Bayramın gətirdiyi bahalaşma dalğası

Bayramın gətirdiyi bahalaşma dalğasıQurban bayramına sayılı günlər qalıb. Həmişə olduğu kimi, yenə də qoyun ətinin qiymətində artım qeydə alınıb. Alıcılar qiymətlərin bayramdan sonra da enməyəcəyindən narahatdırlar.

Mövzuyla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik:

İyunun 16-17-də Azərbaycanda Qurban bayramı qeyd ediləcək. Bayramla əlaqədar olaraq ət və ət məhsullarının qiymətində artım müşahidə olunur. Diqqət yetirsək, əvvəlki illərdə də belə olub: Qurban bayramı ərəfəsində ətin qiyməti qalxır, bayramdan sonra da düşmür. Bir çoxları düşünürlər ki, bu il də bayram ərəfəsində ətin qiyməti qalxdıqdan sonra daha əvvəlki vəziyyətinə qayıtmayacaq. Bu ehtimallar nə dərəcədə əsaslıdır?

"Son iki həftəyə qədər kiloqramı 18 manat idi"

Qəssab Səbuhi Hüseynovun sözlərinə görə, bazarda ətin qiymətində artım müşahidə edilsə də, bu, davamlı olmayacaq: "Hazırda mal ətinin bir kiloqramı 14 -14,5 manatdır. Diri quzunun qiyməti bir kiloqram üçün 18-19 manatdır. 13-15 kiloqramlıq quzuların kiloqramı 19-20 manata təklif edilir. Son iki həftədə Qurban bayramı ilə əlaqədar bazarlarda cüzi də olsa, bahalaşma müşahidə edilir. Amma ətin qiymətinin qalxdığı səviyyədə qalacağını düşünmürəm. Qoyun ətinin qiymətləri 18 manat ətrafında qalacaq. Çünki hər il bayram ərəfələrində qiymətlərdə maksimum 1-2 manat fərq yaranır. Son iki həftəyə qədər qiymət bir kiloqram üçün 18 manat idi".

Qəssab qeyd edib ki, hazırda insanların alıcılıq qüvvəsi azdır. Havalar da isindiyi üçün insanlar ətdən daha az istifadə edirlər.

Ən yaxşı zaman məhz bayram ərəfələridir

İqtisadçı Rauf Qarayevin fikrincə, Azərbaycandakı qəssablar ətin qiymətini artırmaq üçün bayramları gözləyirlər: "Ətin qiymətinin artımını Qurban bayramı və digər bayram ərəfələrində müşahidə edirik. Qəssablar bunu onunla əlaqələndirirlər ki, bayram ərəfələrində ətə daha çox tələb yaranır. Yəni burada tələb və təklif faktoru öz sözünü söyləyir. Tələb çox, təklif az olduğu üçün cüzi də olsa qiymət artımları yaşanır. Həmçinin qəssablar inflyasiyanı nəzərə alaraq bu üsuldan istifadə edirlər. Çünki digər günlərdə qiyməti rahat şəkildə artıra bilmirlər. Bu baxımdan qiymətlərin artırılması üçün ən yaxşısı zaman məhz bayram ərəfələridir".

"İnsanlar artıq qiymət artımına normal yanaşırlar"

R.Qarayev bildirib ki, alıcılar da bayramlar ərəfəsindəki qiymət artımını və sonradan qiymətlərin əvvəlki səviyyəyə qayıtmamasını normal qəbul edirlər: "İnsanlar da düşünürlər ki, qiymətlər qalxırsa, yəqin bundan sonra da bu şəkildə davam edəcək. Çünki dəfələrlə müşahidə etmişik ki, bayramqabağı qiymətlər qalxdıqda bir daha eniş müşahidə olunmur. Bu, çox az hallarda baş verir. Qeyd etdiyimiz məqam əsasən ət məhsullarına aiddir. Çünki kənd təsərrüfatı məhsullarının qiyməti mövsüm üzrə dəyişir. İnsanlar da artıq psixoloji olaraq artımlara hazır olurlar. Bu tendensiya uzun müddətdir davam edir".

İqtisadçı qiymət artımı tələsinə düşməmək üçün edə biləcəklərimizdən də bəhs edib: "Elə etməliyik ki, ətin qiymətinin dəyişməsi büdcəmizə heç bir halda təsir etməsin. O səbəbdən alternativ variantlar düşünməliyik. Mal və ya qoyun ətini başqa məhsullarla əvəz etməliyik. Bu zaman tələbat gözlənilən qədər olmadığı üçün qiyməti artıra bilməyəcəklər. Belə edə bilsək, qəssablar da qiyməti qaldırmağa tərəddüd edəcəklər. Düşünəcəklər ki, alıcılıq səviyyəsi daha da aşağı düşməsin".

"Qiymətlər Avropa ölkələri səviyyəsindədir"

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, ölkəmizdə ətin qiyməti onsuz da kifayət qədər yüksəkdir: "Qurban bayramında da qiymət qalxdıqdan sonra enməsi bir daha gözlənilmir. Dünya ölkələrində qiymətlər yüksəldikdə ölkəmizə təsir göstərir, amma endikdə isə heç bir təsiri olmur. Hazırda bizdə ətin qiyməti Avropa ölkələri ilə bərabər səviyyədədir. Amma bir fərq var ki, o ölkələrdə insanlar ətin müxtəlif hissələrini fərqli qiymətə alırlar. Azərbaycanda isə hamısına vahid və yuxarı qiymət təyin olunub. Bayramlar da bazar üçün bir fürsətdir".

"Xaricdən ət idxalını artırmalıyıq"

E.Hüseynovun fikrincə, qiymət artımına təsir edən amillər aradan qalxmadıqca, enmələr baş verməyəcək: "Qiymətə təsir edən başqa amillər də var. Əhalinin heyvandarlıqla məşğul olmaması, heyvandarlıq təsərrüfatlarının böyük fermalarda cəmləşməsi, fərdi heyvandarlığın get-gedə azalması bu səbəblərdəndir. Heyvan yemləri son illərdə iki dəfəyə qədər bahalaşıb. Otlaq yerlərinin məhv edilməsi də təsir edən faktorlardandır. Həmçinin heyvandarlıqla məşğul olan şəxslərin məhsulunu birbaşa bazara çıxarması mümkün deyil. Alverçilər olmadan qəssablar heyvan ala bilmirlər. Beləliklə, qiymət artan templə davam edir və ardı gələcək. Bazarda bolluq yaratmaq üçün xaricdən ət idxalını artırmalıyıq. Yerli fermerləri də təşviq etmək lazımdır. Bunlar olarsa, ətin qiymətində enmələr müşahidə edilə bilər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 923   Tarix: 09 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA

Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların

27 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr
.

Sumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə

25 sentyabr
.

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları

25 sentyabr
.

Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanlar...

2026-cı ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub. Onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib

27 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Bu şəxslərin maaşı və pensiyası ARTILIR

Hərbçilərin maaş və pensiyalarının artırılması ilə bağlı yeni islahat paketinin hazırlanması gözlənilir. xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev "Facebook" hesabında paylaşım edib. Onun sözlərinə görə, Azərbaycan Ordusunda əməkhaqqı sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmas

27 sentyabr
.

Yüzlərlə kilometr köhnə avtobuslarda: Rayonlara gediş-gəliş niyə sınağa çevrilir?

Yayın qızmarında və ya qışın şaxtasında paytaxtdan rayonlara gediş-gəliş sərnişinlər üçün bəzən sınağa çevrilir. Şəhərlərarası sərnişindaşıma sistemində avtobus parkının yenilənməsi və xidmət keyfiyyətinin artırılması istiqamətində müəyyən addımlar atılsa da, marşrutlar üzrə mövcud vəziyyət eyni səviyyəd

27 sentyabr
.

Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim

26 sentyabr