Deputat: Misirlə Azərbaycan arasında dini-mənəvi sahədə yüksəksəviyyəli əməkdaşlıq mövcuddur
Daxili siyasətlə yanaşı, xarici siyasətdə də uğurlar qazanan Azərbaycan bu addımlaırnın davam etdirir. Xarici siyasətin əsas istiqamətlərindən biri də ikitərəfli əməkdaşlıqdır. Azərbaycan bu sahədə də mühüm uğurlar əldə edib.
"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, Azərbaycan ərəb ölkələri, o cümlədən Misir Ərəb Respublikası ilə də uğurlu əməkdaşlıq qurub: "Hesab edirəm ki, cənab Prezident İlham Əliyevin Misirə növbəti səfəri də bu istiqamətdə atılan daha bir mühüm addım kimi tarixə düşdü. Ümumiyyətlə bu səfər iki ölkə arasındakı əməkdaşlığın davamlı xarakter daşıdığını bir daha sübut etdi".
Deputat deyib ki, Azərbaycan və Misir arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub: "Misir, Azərbaycan müstəqilliyini tanıyan ilk ölkələrdən biridir İkitərəfli əməkdaşlığa isə Ulu Öndər Heydər Əliyevin 1994- cü ildə Misirə səfəri ilə start verilib. Ötən 30 il ərzində Misirlə Azərbaycan arasında siyasi, iqtisadi, mədəni və təhsil sahələrində əməkdaşlıq əlaqələri inkişaf etdirilib. Cənab Prezident İlham Əliyevin iyunun 7-8-də Misirə rəsmi səfəri isə iki ölkə arasındakı münasibətlərin daha da möhkəmləndirilməsi və genişləndirilməsi üçün yeni imkanlar açır. Məmuniyyətlə qeyd edə bilərik ki, bu səfər, Azərbaycan və Misir arasındakı əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsi və dərinləşdirilməsi üçün əhəmiyyətli bir addım oldu".
V.İskəndərov vurğulayıb ki, səfər zamanı da bəyan edildiyi kimi, tərəflər arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün böyük potensial var: "Bəlli olduğu kimi səfər zamanı Misirlə Azərbaycan arasında energetika, kənd təsərrüfatı, əczaçılıq, sənayenin müxtəlif sahələri, nəqliyyat və s. sahələrdə əlaqələrin inkişafı məsələləri müzakirə olundu. Həmçinin bir sıra vacib sənədlər imzalandı ki, bu da əməkdaşlığın gələcək inkişafında mühüm rol oyanayacaq".
Deputat sonda onu da qeyd edib ki, Misirlə Azərbaycan arasında dini-mənəvi sahədə də yüksəksəviyyəli əməkdaşlıq mövcuddur. Hər iki ölkə dünyada islam həmrəyliyinin möhkəmlənməsinə və mötədil islamın inkişafına mühüm tohfə verirlər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 735 Tarix: 09 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA
Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların
27 sentyabrQanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU
Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini
26 sentyabrSumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO
Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə
25 sentyabrHərbçilərinin əməkhaqları 22,8% artacaq
Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları
25 sentyabrBank kartları ilə bağlı - Daha bir qadağa
Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi
24 sentyabrBu şəxslərin maaşı və pensiyası ARTILIR
Hərbçilərin maaş və pensiyalarının artırılması ilə bağlı yeni islahat paketinin hazırlanması gözlənilir. xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev "Facebook" hesabında paylaşım edib. Onun sözlərinə görə, Azərbaycan Ordusunda əməkhaqqı sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmas
27 sentyabrAzərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT
Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim
26 sentyabr