeni turizm mərkəzləri formalaşdırılır. "Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan Internationa
26 sentyabr