Bakıdan son iki SƏRT TƏLƏB: təmin olunmasa...
Azərbaycanla sülh müqaviləsi imzalaması üçün Ermənistan konstitusiyası dəyişdirilməli və ATƏT-in Minsk qrupundan imtina edilməlidir. Çünki Ermənistanın hazırkı konstitusiyasında Azərbaycana, qardaş Türkiyəyə qarşı ərazi iddiası yer alıb. Keçmiş münaqişə vəziyyətinə müvafiq olaraq yaradılmış əslində heç bir iş görməyən Minsk qrupunun buraxılması ilə bağlı da rəsmi İrəvan öz mövqeyini ortaya qoymalıdır.
Publika.az xəbər verir ki, bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.
O hesab edir ki, bu iki şərt Ermənistan üçün həyata keçiriləcək ən normal yanaşmalardır:
"Konstitusiya dəyişikliyi olmasa, Ermənistan təcavüzkar dövlət kimi böyük problemlərin ortaya çıxmasına rəvac vermiş olur. Gələcəkdə bu ölkənin başında olacaq hər hansı bir şəxs konstitusiyaya əməl etmək baxımından yeni bir macəra axtarışına düşə bilər. Sözsüz ki, bu Ermənistanın özü üçün fəlakətlə nəticələnəcək. Amma bütün hallarda bu riski gözaltına almaq mümkün deyil".
Partiya sədrinə görə, hazırkı konstitusiyadakı işğalçı iddialardan imtina Ermənistanın təcavüzkar dövlət kimi missiyasından uzaqlaşması ilə nəticələnəcək:
"Bu erməni xalqı üçün yeni perspektiv açır. Fəaliyyəti heç nə ilə ölçülməyən, proseslərə təsiri olmayan Minsk qrupu anlayışı tarixin arxivinə göndərilməlidir. Belə bir formatın süni şəkildə Azərbaycan və Ermənistan hüdudlarından kənarda olması hamı üçün narahatedici amildir".
Fazil Mustafanın fikrincə, Azərbaycanın irəli sürdüyü şərtlər hadisələrə daha real və obyektiv yanaşma tələb edir:
"Ermənistan bu şərtlərlə razılaşmalıdır. Çünki İrəvanın başqa çıxış yolu yoxdur. Rəsmi Bakı Ermənistandan təhlükəli mirasdan imtinanı təklif edir. Əgər qarşı tərəf bundan imtina etmirsə, bu gələcəkdə hakimiyyətə gələcək qüvvə üçün "şans" yaratmaq deməkdir. Yenidən başqa dövlətlərin qızışdırması ilə bölgədə sülhü pozacaq addımlar üçün bu "əsas" ola bilər. Ona görə də, Azərbaycanın israrı səbəbsiz deyil".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1030 Tarix: 10 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi
26 sentyabrAzərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil
27 sentyabrMetroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI
Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri
27 sentyabrSabah hava necə olacaq? - Açıqlandı
Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur
26 sentyabrNazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq
Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır. Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqq
27 sentyabrBakıda 27, rayonlarda 32 dərəcə isti olacaq
Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər
25 sentyabrPensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR
Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə
27 sentyabr