Təzəpir məscidinin imamı: Ət kəsimi mağazlarında qurban əti adı altında heyvan kəsilib satılması şəriətə uyğun deyil
"Bəzi ət kəsimi mağazlarında qurban əti adı altında heyvan kəsilib satılması şəriətə uyğun deyil".
"Report" xəbər verir ki, bu sözləri Təzəpir məscidinin imamı Hacı Şamil Rəsulov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu bayram İbrahim peyğəmbərdən başlayıb:
"İbrahim peyğəmbər övladını Allah yolunda Qurban vermək istədiyi üçün böyük imtahandan keçdi. Allah ona qurban üçün qoyun göndərdi. Bu bayram artıq dünya səviyyəsində qeyd edilir və onun ən gözəl tərəfi odur ki, insanlar Həcc ziyarətinə gedirlər. İstər bizim ölkədə, istərsə də digər ölkələrdə insanlar bir-birinə yardımlar edirlər. Müstəhəbdir ki, insanlar kəsdiyi qurbanları üç yerə bölsünlər - bir hissəsi özünə, bir hissəsi qohum-əqrəbaya, bir hissəsini də ehtiyacı olanlara versinlər. Bu gün işğaldan azad olunan torpaqlarımızda Qurban bayramı qeyd edilir. Dövlətimizin başçısı və xalqımız üçün dualar edilir".
Hacı Şamil Rəsulov bəzi ət satışı mağazalarında "satışda qurban əti var" adı ilə vurulan elanlara münasibət bildirib. O deyib ki, qurban əti adı altında heyvan kəsilib satılması şəriətə uyğun deyil:
"Dinimiz deyir ki, insan qurban üçün heyvan seçdiyi zaman diri olan heyvanın pulunu verməlidir. Bəziləri var ki, o qoyunu kəsəndən sonra ətini satırlar. Bu şəriətə uyğun deyil və Qurban əti sayılmır. Əgər bir insanın qurban kəsib paylamağa imkanı yoxdursa, o zaman, buna məcbur deyil".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 728 Tarix: 16 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Simonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"
Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni
26 sentyabrAzərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil
27 sentyabrŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ
Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen
26 sentyabrSumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO
Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə
25 sentyabrƏhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı
24 sentyabr