Elmira Əliyevanın oğlu GİLEYLƏNDİ: "Bu gün anamın adı çəkilmir, dünyasını dəyişəndə sənət yoldaşları..."

Elmira Əliyevanın oğlu GİLEYLƏNDİ: "Bu gün anamın adı çəkilmir, dünyasını dəyişəndə sənət yoldaşları...""Mənim anamın Azərbaycan incəsənətinə töhfələri az olmayıb. İstər "Lalə qızlar" ansamblında, istərsə də xanəndəlik sahəsindəki uğurlu fəaliyyəti onu xalqın sevimlisinə çevirdi. Amma nədənsə bu gün adı heç bir yerdə çəkilmir. Anam müğənnilikdən əlavə həm də pedaqoji fəaliyyətlə məşğul olub. O "Leyli və Məcnun" əsərini inglis dilində tərcümə edib və sonra onu ifa edib. Hər zaman sənəti ilə yaşayırdı, şadlanırdı.. Sənəti onun xoşbəxt qadın olmağına mane oldu. Hər şeydən əl çəkdi, özünü unutdu, təkcə sənətini uca tutdu. Amma anamın bu gün adını heç çəkən yoxdur"

Bunu Moderator.az-a açıqlamasında mərhum müğənni Elmira Əliyevanın oğlu Elbrus Əliyev deyib. O daha sonra əlavə edib.
"Anam tez-tez xəstəxanaya gedirdi. Müalicə alıb, həftələrlə orada yatırdı. Deyirdi ki, həkimlər başıma dolanır, mənə yaxşı qulluq edirlər. Anamdan xahiş edirdilər ki, mahnı oxusun. Anam oxuyurdu, onlar qulaq asıb alqışlayırdılar. Xəstəxanada çox qala bilmirdi. Deyirdi ki, sən evdəsən, mən burada, darıxmışam sənin üçün. Maddi imkanımız, ailə vəziyyətimiz ağır idi. Məcburiyyətdən anamı xəstə halıyla evdə təkbaşına qoyub iş arxasınca gedirdim. Məcbur idim. Evdə oturanda heç kim gətirib insana çörək pulu vermir. Bir pişiyimiz var. Onu anamın yanında qoyub işə gedirdim. Gəlib görürdüm ki, pişik səhərə qədər anamın yanından əl çəkməyib. Anam dünyasını dəyişəndən sonra pişik bir müddət çarpayısının üstündən durmadı" deyə o bildirib.

Elbrus Əliyev deyir ki, anasının arzularının heç biri həyata keçmədi.
"Mənə deyirdi ki, yaşım 80-ni adlayıb, mənim yaşımdakıların artıq nəvəsi var. Çox istəyirdi ki, ailə həyatı qurum. Amma bu məndən asılı deyildi. Evsizlik, şəraitsizlik məni bu yoldan çəkindirirdi. Qismət belə oldu ki, nə mənim toyumu gördü, nə də ki, nəvəsini. Düzdür, bu günə qədər də evlənməmişəm. Qapımızı açanlar da az idi. Anam dünyasını dəyişəndən sonra bir sənət yoldaşı da gəlmədi. Bir dəfə də başsağlığı vermədilər. Bu gündən hamı üçün var. Yenə də düşünürəm ki, bəlkə məni tanımırdılar. Amma ən azından soruşub, araşdırıb gəlib tapa bilərdilər. Vaxtilə anama da mane olanlar var idi. Ona görə də nə fəxri ad ala bildi, nə də ki, gözəl həyat sürdü" deyə sənətkarın oğlu bildirib.
Elmira Əliyevanın oğlu GİLEYLƏNDİ: "Bu gün anamın adı çəkilmir, dünyasını dəyişəndə sənət yoldaşları..."Elmira Əliyevanın oğlu GİLEYLƏNDİ: "Bu gün anamın adı çəkilmir, dünyasını dəyişəndə sənət yoldaşları..."


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 1616   Tarix: 14 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

İlham Mirzəyevin vəziyyəti ağırdır

Teleaparıcı İlham Mirzəyevin vəziyyəti açıqlanıb. Mərkəzi Klinikadan "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hazirda xəstənin vəziyyəti ağırdır. "Xəstə sol mədəciyin ön divarının miokard infarktı, kardiogen şok vəziyyətində qəbul olunub. Angioplastika icra olunub və sten

7 sentyabr
.

Şarovski II Fəxri xiyabanda dəfn olunacaq

Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi bu gün saat 14:30-da Rus Dram Teatrında keçiriləcək. xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Dəfn mərasimi isə İkinci Fəxri xiyabanda baş tutacaq. Qeyd edək ki, 78 yaşlı A.Şarovski bu gün vəfat edib

9 sentyabr
.

"Serial bəzi gənclər üçün pis örnəkdi"

Xalq artisti Mehriban Zəki gənc aktyorların üstün və çatışmayan cəhətlərindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "MAG" layihəsində qonaq olarkən danışıb. O, bugünkü gənclərin öyrənməyə həvəsli və çalışqan olduğunu bildirib:. "Bugünkü gənclərin üstün cəhətləri var. Onlar

14 avqust
.

Mənsum İbrahimov yenidən "Məcnun" olacaq?

Azərbaycan Opera və Balet Teatrı yeni mövsümü "Leyli və Məcnun" tamaşası ilə açacaq. Tamaşa sentyabrın 16-da Heydər Əliyev Sarayında nümayiş olunacaq. Tamaşanın dirijoru Əməkdar artist Əyyub Quliyev, rejissoru isə Nicat Kazımovdur. Baş rollarda Rəvanə Əmiraslanlı (Leyli) və Xəyal Hüseynov (Məcnun

26 avqust
.

Riskli əməliyyat olunan Afaq Bəşirqızı nə vaxt evə buraxılacaq? - AÇIQLAMA

Xalq artisti Afaq Bəşirqızı bu gün xəstəxanadan evə buraxılacaq. Bu barədə -a açıqlamasında A.Bəşirqızı özü məlumat verib. O qeyd edib ki, artıq xəstəxanadan çıxışı üçün hazırlıq işləri görülür. Səhhətinin normallaşdığını deyən Xalq artisti keçirdiyi əməliyyatın çox riskli olduğunu vurğulayıb:. "Yaxşıyam

8 iyun
.

Şükufə Yusupovanın vəziyyəti necədir?

Xalq artisti Şükufə Yusupovanın vəziyyəti açıqlanıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, aktrisanın müalicəsi Yeni Klinikanın müvafiq şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir. Qeyd edək ki, avqustu

31 avqust
.

Azərbaycanın Xalq artisti vəfat etdi

Azərbaycanın Xalq artisti, rejissor və aktyor Aleksandr Şarovski vəfat edib. Qaynarinfo xəbər verir ki, Xalq artisti 78 yaşında dünyasını dəyişib. Aleksandr Şarovski Şarovski Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi və intensiv terapiya şöbəsində kompleks müalicə edilirdi. Qeyd edək ki, Aleksand

9 sentyabr
.

Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - Fotolar

Xəbər verdiyimiz kimi, Xalq artisti, tanınmış bəstəkar, müğənni və ictimai-siyasi xadim Polad Bülbüloğlu yenidən ailə həyatı qurub. "Qafqazinfo"nun "Publika"ya istinadən məlumatına görə, P.Bülbüloğlunun həyat yoldaşı Azərbaycanın Əməkdar artisti, tanınmış rəqqasə və pedaqoq Eter

26 avqust
.

Xəstəxanaya yerləşdirilən aktyor səhhətindən yazdı

Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərov səhhəti ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, aktyor müalicəsinin başa çatdığını, evə buraxıldığını bildirib. Özünü yaxşı hiss etdiyini deyən R.Səfərov müalicəsini ev şəraitində davam etdirəcəyin

25 sentyabr